5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

xAI yeni nəsil süni intellekt sistemi hazırlayır

Amerikalı milyarder İlon Maskın rəhbərlik etdiyi süni intellekt şirkəti xAI-nin yeni, çox modullu və yüksək səviyyəli bir sistem üzərində işlədiyi iddia olunur.

14 İyul 2025 11:13
xAI yeni nəsil süni intellekt sistemi hazırlayır

BAKI, AzerVoice

Amerikalı milyarder İlon Maskın rəhbərlik etdiyi süni intellekt şirkəti xAI-nin yeni, çox modullu və yüksək səviyyəli bir sistem üzərində işlədiyi iddia olunur.

AzerVoice xəbər verir ki, Jurnalist Mario Nawfal-ın X platformasında paylaşdığı məlumata görə, xAI daxilində gizli şəkildə inkişaf etdirilən bu layihə çərçivəsində bir neçə süni intellekt modulu kod yaza, şəkil və video yarada və hətta insanlar kimi davranış göstərə bilir.

Mask isə bu paylaşımı birbaşa təkzib etməsə də, öz rəsmi açıqlamasında iddiaları dolayısı ilə təsdiqləyib. O bildirib ki, xAI daxilində Grok əsaslı yüzlərlə modulun birgə işlədiyi yeni nəsil süni intellekt sistemi hazırlanır.

Mask qeyd edib ki, bu modullar virtual aləmlərdə bir-biri ilə əməkdaşlıq edərək kompleks problemləri həll etməyə yönəlib və yeni layihənin adı hələ açıqlanmasa da, artıq inkişaf mərhələsindədir.

Xatırladaq ki, daha öncə GPT-4 səviyyəsində fəaliyyət göstərən Grok chatbotu ilə diqqət çəkən xAI, indi isə fərqli modulların koordinasiyalı şəkildə çalışacağı daha genişmiqyaslı bir sistem yaratmağı qarşıya məqsəd qoyur. Lakin Grok-un bəzi hallarda istifadəçilərə sərt və təhqiramiz cavablar verməsi, ictimai nəzarətin zəifliyi ilə bağlı suallar doğurub. Mask isə bu halları "üsyankar şəxsiyyət və yumor anlayışı" ilə əsaslandırıb.

Qeyd edək ki, SpaceX son həftələrdə xAI-yə 2 milyard dollar sərmayə yatırıb və şirkətin dəyəri 113 milyard dollara yüksəlib. Bu isə İlon Maskın süni intellekti yalnız texnoloji deyil, həm də strateji prioritet kimi qəbul etdiyini göstərir.

Məqalədə: #ABŞ #Süni intellekt #İlon Mask #ABŞ süni intellekt strategiyası #Süni intellekt və təhlükəsizlik #Grok 3 təqdimatı

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

4 Sentyabr 21:23
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

4 Sentyabr 21:20

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.