4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

İngiltərədə yeni avtomobillərə alkoqol kilidi və “qara qutu” məcburiyyəti gündəmdə

İngiltərədə İşçi Partiyası hökuməti, Avropa İttifaqının Ümumi Təhlükəsizlik Tənzimləməsi 2 (GSR2) ilə uyğun yeni bir qanun layihəsi üzərində işləyir. Plana əsasən, ölkədə satılacaq yeni avtomobillərə alkoqol kilidi (“alcolock”) və qara qutu (“event data recorder”) kimi təhlükəsizlik sistemlərinin quraşdırılması məcburi ola bilər.

3 Avqust 2025 16:29
İngiltərədə yeni avtomobillərə alkoqol kilidi və “qara qutu” məcburiyyəti gündəmdə

BAKI, AzerVoice , Nailə Babazadə

İngiltərədə İşçi Partiyası hökuməti, Avropa İttifaqının Ümumi Təhlükəsizlik Tənzimləməsi 2 (GSR2) ilə uyğun yeni bir qanun layihəsi üzərində işləyir. Plana əsasən, ölkədə satılacaq yeni avtomobillərə alkoqol kilidi (“alcolock”) və qara qutu (“event data recorder”) kimi təhlükəsizlik sistemlərinin quraşdırılması məcburi ola bilər.

Bu qərar, Brexit-dən sonra İngiltərənin Avropa qaydalarından uzaqlaşma prosesini tərsinə çevirmək kimi qiymətləndirildiyi üçün müxalifət və bəzi media orqanları tərəfindən sərt tənqid olunub.

Alkoqol kilidi və qara qutu nədir?

  • Alkoqol kilidi (alcolock): Sürücünün qanındakı alkoqol miqdarını ölçür. Yasal həddən yüksəkdirsə, avtomobil işə düşmür.

  • Qara qutu: Qəza öncəsi sürət, əyləcləmə və digər mühüm məlumatları qeyd edir.

GSR2 tənzimləməsinə daxil olan digər yeniliklər arasında sürücünün yuxulu olub-olmadığını bildirən xəbərdarlıqlar, toqquşmanın qarşısını alan sistemlər və hərəkət zolağı izləmə dəstəyi yer alır.

Hökumət: Bu, iqtisadi və təhlükəsizlik baxımından məntiqlidir

İngiltərə Nəqliyyat Nazirliyi avtomobil istehsalçıları və sənaye qurumları ilə görüşlərin aparıldığını təsdiqləyib. Nazirlik bildirib ki, Avropadan fərqli təhlükəsizlik standartları həm xərcləri artıracaq, həm də Şimali İrlandiya kimi bölgələrdə ikili standart yaradacaq.

İşçi Partiyasının rəsmiləri bu uyum prosesinin “ideoloji deyil, iqtisadi və praktik səbəblərə” əsaslandığını vurğulayıblar.

Müxalifət: Bu, gizli AB-yə dönüşdür

Brexit tərəfdarı olan bəzi deputatlar və mətbuat bu tənzimləməni “gizli Avropa İttifaqına dönüş” kimi dəyərləndirir. Onların fikrincə, hökumət təhlükəsizlik bəhanəsi ilə ictimaiyyətdən gizli şəkildə yenidən AB qaydalarına tabe olur.

Bəzi analitiklər bu addımı siyasi simvolizm altında gizlədilən bir inteqrasiya cəhdi kimi dəyərləndirirlər.

Avtomobil istehsalçıları dəstəkləyir

Avtomobil istehsalçıları və ixracatçılar bildirirlər ki, standartların uyğunlaşdırılması xərcləri azaldır və Avropa bazarına çıxışı asanlaşdırır. Ancaq texnologiyanın maya dəyərinin birbaşa avtomobil qiymətlərinə təsir etməsi səbəbilə istehlakçılar arasında narahatlıqlar var.

2025-ci ilin mayında keçirilmiş sorğuda iştirakçıların 53 faizi məhkəmə qərarı ilə alkoqol kilidinin tətbiq olunmasını dəstəkləyib. Bu qrupun 56 faizi isə bu texnologiyanın yalnız təkrar edənlərə deyil, bütün sərxoş sürücülərə məcburi olmasını istəyir.

2013–2024-cü illər arasında İngiltərə və Uelsdə 27mindən çox təkrarlanan sərxoş halda maşın sürmə hadisəsi qeydə alınıb. Yol təhlükəsizliyi tərəfdarları bu texnologiyanın çəkindirici təsirə malik olduğunu düşünür.

Məqalədə: #Avropa İttifaqı #İngiltərə #İşçi Partiyası #Alkoqol kilidi (Alcolock) #Qara qutu (Event Data Recorder) #Avtomobil təhlükəsizliyi #Sürücü nəzarət sistemləri #Avtomobil istehsalçıları #Tənzimləmə uyğunluğu #İstehlakçı hüquqları #Texnoloji innovasiya #İxrac və avtomobil bazarı

Mövzu üzrə digər xəbərlər

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

20:41
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
Fələstin

Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb

20:23
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
Digər Dövlətlər

İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib

18:45
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Digər Dövlətlər

Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb

17:41

Son Xəbərlər

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
21:20
ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib
ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib
21:18
ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
21:12
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.