13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Pakistanda musson yağışlarının yaratdığı fəlakətlərdə ölənlərin sayı 700-ə çatır

Pakistan Milli Fəlakət İdarəetmə Təşkilatı (NDMA) tərəfindən verilən açıqlamada, yağışların səbəb olduğu fəlakətlərin təsirlərinin ölkə üzrə davam etdiyi bildirilib. Açıqlamada, ölkə üzrə baş verən fəlakətlərdə həyatını itirənlərin sayının 657-yə yüksəldiyi, ölənlərin 171-nin uşaq olduğu ifadə edilib. İtkin düşən 929 nəfəri tapmaq üçün axtarış-xilasetmə işlərinin davam etdiyi qeyd edilən açıqlamada, fəlakətlərdən ən çox təsirlənən əyalətin Hayber Paxtunxva olduğu və burada 150-dən çox şəxsin hələ də itkin düşdüyü qeyd olunub. Açıqlamada Hayber Paxtunxvada 390, Pəncabda 164, Gilgit-Baltistanda 32, Sinddə 28, Bəlucistanda 20, Azad Kəşmirdə 15 və İslamabadda 8 nəfərin həyatını itirdiyi məlumatı paylaşılıb.

18 Avqust 2025 15:46
Pakistanda musson yağışlarının yaratdığı fəlakətlərdə ölənlərin sayı 700-ə çatır

BAKI, AzerVoice, Nailə Babazadə

Pakistan Milli Fəlakət İdarəetmə Təşkilatı (NDMA) tərəfindən verilən açıqlamada, yağışların səbəb olduğu fəlakətlərin təsirlərinin ölkə üzrə davam etdiyi bildirilib.

AzerVoice xəbər verir ki, açıqlamada, ölkə üzrə baş verən fəlakətlərdə həyatını itirənlərin sayının 657-yə yüksəldiyi, ölənlərin 171-nin uşaq olduğu ifadə edilib.

İtkin düşən 929 nəfəri tapmaq üçün axtarış-xilasetmə işlərinin davam etdiyi qeyd edilən açıqlamada, fəlakətlərdən ən çox təsirlənən əyalətin Hayber Paxtunxva olduğu və burada 150-dən çox şəxsin hələ də itkin düşdüyü qeyd olunub.

Açıqlamada Hayber Paxtunxvada 390, Pəncabda 164, Gilgit-Baltistanda 32, Sinddə 28, Bəlucistanda 20, Azad Kəşmirdə 15 və İslamabadda 8 nəfərin həyatını itirdiyi məlumatı paylaşılıb.

Qeyd edək ki, bu il musson yağışlarının keçən ilə nisbətən 50–60 faiz daha güclü olduğu ifadə edilən açıqlamada, yağışların 22 avqusta qədər təsirini davam etdirəcəyinə dair xəbərdarlıq edilib.

Pakistanda sentyabr ayında iki yeni yağış dalğasının təsirli olacağı gözlənilir.

Cənubi Asiyada iyun ilə sentyabr ayları arasında təsirli olan musson yağışları, hər il genişmiqyaslı təbii fəlakətlərə və qəzalara səbəb olur.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), dağıdıcı sel fəlakətinin yaşandığı Pakistana səhiyyə ehtiyaclarının qarşılanması üçün tibbi ləvazimat göndərib.

ÜST baş direktoru Tedros Adhanom Qebreyesus, Pakistandakı sel fəlakətinə dair, Amerika şirkəti X-in sosial media platformasında paylaşım edib.

Qebreyesus, Pakistandakı dağıdıcı sel fəlakətinin çox sayda insana təsir etdiyinə işarə edərək, yaxınlarını itirənlərə ən dərin başsağlığı dileklərini bildirib.

“ÜST, hökumətin səhiyyə ehtiyaclarını qarşılama səylərini dəstəkləyir və 15 min nəfəri müalicə etmək üçün tibbi ləvazimat göndərib.” - deyə Qebreyesus qeyd edib.

Pakistanın şimalında güclü yağışların səbəb olduğu sel basqınlarında 351 nəfər həyatını itirib.

Məqalədə: #Pakistan #Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) #sel #sel fəlakəti #daşqınlar #fırtına və daşqınlar #daşqınlar necə baş verir #sel zamanı təhlükəsizlik tədbirləri #iqlim dəyişikliyi və daşqınlar

Mövzu üzrə digər xəbərlər

ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır
Digər Xəbərlər

ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır

11 Sentyabr 17:46
Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA
Digər Xəbərlər

Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA

11 Sentyabr 17:33
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

11 Sentyabr 09:53

Son Xəbərlər

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
09:00
Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?
Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?
08:42
Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı
Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı
08:28
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
08:00
Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi
Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi
07:55
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.