4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

İrlandiya və İspaniya Eurovision-u boykotla hədələyir - İsrailin iştirakı böhran yaradıb

2026-cı ildə Avstriyanın paytaxtı Vyanada keçiriləcək Eurovision Mahnı Müsabiqəsi ətrafında ciddi siyasi gərginlik yaranıb. İrlandiyanın ictimai yayımçısı RTE, Avropa Yayım Birliyinin (EBU) Baş Assambleyasında bəzi üzv ölkələrin İsrailin iştirakından narahatlığını dilə gətirdiyini açıqlayıb.

12 Sentyabr 2025 17:30
İrlandiya və İspaniya Eurovision-u boykotla hədələyir - İsrailin iştirakı böhran yaradıb

BAKI, AzerVoice, Fərid Mikayılov

2026-cı ildə Avstriyanın paytaxtı Vyanada keçiriləcək Eurovision Mahnı Müsabiqəsi ətrafında ciddi siyasi gərginlik yaranıb.

AzerVoice xəbər verir ki, İrlandiya və İspaniya, İsrailin iştirak edəcəyi təqdirdə yarışmanı boykot edə biləcəklərini bəyan ediblər.

İrlandiyanın ictimai yayımçısı RTE, Avropa Yayım Birliyinin (EBU) Baş Assambleyasında bəzi üzv ölkələrin İsrailin iştirakından narahatlığını dilə gətirdiyini açıqlayıb.

“İsrail iştirakını davam etdirəcəksə, İrlandiya 2026 Eurovision Mahnı Müsabiqəsində olmayacaq. Yekun qərarı EBU verdikdən sonra elan edəcəyik” — deyə bəyanatda bildirilib.

İspaniya mədəniyyət naziri Ernest Urtasun da ölkəsinin mövqeyini açıq şəkildə bildirib.

“İsrailin beynəlxalq tədbirlərdə iştirakını heç nə olmamış kimi normallaşdıra bilmərik. Müsabiqənin iştirakçıları fərdi sənətçilər deyil, dövlətin nümayəndələridir” — deyə o vurğulayıb.

Baş nazir Pedro Sançes də daha əvvəl İsrailin yarışdan kənarlaşdırılması üçün EBU-ya müraciət etmişdi. O, Rusiyanın Ukraynaya hücumundan sonra beynəlxalq tədbirlərdən uzaqlaşdırıldığını xatırladaraq, Qəzza müharibəsinə görə İsrailə də oxşar sanksiyaların tətbiq olunmasını tələb etmişdi.

Sloveniyanın ictimai yayımçısı RTVSLO da İsrailin iştirakına etiraz edib və müsabiqədən çıxmağı müzakirə etdiyini açıqlayıb. 70-dən çox keçmiş Eurovision iştirakçısı və ötən ilin qalibi, avstriyalı müğənni JJ də İsrailin 2026 yarışından uzaqlaşdırılmasını tələb edən açıq məktuba imza atıb.

Məqalədə: #İsrail #İspaniya #Eurovision #İrlandiya #Avstriya #Sloveniya #Pedro Sançes #Vyana #2026 Eurovision Mahnı Müsabiqəsi #Avropa Yayım Birliyi (EBU)

Mövzu üzrə digər xəbərlər

İordaniya və Avstriya Suriyanın bərpasına dəstəyin davam etdirilməsini istəyib
Siyasət

İordaniya və Avstriya Suriyanın bərpasına dəstəyin davam etdirilməsini istəyib

13:52
İsrail Livanın cənubunda hücumları davam etdirir
Livan

İsrail Livanın cənubunda hücumları davam etdirir

3 Sentyabr 22:29
İran hakimiyyətinin devrilməsi İsrailin növbəti əsas vəzifəsidir - Netanyahu
Digər Dövlətlər

İran hakimiyyətinin devrilməsi İsrailin növbəti əsas vəzifəsidir - Netanyahu

3 Sentyabr 22:01
Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb
Digər Xəbərlər

Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb

3 Sentyabr 21:03

Son Xəbərlər

Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
15:57
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
15:44
Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
15:30
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
15:21
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.