8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Papa XIV Leo və Mahmud Abbas Qəzzada yardım və iki dövlətli həlli müzakirə ediblər

Vatikan Dövlət Başçısı və katoliklərin ruhani lideri Papa XIV Leo, Fələstin Prezidenti Mahmud Abbas ilə Qəzzaya humanitar yardımın çatdırılması və iki dövlətli həll yolunu müzakirə edib. Rəsmi səfər üçün Roma şəhərində olan Abbas səhər saatlarında Vatikanı ziyarət edib. Vatikanın açıqlamasına görə, görüş 26 iyun 2015-ci ildə Vatikanın Fələstin Dövlətini tanımasını təmin edən sazişin 10 illiyi münasibətilə keçirilib.

6 Noyabr 2025 15:49
Papa XIV Leo və Mahmud Abbas Qəzzada yardım və iki dövlətli həlli müzakirə ediblər

BAKI, AzerVoice, Nailə Babazadə

Vatikan Dövlət Başçısı və katoliklərin ruhani lideri Papa XIV Leo, Fələstin Prezidenti Mahmud Abbas ilə Qəzzaya humanitar yardımın çatdırılması və iki dövlətli həll yolunu müzakirə edib.

AzerVoice xəbər verir ki, rəsmi səfər üçün Roma şəhərində olan Abbas səhər saatlarında Vatikanı ziyarət edib. Vatikanın açıqlamasına görə, görüş 26 iyun 2015-ci ildə Vatikanın Fələstin Dövlətini tanımasını təmin edən sazişin 10 illiyi münasibətilə keçirilib.

Açıqlamada bildirilib ki, “səmimi keçən görüşdə Qəzzadaki mülki əhaliyə təcili yardımın çatdırılmasının və iki dövlətli həll əsasında münaqişəyə son qoyulmasının vacibliyi vurğulanıb.”

Papa XIV Leo və Mahmud Abbas daha əvvəl, 21 iyulda, Qəzza və İordan çayının qərb sahilindəki vəziyyətlə bağlı telefon danışığı aparmışdılar.

Abbas səfəri çərçivəsində sabah İtaliya Prezidenti Sergio Mattarella və Baş nazir Giorgia Meloni ilə də görüşəcək. Roma şəhərində səfər səbəbindən gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb.

Mahmud Abbas Romaya gələrkən ötən apreldə vəfat edən əvvəlki Papa Franciscusun məzarını da ziyarət edib. Abbas jurnalistlərə açıqlamasında bildirib:

“Papa Fransiskin Fələstin və fələstinlilər üçün gördüyü işləri heç vaxt unuda bilmərəm. O, Fələstini heç kimin xahişi olmadan tanıyan ilk liderlərdən biri idi.” - deyə Abbas qeyd edib.

Qeyd edək ki, Papa Fransisk 2023-cü ilin oktyabrından ölümünə qədər İsrailin Qəzzaya hücumlarını sərt tənqid etmişdi.

Məqalədə: #Qəzza #Qəzza zolağı #Mahmud Abbas #Roma papası #Papa Fransisk #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Ərəb dövlətləri və Qəzza #Papa Fransisk atəşkəs çağırışı #Papa Fransiskin Yaxın Şərq mesajı #Papa Fransisk vəfat etdi #Yeni seçiləcək Papa #papa seçkisi prosesi

Mövzu üzrə digər xəbərlər

Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Digər Xəbərlər

Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb

7 Sentyabr 19:43
Almaniya Qəzzaya görə Beynəlxalq Ədalət Məhkəməsində ittiham olunur
Digər Dövlətlər

Almaniya Qəzzaya görə Beynəlxalq Ədalət Məhkəməsində ittiham olunur

7 Sentyabr 19:13
Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır
Yaxın Şərq

Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır

7 Sentyabr 18:37
Qəzzada ölənlərin sayı 73 658-ə çatıb
Yaxın Şərq

Qəzzada ölənlərin sayı 73 658-ə çatıb

7 Sentyabr 18:05

Son Xəbərlər

Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
10:17
Fransa Dənizaşırı ərazilər üçün viza qaydalarını sərtləşdirir
Fransa Dənizaşırı ərazilər üçün viza qaydalarını sərtləşdirir
10:00
Səudiyyə Ərəbistanı husilərin hücumlarını pisləyib
Səudiyyə Ərəbistanı husilərin hücumlarını pisləyib
09:48
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək
09:42
Mədinə qubernatoru fətvalarda mötədilliyin vacibliyini vurğulayıb
Mədinə qubernatoru fətvalarda mötədilliyin vacibliyini vurğulayıb
09:36
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.