5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Bu həftə diplomatiya baxımından önəmli ola bilər - Kallas

Aİ Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas ABŞ və Ukrayna arasında aparılan sülh müzakirələrinin “çətin, amma məhsuldar” olduğunu bildirib və bu həftənin diplomatiya baxımından önəmli ola biləcəyini vurğulayıb. Aİ Müdafiə Nazirləri Toplantısı öncəsi jurnalistlərə açıqlama verən Kallas, toplantıda nazirlərlə Ukraynaya verilən dəstək və AB-nin müdafiə sahəsindəki layihələrini müzakirə edəcəyini bildirib.

1 Dekabr 2025 14:24
Bu həftə diplomatiya baxımından önəmli ola bilər - Kallas

BAKI, AzerVoice, Nailə Babazadə

Aİ Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas ABŞ və Ukrayna arasında aparılan sülh müzakirələrinin “çətin, amma məhsuldar” olduğunu bildirib və bu həftənin diplomatiya baxımından önəmli ola biləcəyini vurğulayıb.

AzerVoice xəbər verir ki,Aİ Müdafiə Nazirləri Toplantısı öncəsi jurnalistlərə açıqlama verən Kallas, toplantıda nazirlərlə Ukraynaya verilən dəstək və AB-nin müdafiə sahəsindəki layihələrini müzakirə edəcəyini bildirib.

Kallas Rusiyanın sülh istəmədiyini deyərək, Ukraynanın mümkün qədər gücləndirilməsinin vacib olduğunu qeyd edib. O əlavə edib ki, dünən ABŞ və Ukrayna arasında keçirilən görüşlərin nəticələrini hələ bilmirik, bugün isə Ukrayna Müdafiə Naziri Denis Şmigal və Ukrayna Xarici İşlər Naziri Andrii Sybiha nazirləri məlumatlandıracaq.

Olası sülh razılaşması çərçivəsində Ukrayna ordusunun müəyyən məhdudiyyətlərlə üzləşə biləcəyini nəzərə alaraq, Kallas bildirib ki, ordusu heç bir ölkəni işğal etməmiş Ukraynaya təzyiq ediləcəksə, Rus ordusuna da eyni təzyiq göstərilməlidir.

“Əslində, hər kəs üçün real təhlükə yaradan Rus ordusudur. Burada yalnız Avropa ölkələrindən deyil, Rusiyanın bütün qonşu ölkələrindən danışırıq,” – Kallas deyib.

ABŞ və Ukrayna heyətləri ABŞ Dövlət Katibi Marko Rubio və Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası Katibi Rüstem Umerovun rəhbərliyi ilə Florida ştatında ABŞ-ın sülh planını müzakirə etmək üçün görüşüblər. Rubio və Umerov görüşün çox faydalı və məhsuldar olduğunu qeyd ediblər.

Qeyd edək ki, ABŞ və Ukrayna heyətləri bundan əvvəl 23 noyabrda İsveçrənin Cenevrə şəhərində də görüşərək ABŞ Prezidenti Donald Trump tərəfindən təqdim olunan 28 maddəli sülh planını müzakirə etmişdilər.

Məqalədə: #Avropa İttifaqı #Marko Rubio #Rusiya-Ukrayna münaqişəsi #Ukrayna-Rusiya müharibəsi #Rusiya-Ukrayna müharibəsi #Rusiya-Ukrayna müharibəsinin sonu #Rusiya qoşunlarının Ukraynadan dərhal çıxarılması #Kaja Kallas #Ukrayna Rusiya müharibəsində vasitəçi

Mövzu üzrə digər xəbərlər

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
Fələstin

Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb

4 Sentyabr 20:23
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
Digər Dövlətlər

İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib

4 Sentyabr 18:45
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Digər Dövlətlər

Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb

4 Sentyabr 17:41

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.