8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Fransada jurnalist təşkilatları İsraili məhkəməyə verib

Fransada iki jurnalist təşkilatı, jurnalistlərin fəaliyyətinə mane olduğu iddiası ilə İsrailə qarşı şikayət ərizəsi təqdim edib. Le Monde nəşrinin xəbərinə görə, Jurnalistlər Milli Sindikatı (SNJ) və Beynəlxalq Jurnalistlər Federasiyası (FIJ) İsrailin Qəzzada “xəbər azadlığını əngəllədiyi” səbəbilə Parisdə hüquqi prosesə müraciət edib. Təşkilatlar, Qəzzaya jurnalistlərin girişinə icazə verməyən İsrailin “müharibə cinayəti törətdiyini” bildirərək, bu cinayətlərin araşdırılmasına cavabdeh olan Fransa Milli Antiterror Prokurorluğuna şikayət təqdim edib.

2 Dekabr 2025 15:30
Fransada jurnalist təşkilatları İsraili məhkəməyə verib

BAKI, AzerVoice, Nailə Babazadə

Fransada iki jurnalist təşkilatı, jurnalistlərin fəaliyyətinə mane olduğu iddiası ilə İsrailə qarşı şikayət ərizəsi təqdim edib.

AzerVoice xəbər verir ki, Le Monde nəşrinin xəbərinə görə, Jurnalistlər Milli Sindikatı (SNJ) və Beynəlxalq Jurnalistlər Federasiyası (FIJ) İsrailin Qəzzada “xəbər azadlığını əngəllədiyi” səbəbilə Parisdə hüquqi prosesə müraciət edib.

Təşkilatlar, Qəzzaya jurnalistlərin girişinə icazə verməyən İsrailin “müharibə cinayəti törətdiyini” bildirərək, bu cinayətlərin araşdırılmasına cavabdeh olan Fransa Milli Antiterror Prokurorluğuna şikayət təqdim edib.

France Info kanalının məlumatına görə, iki təşkilat yüz səhifəlik şikayət sənədi təqdim edib. Bu, Fransada İsrailə qarşı “mətbuat azadlığını pozduğu” iddiası ilə verilmiş ilk şikayət kimi qeyd olunur.

Təşkilatlar, İsrailin jurnalistlərin fəaliyyətini koordinasiyalı şəkildə zorakı üsullarla əngəlləməsini qınadıqlarını vurğulayıb.

Qeyd edək ki, İsrailin 2023-cü ilin oktyabrında Qəzza zolağına başladığı hücumlarda 70 min 112 nəfər həyatını itirib, 170 min 986 nəfər isə yaralanıb. Hələ də dağıntılar altında minlərlə cəsədin qaldığı bildirilir.

Qəzzada 250-dən artıq jurnalist İsrail tərəfindən hədəf alınaraq öldürülüb.

Fələstin Jurnalistlər Sindikatının 5 noyabr tarixli aylıq hesabatında qeyd olunub ki, İsrail ordusu yalnız oktyabr ayında Qəzzada 2 jurnalisti öldürüb, 10 jurnalisti yaralayıb, 9 jurnalistin isə evini dağıdıb.

Məqalədə: #Qəzza #Qəzza zolağı #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Misirin Qəzza siyasəti #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Qəzzanın bərpası 2025 #Jurnalistlərin hədəf alınması #Fələstinli jurnalistlərin təhlükəsizliyi #Fələstin jurnalistlərinə qarşı hücumlar

Mövzu üzrə digər xəbərlər

Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Digər Xəbərlər

Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb

7 Sentyabr 19:43
Almaniya Qəzzaya görə Beynəlxalq Ədalət Məhkəməsində ittiham olunur
Digər Dövlətlər

Almaniya Qəzzaya görə Beynəlxalq Ədalət Məhkəməsində ittiham olunur

7 Sentyabr 19:13
Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır
Yaxın Şərq

Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır

7 Sentyabr 18:37
Qəzzada ölənlərin sayı 73 658-ə çatıb
Yaxın Şərq

Qəzzada ölənlərin sayı 73 658-ə çatıb

7 Sentyabr 18:05

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.