7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Somali İsrailin Somalilandla bağlı qərarını qətiyyətlə pisləyir

Somali Federal Respublikası ölkənin suverenliyinin, milli birliyinin və ərazi bütövlüyünün müzakirə mövzusu olmadığını vurğulayaraq, Somalilandı tanıyan İsrailə sərt reaksiya göstərib. Somali Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin yaydığı yazılı açıqlamada Somalinin suverenliyinin, milli birliyinin və ərazi bütövlüyünün Somali Federal Respublikasının Müvəqqəti Konstitusiyası, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi və Afrika Birliyinin Təsis Aktı ilə təminat altına alındığı qeyd olunub.

27 Dekabr 2025 10:58
Somali İsrailin Somalilandla bağlı qərarını qətiyyətlə pisləyir

BAKI, AzerVoice, Nailə Babazadə

Somali Federal Respublikası ölkənin suverenliyinin, milli birliyinin və ərazi bütövlüyünün müzakirə mövzusu olmadığını vurğulayaraq, Somalilandı tanıyan İsrailə sərt reaksiya göstərib.

AzerVoice xəbər verir ki, Somali Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin yaydığı yazılı açıqlamada Somalinin suverenliyinin, milli birliyinin və ərazi bütövlüyünün Somali Federal Respublikasının Müvəqqəti Konstitusiyası, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi və Afrika Birliyinin Təsis Aktı ilə təminat altına alındığı qeyd olunub.

Açıqlamada İsrailin Somalinin şimalına dair tanıma mənası daşıyan bu addımının Somalinin suverenliyinə qarşı hüquqa zidd bir cəhd olduğu bildirilib və bu addımın qəti şəkildə rədd edildiyi vurğulanıb.

Somalilandın Somali Federal Respublikasının suveren ərazilərinin ayrılmaz və ötürülməz bir hissəsi olduğu xüsusi olaraq qeyd edilib.

Somalinin vahid və bölünməz bir suveren dövlət olduğuna diqqət çəkilən açıqlamada, heç bir xarici tərəfin ölkənin birliyini və ya ərazi quruluşunu dəyişdirmək səlahiyyəti və ya legitimliyinin olmadığı bildirilib.

Açıqlamada Somalinin birliyi, idarəetməsi və konstitusion quruluşu ilə bağlı bütün məsələlərin yalnız Somali xalqının səlahiyyətində olduğu, bu problemlərin yalnız hüquqa uyğun və dinc yollarla həll edilə biləcəyi vurğulanıb.

Fələstin xalqının öz müqəddəratını təyin etmək hüququ başda olmaqla, legitim hüquqlarına prinsipial dəstəyin bir daha təsdiqləndiyi açıqlamada işğal və zorla köçürmə kimi praktikaların rədd edildiyi bildirilib.

Fələstin xalqının vətəndaşlıqdan məhrum edilməsinin qəbuledilməz olduğu da açıqlamada yer alıb.

Ölkə ərazisində xarici hərbi bazaların qurulmasına və ya Somalini vekalət müharibələrinə sürükləyəcək hər hansı razılaşmaya icazə verilməyəcəyi vurğulanıb. Belə addımların Afrika Buynuzu, Qırmızı dəniz və Ədən körfəzi ətrafında sülh və sabitliyi təhdid etdiyi, Əş-Şəbab və İŞİD kimi terror təşkilatlarının bundan faydalana biləcəyi barədə xəbərdarlıq edilib.

Açıqlamada beynəlxalq ictimaiyyətlə qarşılıqlı hörmət və beynəlxalq hüquqa bağlılıq əsasında münasibətlərin davam etdiriləcəyi bir daha vurğulanıb.

Somalidə mərkəzi dövlət quruluşunun 1991-ci ildən sonra zəiflədiyi, bu dövrdə Somaliland bölgəsinin birtərəfli şəkildə müstəqillik elan etdiyi xatırladılıb, lakin bu qərarın beynəlxalq ictimaiyyət tərəfindən tanınmadığı qeyd olunub.

İsrailin Baş naziri Benyamin Netanyahu daha əvvəl Somalilandı “müstəqil və suveren dövlət” kimi tanıdıqlarını açıqlamışdı. Bu qərarla İsrail Somalilandı tanıyan ilk ölkə olub.

Somali hökuməti isə Somalilandı ölkənin ayrılmaz bir hissəsi hesab etdiyini və bölgə ilə bağlı istənilən birtərəfli tanıma və ya razılaşmanı suverenliyinə açıq hücum kimi qiymətləndirdiyini dəfələrlə bəyan etmişdi.

Məqalədə: #Somali #Suverenlik #Somali sahillərində neft #Somaliland

Mövzu üzrə digər xəbərlər

Türkiyə hərbi dəniz qüvvələri Somali dəniz quldurları tərəfindən qaçırılan gəmini azad edib
Türkiyə

Türkiyə hərbi dəniz qüvvələri Somali dəniz quldurları tərəfindən qaçırılan gəmini azad edib

30 Avqust 09:18
ABŞ–Efiopiya hərbi əməkdaşlığını gücləndirir: Misirə və regiondakı 5 aktora mesaj
Digər Dövlətlər

ABŞ–Efiopiya hərbi əməkdaşlığını gücləndirir: Misirə və regiondakı 5 aktora mesaj

28 Avqust 12:33
Tehran Hörmüz boğazı üzərində suveren hüquqa malik olduğunu bildirib
İran

Tehran Hörmüz boğazı üzərində suveren hüquqa malik olduğunu bildirib

25 Avqust 19:49
Yəmən sahillərində silahlı şəxslər gəmini ələ keçiriblər
Yəmən

Yəmən sahillərində silahlı şəxslər gəmini ələ keçiriblər

20 Avqust 18:16

Son Xəbərlər

Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
06:00
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.