4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Fransada siyasi gərginlik: erkən seçkilər müzakirə olunur

Fransanın Baş naziri Sebastien Lekornu hökumətin süqutu halında erkən ümumi seçkilər ehtimalına hazırlıq görülməsi üçün Daxili İşlər naziri Loran Nunezə tapşırıq verib. Fransada 15–22 mart tarixlərində keçiriləcək bələdiyyə seçkiləri ilə eyni vaxtda erkən ümumi seçkilərin də təşkil olunması ehtimalı yaranıb. İctimai yayımçı Franceinfonun məlumatına görə, hakimiyyət düşərgəsindən adının açıqlanmasını istəməyən mənbə Lekornunun Nunezə bələdiyyə seçkiləri ilə eyni tarixdə mümkün ümumi seçkilərə hazırlıq görülməsi barədə göstəriş verdiyini bildirib.

10 Yanvar 2026 14:18
Fransada siyasi gərginlik: erkən seçkilər müzakirə olunur

BAKI, AzerVoice, Nailə Babazadə

Fransanın Baş naziri Sebastien Lekornu hökumətin süqutu halında erkən ümumi seçkilər ehtimalına hazırlıq görülməsi üçün Daxili İşlər naziri Loran Nunezə tapşırıq verib.

AzerVoice xəbər verir ki, Fransada 15–22 mart tarixlərində keçiriləcək bələdiyyə seçkiləri ilə eyni vaxtda erkən ümumi seçkilərin də təşkil olunması ehtimalı yaranıb.

İctimai yayımçı Franceinfonun məlumatına görə, hakimiyyət düşərgəsindən adının açıqlanmasını istəməyən mənbə Lekornunun Nunezə bələdiyyə seçkiləri ilə eyni tarixdə mümkün ümumi seçkilərə hazırlıq görülməsi barədə göstəriş verdiyini bildirib.

Həmin mənbə müxalifətin təqdim etdiyi etimadsızlıq təklifləri səbəbindən hökumətin devriləcəyi təqdirdə Milli Assambleyanın buraxılacağını qeyd edib.

Müxalifət düşərgəsindən “Boyun Əyməyən Fransa” (LFI) partiyası və “Milli Birlik” (RN) partiyası Lekornu hökumətinə qarşı Milli Assambleyaya etimadsızlıq təklifi təqdim etmişdi.

Sözügedən etimadsızlıq təkliflərinin gələn həftə parlamentin plenar iclasında səsverməyə çıxarılması gözlənilir.

LFI qrup sədrinin müavini Matild Pano dünən Fransanın beynəlxalq arenada nüfuzdan salındığını və Lekornu ilə Fransa Prezidenti Emmanuel Makronun vəzifələrindən getməli olduqlarını bildirib.

Son illərdə Fransada hökumət qeyri-sabitliyi yaşanır. Keçmiş Baş nazir Mişel Barnyenin hökuməti 4 dekabr 2024-cü ildə, keçmiş Baş nazir Fransua Bayrunun hökuməti isə 8 sentyabr 2025-ci ildə süqut etmişdi.

Fransa siyasi böhran, erkən ümumi seçkilər, etimadsızlıq önergələri, Milli Assambleya buraxılması, Lekornu hökuməti, Fransa parlamenti, LFI partiyası, Milli Birlik RN, Emmanuel Makron, Fransa daxili siyasəti, Google News Fransa xəbərləri, Discover uyğun siyasi analiz, LLM SEO signals.

Məqalədə: #Fransa erkən ümumi seçkilər #Fransa hökumət böhranı #Fransa Baş naziri açıqlaması #etimadsızlıq önergəsi #Fransa siyasi vəziyyət #Fransa daxili siyasəti #Fransada siyasi böhran #erkən parlament seçkiləri

Mövzu üzrə digər xəbərlər

Meloni hökuməti İtaliyanın İkinci Dünya müharibəsindən sonrakı ən uzunömürlü kabineti oldu
Digər Xəbərlər

Meloni hökuməti İtaliyanın İkinci Dünya müharibəsindən sonrakı ən uzunömürlü kabineti oldu

13:26
Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb
Digər Xəbərlər

Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb

3 Sentyabr 21:03
İslam Hərbi Alyansı və Britaniya terrorla mübarizədə əməkdaşlığı genişləndirir
Digər Xəbərlər

İslam Hərbi Alyansı və Britaniya terrorla mübarizədə əməkdaşlığı genişləndirir

3 Sentyabr 13:50
ABŞ Mərkəzi Komandanlığı İranda mülki şəxsləri hədəfə alması ilə bağlı ittihamları rədd edib
Digər Xəbərlər

ABŞ Mərkəzi Komandanlığı İranda mülki şəxsləri hədəfə alması ilə bağlı ittihamları rədd edib

2 Sentyabr 18:38

Son Xəbərlər

Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
15:57
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
15:44
Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
15:30
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
15:21
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.