5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Macarıstan Ukraynaya ayrılacaq 90 milyard avroluq Aİ kreditini bloklayacağını açıqladı

Macarıstan hökuməti Ukraynaya ayrılması planlaşdırılan 90 milyard avroluq Avropa İttifaqı (Aİ) kredit paketini bloklayacağını bəyan edib. Siyarto sosial şəbəkə paylaşımında iddia edib ki, Ukrayna, Brüssel və Macarıstan müxalifəti aprel ayında keçiriləcək ümumi seçkilər ərəfəsində Baş nazir Viktor Orban hökumətinə təzyiq göstərmək üçün enerji axınını siyasi alətə çevirib.

21 Fevral 2026 10:18
Macarıstan Ukraynaya ayrılacaq 90 milyard avroluq Aİ kreditini bloklayacağını açıqladı
Bizi buradan izləyin və Bizə yazın

BAKI,VOA, Fərid Mikayılov

Macarıstan hökuməti Ukraynaya ayrılması planlaşdırılan 90 milyard avroluq Avropa İttifaqı (Aİ) kredit paketini bloklayacağını bəyan edib.

VOA xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Peter Siyarto açıqlama verib.

O, bildirib ki, Rusiyadan Macarıstana neft nəqlini təmin edən “Drujba” boru kəməri üzrə tranzit bərpa olunmayana qədər Budapeşt Kiyevə maliyyə dəstəyinə razılıq verməyəcək.

Siyarto sosial şəbəkə paylaşımında iddia edib ki, Ukrayna, Brüssel və Macarıstan müxalifəti aprel ayında keçiriləcək ümumi seçkilər ərəfəsində Baş nazir Viktor Orban hökumətinə təzyiq göstərmək üçün enerji axınını siyasi alətə çevirib.

“Drujba boru kəməri ilə Macarıstana neft tranziti bərpa edilənə qədər Ukrayna üçün nəzərdə tutulan 90 milyard avroluq Aİ kreditini bloklayırıq” - deyə Siyarto bildirib.

Macarıstan tərəfi Ukraynanı boru kəmərindəki zədənin aradan qaldırılması üçün yetərli addımlar atmamaqda və bununla ölkəyə “enerji şantajı” tətbiq etməkdə ittiham edir. Kiyev isə bu iddiaları rədd edir.

Mövcud gərginliyin əsas səbəbi Ukrayna ərazisindən keçən və Sovet dövründən qalan “Drujba” neft boru kəmərində yaranan zədələrdir. Kəmər Rusiyanın hücumları zamanı zərər görüb və bu, tranzit axınını məhdudlaşdırıb.

Avropa Komissiyası Macarıstanın neft ehtiyatları baxımından risk görmədiyini açıqlasa da, böhranın dərinləşməsi fonunda təcili toplantı çağıracağını bildirib.

Eyni zamanda Ukrayna sərt qış şəraitində Rusiya tərəfindən həyata keçirilən raket və pilotsuz uçuş aparatları hücumları nəticəsində enerji infrastrukturunun böyük hissəsini itirib. Bu isə ölkənin maliyyə və enerji baxımından xarici dəstəyə ehtiyacını artırıb.

Ukrayna Prezidenti Volodimir Zelenski maliyyə yardımının gecikməsinin ciddi nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib və Rusiyaya qarşı yeni sanksiyalar paketi çağırışı edib.

Məlumata görə, Ursula von der Leyen və Antonio Kosta gələn həftə Kiyevə səfər edərək Ukraynaya siyasi dəstəyin davam etdiyini nümayiş etdirəcəklər.

Məqalədə: #Moskva #Macarıstan #Kiyev #Peter Siyarto #NATO Ukrayna dəstəyi xəbərləri #Budapeşt #Avropa Komissiyası enerji qərarı #Ukrayna 90 milyard avro kredit #Avropa Komissiyası qərarı #Rusiya-Ukrayna müharibəsi təsirləri

Mövzu üzrə digər xəbərlər

Ukraynanın Ankaradakı səfiri XİN-ə çağırılıb
Türkiyə

Ukraynanın Ankaradakı səfiri XİN-ə çağırılıb

29 Avqust 17:42
Avropa ilə münasibətlərin yaxşılaşması üçün əsas yoxdur - Peskov
Digər Dövlətlər

Avropa ilə münasibətlərin yaxşılaşması üçün əsas yoxdur - Peskov

29 Avqust 17:33
Rusiya NATO ərazisinə hücum etməyəcək - Tramp
Digər Dövlətlər

Rusiya NATO ərazisinə hücum etməyəcək - Tramp

29 Avqust 16:34
ABŞ Moskva görüşləri barədə Ukraynaya məlumat verib - Zelenski
Digər Dövlətlər

ABŞ Moskva görüşləri barədə Ukraynaya məlumat verib - Zelenski

29 Avqust 16:16

Son Xəbərlər

İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
16:55
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
16:47
İordaniyada daxili  turizmi  təşviq etmək üçün pulsuz turlar təşkil edilir
İordaniyada daxili turizmi təşviq etmək üçün pulsuz turlar təşkil edilir
15:53
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
15:52
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
15:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.