4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

İranın ballistik raketlər barədə danışmaqdan imtinası böyük problemdir - Rubio

ABŞ-ın Dövlət katibi Marko Rubio İranın ballistik raket proqramı və regional təhlükəsizliyə təhdidləri ilə bağlı mühüm bəyanatlar verib. Karib dənizi ölkəsi olan Sent-Kits və Nevisə səfəri zamanı ABŞ mətbuatına açıqlama verən Rubio, Tehranın ballistik raketlər mövzusunda müzakirələrdən yayınmasını "böyük problem" kimi xarakterizə edib.

26 Fevral 2026 11:23
İranın ballistik raketlər barədə danışmaqdan imtinası böyük problemdir - Rubio
Bizi buradan izləyin və Bizə yazın

BAKI, VOA, Nailə Babazadə

ABŞ-ın Dövlət katibi Marko Rubio İranın ballistik raket proqramı və regional təhlükəsizliyə təhdidləri ilə bağlı mühüm bəyanatlar verib.

VOA xəbər verir ki, Karib dənizi ölkəsi olan Sent-Kits və Nevisə səfəri zamanı ABŞ mətbuatına açıqlama verən Rubio, Tehranın ballistik raketlər mövzusunda müzakirələrdən yayınmasını "böyük problem" kimi xarakterizə edib.

Rubio qeyd edib ki, İranın malik olduğu çoxsaylı ballistik raketlər, xüsusilə də qısa mənzilli olanlar ABŞ-ın regiondakı hərbi bazalarını və tərəfdaşlarını birbaşa hədəf alır. O, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər və Bəhreyndəki bütün Amerika bazalarının bu raketlərin mənzili daxilində olduğunu vurğulayıb. Dövlət katibi həmçinin Tehranın dəniz nəqliyyatını və ABŞ Hərbi Dəniz Qüvvələrini təhdid edən hərbi elementlərə sahib olduğunu iddia edərək deyib:

"Hər kəsin şunu anlamasını istəyirəm: Nüvə proqramından başqa, onların yalnız Amerikaya və amerikalılara hücum etmək üçün nəzərdə tutulmuş konvensional silahları da var."

Müzakirələrin əsasən nüvə proqramına yönəldiyini bildirən Rubio, raket məsələsinin də mütləq həll edilməli olduğunu vurğulayıb. O, ABŞ Prezidentinin diplomatik həll yoluna üstünlük verdiyini, lakin İranın ballistik raketlər barədə hər hansı tərəflə danışmaqdan imtina etməsinin irəliləyişə ciddi maneə törətdiyini qeyd edib.

Xatırladaq ki, 2025-ci ilin iyun ayında İsrail və ABŞ-ın İrana yönəlik hücumları səbəbindən kəsilən nüvə danışıqları, Türkiyə başda olmaqla region ölkələrinin təşəbbüsü və Omanın vasitəçiliyi ilə yenidən canlanıb.

Fevralın 6-da Omanda baş tutan dolayı təmaslardan sonra tərəflər fevralın 17-də Cenevrədə ikinci tur görüşləri keçiriblər. Danışıqlarda müəyyən irəliləyişin olduğu bildirilsə də, tərəflərin bu gün – 26 fevral tarixində Cenevrədə yenidən bir araya gəlməsi planlaşdırılır.

Hazırkı mərhələdə İran sanksiyaların ləğvini tələb edir, ABŞ isə Tehranın uran zənginləşdirmə fəaliyyətlərini tamamilə dayandırmasını və əlindəki yüksək dərəcəli zənginləşdirilmiş uran ehtiyatının ölkə xaricinə çıxarılmasını şərt qoyur. Müzakirə masasında zənginləşdirmə həddi, 440 kiloqramlıq uran ehtiyatının taleyi və sanksiyaların ləğvi üzrə yoxlama mexanizmlərinin yaradılması kimi kritik mövzular yer alır.

Məqalədə: #Marko Rubio #İran-ABŞ münasibətləri #İran–ABŞ danışıqları #İran və ABŞ arasında dolayısı danışıqlar #ABŞ İran toqquşması #ABŞ–İran münasibətləri #Rubio’dan İran’la anlaşma için kritik mesaj

Mövzu üzrə digər xəbərlər

ABŞ bölgədə təhlükəsizliyin pozulmasının mənbəyidir - Qalibaf
İran

ABŞ bölgədə təhlükəsizliyin pozulmasının mənbəyidir - Qalibaf

2 Sentyabr 19:49
Sanksiyaların məqsədi İranı danışıqlar masasına gətirməkdir - Skott Bessent
Digər Dövlətlər

Sanksiyaların məqsədi İranı danışıqlar masasına gətirməkdir - Skott Bessent

31 Avqust 20:47
İran rəhbərliyi ölkəni idarə edə bilmir - Tramp
Digər Dövlətlər

İran rəhbərliyi ölkəni idarə edə bilmir - Tramp

31 Avqust 18:39
Tramp Hörmüz boğazını ABŞ ərazisinə çevirməyi xəyal belə edə bilməz - İran
İran

Tramp Hörmüz boğazını ABŞ ərazisinə çevirməyi xəyal belə edə bilməz - İran

31 Avqust 18:29

Son Xəbərlər

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
16:30
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
15:57
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
15:44
Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
15:30
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.