4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

İran hücumunun ilk 36 saatı: 3 mindən çox ağıllı raket və bomba istifadə olunub

ABŞ və İsrailin İrana qarşı başlatdığı "Epic Fury" (Destansı Öfke) əməliyyatının ilk 36 saatına dair yayımlanan hərbi analizlər hücumların miqyasını və intensivliyini ortaya qoyur. Aparılan araşdırmalara görə, hücumların ilkin mərhələsində 3 mindən çox yüksək dəqiqlikli idarə olunan sursat və önləyici raketdən istifadə edilib. Bu qədər intensiv sursat sərfi Qərbin müdafiə sənayesinin tədarük zənciri və ehtiyatların yenilənməsi imkanları üzərində ciddi təzyiq yaradır. Analizlər göstərir ki, ABŞ ordusu əməliyyatın ilk 36 saatında təkcə GBU-31, GBU-32 və GBU-38 tipli JDAM idarəetmə dəstlərindən təxminən 250 ədəd istifadə edib.

6 Mart 2026 11:16
İran hücumunun ilk 36 saatı: 3 mindən çox ağıllı raket və bomba istifadə olunub

BAKI, VOA, Nailə Babazadə

ABŞ və İsrailin İrana qarşı başlatdığı "Epic Fury" (Destansı Öfke) əməliyyatının ilk 36 saatına dair yayımlanan hərbi analizlər hücumların miqyasını və intensivliyini ortaya qoyur.

VOA xəbər verir ki, aparılan araşdırmalara görə, hücumların ilkin mərhələsində 3 mindən çox yüksək dəqiqlikli idarə olunan sursat və önləyici raketdən istifadə edilib. Bu qədər intensiv sursat sərfi Qərbin müdafiə sənayesinin tədarük zənciri və ehtiyatların yenilənməsi imkanları üzərində ciddi təzyiq yaradır. Analizlər göstərir ki, ABŞ ordusu əməliyyatın ilk 36 saatında təkcə GBU-31, GBU-32 və GBU-38 tipli JDAM idarəetmə dəstlərindən təxminən 250 ədəd istifadə edib.

Vaşinqton rəhbərliyinin hərəkat çərçivəsində tətbiq etdiyi digər silah sistemləri arasında 120 ədəd "Tomahawk" qanadlı raketi, "MQ-9 Reaper" PUA-larından atılan 60 ədəd "AGM-114 Hellfire" raketi və yeraltı sığınacaqları hədəf alan 10 ədəd "GBU-57" bunker dağıdıcı bombası yer alır. Müdafiə məqsədilə isə 90 ədəd "Patriot" (PAC-2/PAC-3) və gəmi bazalı 180 ədəd "SM-2", "SM-3", "SM-6" hava hücumundan müdafiə raketləri işə salınıb. İsrail hərbi hava qüvvələri isə hücumlarda 280 ədəd "Spice-1000/2000" idarə olunan bombası, 70 ədəd "Rampage" supersonik raketi və 50 ədəd "Delilah" qanadlı raketindən istifadə edərək əməliyyata dəstək verib.

Mütəxəssislər sursat ehtiyatlarının bu sürətlə tükənməsinin istehsal prosesindəki kritik bir problemi üzə çıxaracağını qiymətləndirirlər. Müasir idarəetmə dəstlərinin istehsalı üçün zəruri olan nadir torpaq elementləri sektorunda Çin mütləq hakimiyyətə malikdir. Xüsusilə radar sistemləri və raketlər üçün həyati əhəmiyyət kəsb edən qallium maddəsinin qlobal tədarükünün 98 faizinin Çin tərəfindən idarə olunması istehsalın qısa müddətdə artırılmasını qeyri-mümkün edir. Müdafiə sənayesi ekspertləri bəzi inkişaf etmiş silah sistemlərinin və radarların yenidən istehsal edilməsinin 2 ildən 8 ilə qədər vaxt apara biləcəyinə diqqət çəkirlər.

ABŞ Qərargah Rəisləri Komitəsinin sədri general Dan Keyn və digər hərbi rəsmilər uzun sürəcək hərbi kampaniyanın ABŞ-ın silah ehtiyatlarına, xüsusən də İsrail və Ukraynaya verilən dəstəyə mənfi təsir göstərə biləcəyi barədə Prezident Donald Trampa xəbərdarlıq ediblər. Buna baxmayaraq, Donald Tramp sosial media platforması vasitəsilə etdiyi açıqlamada ehtiyatlarla bağlı narahatlıqları rədd edib. Tramp ABŞ-ın sursat anbarlarının heç vaxt olmadığı qədər dolu olduğunu və ölkənin sınırsız bir silah mənbəyinə sahib olduğunu müdafiə edərək hərbi əməliyyatların davam edəcəyi mesajını verib.

Məqalədə: #İsrail və İran gərginliyi #İsrail və İran münasibətləri #İsrail İran hücumu #İran-İsrail qarşıdurması #ABŞ İsrail dəstəyi #İsrail və İran #İsrail İran münaqişəsi #İsrail İran münasibətləri #İran kəşfiyyatı İsrail

Mövzu üzrə digər xəbərlər

İran hücum edərsə, İsrail güclü cavab verəcək - Benyamin Netanyahu
Digər Dövlətlər

İran hücum edərsə, İsrail güclü cavab verəcək - Benyamin Netanyahu

14 İyul 19:32
İran İsrailə hücum etsə, ən böyük səhvini edər - Katz
İran

İran İsrailə hücum etsə, ən böyük səhvini edər - Katz

26 İyun 17:44
Bütün Livan yanmalıdır - Ben-Qvir
Yaxın Şərq

Bütün Livan yanmalıdır - Ben-Qvir

20 İyun 11:45
İran İsrailə hücum edib
İran

İran İsrailə hücum edib

7 İyun 23:39

Son Xəbərlər

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
16:30
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
15:57
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
15:44
Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
15:30
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.