6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

ABŞ dənizdə gözləyən İran neftinin satışına müvəqqəti icazə verib

ABŞ-ın maliyyə naziri Skott Bessent dənizdə gözləyən İran neftinin satışına imkan yaradan məhdud və qısamüddətli ümumi lisenziya yayımladıqlarını açıqlayıb. Bessent sosial media hesabında etdiyi paylaşımda İranı qlobal terrorizmin mərkəzi adlandırıb və ABŞ Prezidenti Donald Trampın "Dastani Qəzəb Əməliyyatı" sayəsində bu mübarizəni gözləniləndən daha sürətli qazandıqlarını qeyd edib. Nazir vurğulayıb ki, Tramp administrasiyası qlobal enerji axınını maksimuma çatdırmaq və bazar sabitliyini təmin etmək üçün Amerikanın iqtisadi və hərbi gücündən istifadə etməyə davam edəcək.

21 Mart 2026 11:12
ABŞ dənizdə gözləyən İran neftinin satışına müvəqqəti icazə verib

BAKI,VOA, Nailə Babazadə

ABŞ-ın maliyyə naziri Skott Bessent dənizdə gözləyən İran neftinin satışına imkan yaradan məhdud və qısamüddətli ümumi lisenziya yayımladıqlarını açıqlayıb.

VOA xəbər verir ki, Bessent sosial media hesabında etdiyi paylaşımda İranı qlobal terrorizmin mərkəzi adlandırıb və ABŞ Prezidenti Donald Trampın "Dastani Qəzəb Əməliyyatı" sayəsində bu mübarizəni gözləniləndən daha sürətli qazandıqlarını qeyd edib. Nazir vurğulayıb ki, Tramp administrasiyası qlobal enerji axınını maksimuma çatdırmaq və bazar sabitliyini təmin etmək üçün Amerikanın iqtisadi və hərbi gücündən istifadə etməyə davam edəcək.

Maliyyə naziri hazırda dənizdə olan İran neftinin satışına icazə verilməsi ilə təxminən 140 milyon barel neftin sürətlə qlobal bazara çıxarılacağını bildirib. O, bu addımın qiymətləri aşağı saxlamaq üçün atıldığını və İran neftinin Tehrana qarşı bir vasitə kimi istifadə edildiyini qeyd edib. Bessent bu icazənin yalnız hazırda daşınma mərhələsində olan neftə aid olduğunu, yeni alışlara və ya istehsala icazə verilmədiyini xüsusi vurğulayıb.

ABŞ Maliyyə Nazirliyinin yayımladığı sənədə əsasən, 20 mart yerli vaxtla saat 00:01-dən əvvəl gəmilərə yüklənmiş İran mənşəli xam neft və neft məhsullarının satışı, çatdırılması və ya boşaldılması ilə bağlı əməliyyatlara müvəqqəti icazə verilir. Sözügedən icazə 19 aprel yerli vaxtla saat 00:01-ə qədər qüvvədə olacaq.

Məqalədə: #İsrail və İran gərginliyi #İsrail və İran münasibətləri #İsrailin İran hücumu #İsrailin İran hücum planı #ABŞ və İsrailin İran siyasəti #İsrail İran hücumu #İran-İsrail qarşıdurması #İsrail və İran

Mövzu üzrə digər xəbərlər

İran hücum edərsə, İsrail güclü cavab verəcək - Benyamin Netanyahu
Digər Dövlətlər

İran hücum edərsə, İsrail güclü cavab verəcək - Benyamin Netanyahu

14 İyul 19:32
İran İsrailə hücum etsə, ən böyük səhvini edər - Katz
İran

İran İsrailə hücum etsə, ən böyük səhvini edər - Katz

26 İyun 17:44
İran İsrailə hücum edib
İran

İran İsrailə hücum edib

7 İyun 23:39
CNN-in İsrail qüvvələrinin Azərbaycan ərazisində yerləşdirilməsi barədə iddiaları əsassızdır - XİN
Siyasət

CNN-in İsrail qüvvələrinin Azərbaycan ərazisində yerləşdirilməsi barədə iddiaları əsassızdır - XİN

5 İyun 14:33

Son Xəbərlər

Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
20:56
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.