7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Hörmüz boğazının bağlanması Asiyada enerji böhranına səbəb olub

ABŞ və İsrailin fevralın 28-də İrana qarşı başlatdığı hərbi əməliyyatlardan sonra strateji əhəmiyyətli Hörmüz boğazının faktiki olaraq qapanması Asiya ölkələrini dərin enerji böhranı ilə üz-üzə qoyub. Dünyanın dəniz yolu ilə daşınan neft və mayeləşdirilmiş təbii qaz (LNG) ticarətinin 20%-nin keçdiyi bu keçid məntəqəsində gəmi hərəkətinin dayanması Çin, Hindistan, Yaponiya və Cənubi Koreya kimi sənaye nəhənglərində yanacaq təchizatını iflic edib.

25 Mart 2026 17:39
Hörmüz boğazının bağlanması Asiyada enerji böhranına səbəb olub

BAKI,VOA, Nailə Babazadə

ABŞ və İsrailin fevralın 28-də İrana qarşı başlatdığı hərbi əməliyyatlardan sonra strateji əhəmiyyətli Hörmüz boğazının faktiki olaraq qapanması Asiya ölkələrini dərin enerji böhranı ilə üz-üzə qoyub. Dünyanın dəniz yolu ilə daşınan neft və mayeləşdirilmiş təbii qaz (LNG) ticarətinin 20%-nin keçdiyi bu keçid məntəqəsində gəmi hərəkətinin dayanması Çin, Hindistan, Yaponiya və Cənubi Koreya kimi sənaye nəhənglərində yanacaq təchizatını iflic edib.

VOA xəbər verir ki, vəziyyətin ciddiliyi ilə əlaqədar Filippin hökuməti yanacaq ehtiyatının cəmi 45 günlük olduğunu açıqlayaraq "milli enerji fövqəladə vəziyyəti" elan edib. Tayvan və Banqladeşdə isə ehtiyatların cəmi 11-14 günə çatacağı bildirilir. Enerji istehlakını minimuma endirmək məqsədilə Pakistan, İndoneziya və Vyetnam kimi ölkələrdə dövlət idarələrində iş günləri azaldılıb, məsafədən iş və onlayn təhsil modellərinə keçid sürətlənib.

Enerji qıtlığı bir çox ölkəni ekoloji standartları kənara qoyaraq kömür və aşağı keyfiyyətli neft məhsullarından istifadəyə sövq edib. Yaponiya hökuməti Beynəlxalq Enerji Agentliyi (IEA) ilə razılaşaraq tarixin ən yüksək həcmdə — 400 milyon barellik strateji neft ehtiyatını bazara çıxarmağa hazırlaşır. Hindistan isə tədarük zəncirini qorumaq üçün idxal etdiyi ölkələrin sayını 27-dən 41-ə çatdırıb.

Ekspertlər qeyd edirlər ki, Asiya ölkələrinin cəmi bir neçə həftəlik ehtiyatla qalması onilliklərdir səmərəlilik simvolu hesab olunan "Tam zamanında" (Just-In-Time) tədarük modelinin nəticəsidir. Sabit anbarlar yerinə tankerləri "üzən depo" kimi istifadə edən bu sistem Hürmüz boğazındakı blokada ilə tamamilə sıradan çıxıb. Hazırda region ölkələri həm hərbi gərginliyin, həm də iqtisadi tənəzzülün qarşısını almaq üçün diplomatik və iqtisadi çıxış yolları axtarır.

Məqalədə: #İsrail və İran gərginliyi #İsrail və İran münasibətləri #İsrailin İran hücumu #İsrailin İran hücum planı #ABŞ və İsrailin İran siyasəti #İsrail İran hücumu #İran-İsrail qarşıdurması #Hörmüz boğazı

Mövzu üzrə digər xəbərlər

Oman körfəzində ticarət gəmiləri atəşə tutulub
Oman

Oman körfəzində ticarət gəmiləri atəşə tutulub

5 Sentyabr 20:55
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47
Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
Bəhreyn

Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib

5 Sentyabr 18:53
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
İraq

İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb

5 Sentyabr 14:10

Son Xəbərlər

Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
07:20
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
06:00
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.