7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

ABŞ və İsrail İrana qarşı hərbi koordinasiyanı maksimum həddə çatdırıb

İsrailin "Kanal 12" televiziyasının yaydığı məlumata görə, rəsmi Vaşinqton və Tel-Əviv İranla aparılan danışıqların razılaşma ilə bitməməsi ehtimalına qarşı hərbi əməkdaşlığı intensivləşdiriblər. ABŞ-ın Yaxın Şərqə hərbi qüvvə toplamağa davam etdiyi və bunun gələcək hərbi əməliyyatlara zəmin hazırlamaq məqsədi daşıdığı iddia edilir.

30 Mart 2026 09:39
ABŞ və İsrail İrana qarşı hərbi koordinasiyanı maksimum həddə çatdırıb

BAKI,VOA, Nailə Babazadə

İsrailin "Kanal 12" televiziyasının yaydığı məlumata görə, rəsmi Vaşinqton və Tel-Əviv İranla aparılan danışıqların razılaşma ilə bitməməsi ehtimalına qarşı hərbi əməkdaşlığı intensivləşdiriblər.

VOA xəbər verir ki, ABŞ-ın Yaxın Şərqə hərbi qüvvə toplamağa davam etdiyi və bunun gələcək hərbi əməliyyatlara zəmin hazırlamaq məqsədi daşıdığı iddia edilir.

İsrailin yüksək rütbəli rəsmiləri bildirirlər ki, hərbi hazırlıqlar davam etsə də, hücumların xarakteri ilə bağlı tərəflər arasında fikir ayrılığı mövcuddur. İsrail İranın mühüm infrastruktur obyektlərinə birbaşa zərbələr endirilməsinin tərəfdarı olsa da, ABŞ rəhbərliyinin hələlik buna ehtiyatla yanaşdığı qeyd olunur. İsrail tərəfi ABŞ-ın bu addımlarını ya regionda yeni bir "qələbə imici" yaratmaq, ya da strateji güc balansını kökündən dəyişmək istəyi kimi qiymətləndirir.

İran tərəfi isə ABŞ-ın diplomatik danışıqlarda səmimiyyətini sual altına qoyaraq Vaşinqtona etibar etmədiyini bildirib. Məhz bu səbəbdən Tehranın hələ də ABŞ-ın tələblərinə rəsmi cavab vermədiyi vurğulanır. Məlumata görə, İran mövcud vəziyyətdə Körfəz ölkələri ilə yanaşı, Rusiya və Çini də prosesə cəlb edərək öz mövqeyini gücləndirməyə çalışır.

Məqalədə: #İsrail və İran gərginliyi #İsrail və İran münasibətləri #İsrailin İran hücumu #ABŞ və İsrailin İran siyasəti #İsrail İran hücumu #İran-İsrail qarşıdurması #İsrail İran münasibətləri

Mövzu üzrə digər xəbərlər

İran hücum edərsə, İsrail güclü cavab verəcək - Benyamin Netanyahu
Digər Dövlətlər

İran hücum edərsə, İsrail güclü cavab verəcək - Benyamin Netanyahu

14 İyul 19:32
İran İsrailə hücum etsə, ən böyük səhvini edər - Katz
İran

İran İsrailə hücum etsə, ən böyük səhvini edər - Katz

26 İyun 17:44
İran İsrailə hücum edib
İran

İran İsrailə hücum edib

7 İyun 23:39
CNN-in İsrail qüvvələrinin Azərbaycan ərazisində yerləşdirilməsi barədə iddiaları əsassızdır - XİN
Siyasət

CNN-in İsrail qüvvələrinin Azərbaycan ərazisində yerləşdirilməsi barədə iddiaları əsassızdır - XİN

5 İyun 14:33

Son Xəbərlər

Əbu-Dabi Kitab Sərgisində ilk dəfə görkəmli əmirlikli şəxsə xüsusi mükafat veriləcək
Əbu-Dabi Kitab Sərgisində ilk dəfə görkəmli əmirlikli şəxsə xüsusi mükafat veriləcək
15:05
Misir liderindən təcili çağırış - Silahlar sussun, danışıqlar masasına qayıdın
Misir liderindən təcili çağırış - Silahlar sussun, danışıqlar masasına qayıdın
14:52
Əbu-Dabidə peşə bacarıqlarını blokçeynlə təsdiqləyən ilk rəqəmsal kart təqdim edilib
Əbu-Dabidə peşə bacarıqlarını blokçeynlə təsdiqləyən ilk rəqəmsal kart təqdim edilib
14:46
ABŞ İranın nüvə dosyesini BMT Təhlükəsizlik Şurasına daşımaq istəyir
ABŞ İranın nüvə dosyesini BMT Təhlükəsizlik Şurasına daşımaq istəyir
14:32
BƏƏ və Almaniya strateji tərəfdaşlığı yeni sahələrə genişləndirir
BƏƏ və Almaniya strateji tərəfdaşlığı yeni sahələrə genişləndirir
14:22
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.