11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Qlobal bazarlarda "İran gərginliyi": Trampın ultimatumundan əvvəl qiymətlər dəyişdi

ABŞ Prezidenti Donald Trampın İrana qarşı irəli sürdüyü sərt ültimatumun vaxtı yaxınlaşdıqca, qlobal bazarlarda qarışıq tendensiya müşahidə olunur. Benzin qiymətləri: ABŞ-da yanacağın orta alon qiyməti 4,12 dollara yüksəlib. Müharibə başlamazdan əvvəl bu rəqəm 3 dollardan aşağı idi.

7 Aprel 2026 13:38
Qlobal bazarlarda "İran gərginliyi": Trampın ultimatumundan əvvəl qiymətlər dəyişdi

BAKI,VOA, Fərid Mikayılov

ABŞ Prezidenti Donald Trampın İrana qarşı irəli sürdüyü sərt ültimatumun vaxtı yaxınlaşdıqca, qlobal bazarlarda qarışıq tendensiya müşahidə olunur.

VOA xəbər verir ki, investorlar Vaşinqtonun Tehran qarşısında qoyduğu "ya razılaşma, ya da mülki infrastrukturun məhvi" tələbinin mümkün nəticələrini həyəcanla gözləyirlər.

Hərbi müdaxilə təhlükəsi enerji daşıyıcılarının qiymətinə birbaşa təsir göstərib. Hazırda Brent markalı neft: 1% artaraq barrel başına 111 dollar səviyyəsinə çatıb.

Benzin qiymətləri: ABŞ-da yanacağın orta alon qiyməti 4,12 dollara yüksəlib. Müharibə başlamazdan əvvəl bu rəqəm 3 dollardan aşağı idi.

Avropa və Asiya birjalarında son durum

ABŞ-ın şərq sahili vaxtı ilə axşam saat 20:00-da bitəcək ültimatum öncəsi birjalarda müxtəlif hərəkətlilik qeydə alınıb:

  • Avropa: Euro Stoxx 50 və Stoxx 600 indeksləri 0,5% artım göstərib. Fransanın CAC 40 və İtaliyanın FTSE MIB indeksləri 1%-ə yaxın prim qazanıb.
  • Asiya: Honkonqun Hang Seng indeksi 0,8% gerilədiyi halda, Avstraliyanın ASX 200 və Tayvanın Taiex indeksləri 2% bahalaşıb.

Təhlükəsiz liman axtarışında olan investorlar qızıla yönəliblər. Qızılın qiyməti 0,77% artaraq 4 685 dollara yüksəlib. Gümüş isə ons başına 72,95 dollar səviyyəsində qərarlaşıb.

Donald Tramp sosial media vasitəsilə İrana verdiyi müddətin bitməsinə saatlar qalmış təhdidini yeniləyib. O, razılaşma əldə olunmayacağı təqdirdə İranın enerji infrastrukturu və mülki obyektlərinin, o cümlədən elektrik stansiyalarının hava zərbələri ilə "tamamilə yerlə bir ediləcəyini" bildirib.

Məqalədə: #İran #ABŞ #Donald Tramp #Tehran #Vaşinqton #İran-ABŞ qarşıdurması

Mövzu üzrə digər xəbərlər

Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib
Digər Xəbərlər

Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib

10 Sentyabr 19:41
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
Digər Xəbərlər

BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib

9 Sentyabr 21:24
Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib
Digər Xəbərlər

Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib

9 Sentyabr 20:51
İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
Digər Xəbərlər

İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa

9 Sentyabr 11:20

Son Xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
10 Sentyabr 23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
10 Sentyabr 22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
10 Sentyabr 21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.