8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

İlon Mask və Tim Kuk Pekində niyə gündəm oldu?

ABŞ-ın tanınmış milyarderi İlon Mask ilə “Apple” şirkətinin baş icraçı direktoru Tim Kukun Çinin paytaxtı Pekində iştirak etdikləri rəsmi ziyafət zamanı çəkilən görüntüləri sosial şəbəkələrdə geniş rezonans doğurub.

15 May 2026 12:46
İlon Mask və Tim Kuk Pekində niyə gündəm oldu?

BAKI,VOA Orxan Qədirzadə

ABŞ-ın tanınmış milyarderi İlon Mask ilə “Apple” şirkətinin baş icraçı direktoru Tim Kukun Çinin paytaxtı Pekində iştirak etdikləri rəsmi ziyafət zamanı çəkilən görüntüləri sosial şəbəkələrdə geniş rezonans doğurub.

VOA xəbər verir ki, rəsmi mərasim zamanı çəkilən bir foto anı xüsusilə diqqət çəkib. Həmin görüntüdə Tim Kuk gülümsəyərək kameraya baxdığı halda, İlon Maskın üz ifadəsi və qeyri-adi mimikası sosial media istifadəçilərinin diqqətini cəlb edib və qısa zamanda müzakirə mövzusuna çevrilib.

Məlumata görə, Mask və Kuk ABŞ-ı təmsil edən nümayəndə heyətinin tərkibində Çinə səfər edən iş adamları və rəsmi şəxslərlə birlikdə Pekində keçirilən tədbirlərdə iştirak ediblər. Səfər ABŞ Prezidenti Donald Trampın Çinə etdiyi rəsmi səfər çərçivəsində baş tutub və yüksək səviyyəli görüşlərdə Çin rəhbərliyi ilə danışıqlar da nəzərdə tutulub.

Rəsmi ziyafət zamanı çəkilən kadrlar sosial mediada sürətlə yayılıb. Görüntülərdə İlon Maskın kameralar qarşısında daha sərbəst və qeyri-adi mimikalarla davranması, Tim Kuk isə daha ciddi və təmkinli görünməsi diqqət çəkən əsas məqamlardan biri olub.

Qısa müddət ərzində milyonlarla baxış toplayan görüntü sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İstifadəçilərin bir qismi Maskın davranışını onun adət etdiyi sərbəst üslubu ilə izah etsə də, digərləri bu anı rəsmi tədbir üçün qeyri-adi hesab edib.

Eyni zamanda, bəzi şərhlərdə iki texnologiya nəhənginin fərqli davranış tərzləri müqayisə olunub və onların ictimai görüntülərdə özünüifadə üsullarının fərqliliyi vurğulanıb.

Məqalədə: #İlon Mask #ABŞ nümayəndə heyəti #sosial media reaksiyası #Tim Kuk #Pekin səfəri #Çin ABŞ münasibətləri #Donald Tramp səfəri #texnologiya liderləri #Apple şirkəti #Tesla rəhbəri

Mövzu üzrə digər xəbərlər

SpaceX Luizianada 100 milyard dollarlıq kosmik baza quracaq
Digər Dövlətlər

SpaceX Luizianada 100 milyard dollarlıq kosmik baza quracaq

26 Avqust 09:53
SpaceX-in dəyəri ilə qazancı arasındakı ziddiyyət nəyi göstərir?
ArabAZ analitika: Geosiyasi təhlillər

SpaceX-in dəyəri ilə qazancı arasındakı ziddiyyət nəyi göstərir?

24 Avqust 09:00
İran müharibəsi ABŞ Hərbi Dəniz Qüvvələrini gərginlik altında saxlayır
Digər Dövlətlər

İran müharibəsi ABŞ Hərbi Dəniz Qüvvələrini gərginlik altında saxlayır

16 Avqust 14:00
Tramp və Mask arasında münasibətlər yenidən yaxınlaşır
Digər Dövlətlər

Tramp və Mask arasında münasibətlər yenidən yaxınlaşır

14 Avqust 16:04

Son Xəbərlər

Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur
Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur
07:47
Yəmən ordusu  husilərə qarşı yeni cəbhə açdı
Yəmən ordusu husilərə qarşı yeni cəbhə açdı
07:01
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
06:52
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.