6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq Fələstin
Fələstin

Atəşkəs sazişinin ikinci mərhələsinə keçməyə hazırıq - HƏMAS

22 Fevral 2025 16:15
Atəşkəs sazişinin ikinci mərhələsinə keçməyə hazırıq - HƏMAS

Bakı,,AzerVoice

HƏMAS İsraillə Qəzzada atəşkəs və əsir mübadiləsi razılaşmasının ikinci mərhələsinə keçməyə hazır olduğuna dair yazılı bəyanat yayıb.

AzerVoice xəbər verir ki, bəyanatda HƏMAS-ın daimi atəşkəsi təmin etməyə və İsrailin tamamilə geri çəkilməsini tələb etməyə davam edəcəyi vurğulanıb.

Belə ki, HƏMAS İsrailli əsirlərə dini və insani dəyərlərə uyğun davrandığını bildirir, Fələstinli məhbusların isə İsrail həbsxanalarında işgəncələrə məruz qaldığı qeyd olunur.

HƏMAS, İsrailin atəşkəs şərtlərinə əməl etməkdə gecikdiyini və dəfələrlə razılaşmanı pozduğunu bəyan edib. Buna baxmayaraq, HƏMAS altı israilli məhbusun təhvil verilməsi ilə sazişə sadiqliyini təsdiqləyib.

"Biz atəşkəs razılaşmasının şərtlərinə sadiqik" – bəyanatda vurğulanıb.

HƏMAS bəyan edib ki, Fələstin xalqı ilə müqavimət arasındakı birlik möhkəmdir və əsirlərin azad olunmasını müşayiət edən milli dəstək bunun göstəricisidir.

Bəyanatda İsrailin iki yol arasında seçim etməli olduğu bildirilib: məhbuslarını tabutda geri qaytarmaq (müharibəni davam etdirmək) və məhbuslarla sağ-salamat görüşmək (atəşkəs və razılaşmaya əməl etmək).

Son olaraq, HƏMAS bəyan edib ki, Qəzzadakı müqavimət sona qədər davam edəcək və Fələstin azad olunana qədər torpaqlarını müdafiə edəcək.

Məqalədə: #İsrail #Fələstin #Qəzza zolağı #HƏMAS #İsrail-HƏMAS atəşkəsi

Mövzu üzrə digər xəbərlər

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

20:41
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43

Son Xəbərlər

Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
20:56
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.