7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq Fələstin
Fələstin

Xarici qüvvələrin Fələstin ərazisinə yerləşdirilməsini rədd edirik

1 İyul 2024 11:09
Xarici qüvvələrin Fələstin ərazisinə yerləşdirilməsini rədd edirik

Bakı, VOA

Qəzza zolağına xarici qüvvələr gətirməklə işğalın davam etdirilməsinə icazə verməyəcək.

VOA xəbər verir ki, bu barədə Fələstin Rəyasət Heyətinin sözçüsü və informasiya naziri Nabil Əbu Rudeynə rəsmi xəbər agentliyi olan WAFA-ya verdiyi açıqlamada deyib.

"İsrailin 7 oktyabrdan bəri şiddətli hücumlarını davam etdirdiyi işğal və blokada altındakı Qəzza zolağında xarici qüvvələrin daxil edilməsi ilə işğalın davam etdirilməsini rədd edirik. Fələstin ərazisində hər hansı bir xarici qüvvənin legitimliyi yoxdur və Fələstini kimin idarə edəcəyinə yalnız Fələstin xalqı qərar verir" -açıqlmada deyilir.

İsrailin “qanlı qırğınlarla həyata keçirməyə çalışdığı məskunlaşma və köçürmə siyasətinin heç bir legitimliyi olmadığını” ifadə edən Əbu Rudeynə, “İşğal hökuməti və baş naziri (Benyamin Netanyahu) Fələstin xalqının taleyini təyin edə biləcəklərinə və Qəzza zolağında işğalı xarici qüvvələrlə əvəz edərək, işğal siyasətlərini davam etdirə biləcəklərinə inanırlarsa yanılırlar." - deyə bildirib.

Əbu Rudeynə İordan çayının qərb sahilində və Qəzza zolağında xarici qüvvələrə icazə verməyəcəklərini ifadə edərək, Fələstin Azadlıq Təşkilatının Fələstin xalqının yeganə qanuni nümayəndəsi olduğunu bildirib.

Sülhün ancaq Fələstin, Qüds və Azadlıq Təşkilatının rəhbərliyi ilə əldə oluna biləcəyini vurğulayan Əbu Rudeynə qeyd edib ki, “Fələstin məsələsi humanitar yardım məsələsi deyil, o müqəddəs və mərkəzi ərəb məsələsi olan bir torpaq və dövlət məsələsidir."

Qeyd edək ki, İsrailin rəsmi yayım agentliyi dünən adı açıqlanmayan təhlükəsizlik rəsmisinə əsaslanaraq bildirib ki, İsrail ordusu Qəzza zolağında onu əvəz edəcək beynəlxalq qüvvə tapılana qədər qalmağa davam edəcək və bu, bir neçə ay çəkə bilər.

Xarici qüvvələrin Fələstin ərazisinə yerləşdirilməsini rədd edirik
Məqalədə: #İsrail #Fələstin

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

5 Sentyabr 21:41

Son Xəbərlər

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
12:27
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
12:06
Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı
Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı
12:00
Ər-Riyad dünyanın səhiyyə nəhənglərini bir araya gətirəcək
Ər-Riyad dünyanın səhiyyə nəhənglərini bir araya gətirəcək
11:59
Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu
Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu
11:49
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.