6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq Fələstin
Fələstin

BMT Qəzzadakı yardım növbəsindəki hücum üçün beynəlxalq təhqiqat istəyir

3 İyun 2025 09:49
BMT Qəzzadakı yardım növbəsindəki hücum üçün beynəlxalq təhqiqat istəyir

BAKI, AzerVoice

BMT Qəzzada yardım növbəsinə edilən hücuma görə müstəqil araşdırma tələb edir.

AzerVoice xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) Qəzzada yardım almaq üçün növbəyə duran mülki şəxslərə qarşı silahlı hücumla bağlı müstəqil və şəffaf araşdırma çağırışı edib.

Hadisə nəticəsində onlarla insan həyatını itirib, çox sayda yaralı var.

Hadisə Rəfah şəhərində yardım paylama məntəqəsinin yaxınlığında baş verib. Şahidlər İsrail əsgərlərinin yardım almağa gəlmiş fələstinlilərə atəş açdığını bildiriblər. Fələstin Səhiyyə Nazirliyi və yerli humanitar təşkilatlar hücum nəticəsində azı 31 nəfərin həlak olduğunu, 179 nəfərin isə yaralandığını açıqlayıb.

Qurbanların əksəriyyətinin yardım gözləyən qadın, uşaq və yaşlılardan ibarət olduğu bildirilir. Sərhədsiz Həkimlər (MSF) ağır yaralıların güllə və qəlpə izləri ilə xəstəxanalara gətirildiyini bəyan edib.

BMT-nin baş katibi Antonio Quterreş hadisəni “dəhşətli” adlandıraraq, mülki şəxslərin yardım almağa çalışarkən öldürülməsi ilə bağlı beynəlxalq müstəqil araşdırma tələb edib. BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk isə hadisəni “qeyri-insani” bir durum kimi qiymətləndirib.

İsrail ordusu isə hadisə ilə bağlı yayılan məlumatları “əsassız” adlandıraraq, hücumu təkzib edib. Lakin bölgədəki humanitar təşkilatlar sistemli və mülki əhalini hədəf alan hücumun baş verdiyini bildirirlər.

Bundan əlavə, İsrail ordusunun Qəzza zolağının şimalında yerləşən Cibaliya bölgəsinə endirdiyi hava zərbəsi nəticəsində biri ev olmaqla 14 nəfər həyatını itirib. Ölənlər arasında 6 uşaq və 3 qadın olduğu, dağıntılar altında azı 20 nəfərin axtarışının davam etdiyi bildirilir.

Qeyd edək ki, oktyabrın 7-dən bu yana Qəzzaya qarşı davam edən hərbi əməliyyatlarda ən azı 54 470 fələstinli həlak olub. BMT-nin məlumatına görə, bölgədə əhalinin əksəriyyəti yoxsulluq içində yaşayır və humanitar yardım almaq üçün həyati riskə gedir.

Məqalədə: #Qəzza zolağı #BMT #Antonio Quterreş #Rəfah #humanitar yardım #Qəzzada humanitar böhran #Fələstin humanitar yardımı #Qəzza ağır və fövqəladə şəraitdədir

Mövzu üzrə digər xəbərlər

BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb
BƏƏ

BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb

11:40
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

4 Sentyabr 20:26

Son Xəbərlər

Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
18:00
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
14:53
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.