9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq Fələstin
Fələstin

İsrail ordusu 30 fələstinlini saxladı

İsrail ordusu İordan çayının qərb sahilində keçirdiyi əməliyyatlar zamanı 30 fələstinlini saxlayıb, Qəsrə qəsəbəsində isə üç evin mühasirəsini davam etdirib. Fələstinli Məhbuslar Klubunun məlumatına görə, saxlanılanlar arasında bir jurnalist də var. İordan çayının qərb sahilinin müxtəlif ərazilərində həyata keçirilən basqınlar zamanı evlər və avtomobillər də axtarılıb.

19 Avqust 2026 13:47
İsrail ordusu 30 fələstinlini saxladı

BAKI,VOA Orxan Qədirzadə

İsrail ordusu İordan çayının qərb sahilində keçirdiyi əməliyyatlar zamanı 30 fələstinlini saxlayıb, Qəsrə qəsəbəsində isə üç evin mühasirəsini davam etdirib.

Fələstinli Məhbuslar Klubunun məlumatına görə, saxlanılanlar arasında bir jurnalist də var. İordan çayının qərb sahilinin müxtəlif ərazilərində həyata keçirilən basqınlar zamanı evlər və avtomobillər də axtarılıb.

Ordunun Əl-Xəlil şəhərinin cənubundakı Zahiriyyə qəsəbəsinə keçirdiyi reyd zamanı daha 8 fələstinli saxlanılıb.

Qəsrədə isə İsrail ordusu və məskunlaşanlar üç fələstinli ailənin evini 11 gündür mühasirədə saxlayır. Qəsəbə meri Əbdüləzım əl-Vadi ailələrin hərəkət imkanlarının məhdudlaşdırıldığını və ağır şəraitdə yaşadığını bildirib. İsrail ordusu ərazini “hərbi zona” elan edib.

Fələstin Qızıl Aypara Cəmiyyəti Qəsrənin Rəs əl-Eyn bölgəsində İsrail əsgərləri tərəfindən döyüldüyü bildirilən bir fələstinlinin xəstəxanaya çatdırıldığını açıqlayıb.

İsrailin “B’Tselem” insan haqları təşkilatı isə İordan vadisində 47 fələstinli ailənin su təchizatının kəsilməsi səbəbilə yaxın zamanda köçürülmə təhlükəsi ilə üzləşdiyini bildirib.

BMT-nin məlumatına görə, 2026-cı ilin əvvəlindən İordan çayının qərb sahilində 1 430-dan çox məskunlaşan hücumu qeydə alınıb və bu hadisələr nəticəsində təxminən 3 800 fələstinli, o cümlədən uşaqlar, öz yaşayış yerlərini tərk etmək məcburiyyətində qalıb.

Məqalədə: #İordan çayının qərb sahili #İsrail ordusu #Fələstin Qızıl Aypara Cəmiyyəti #fələstinlilərin saxlanılması #İsrail məskunlaşma siyasəti #İsrail məskunlaşanları #Qəsrə qəsəbəsi #Fələstin-İsrail gərginliyi #İordan vadisi #İsrailin reydləri #Fələstinli ailələrin köçürülməsi #B’Tselem #İordan çayının qərb sahilində hücumlar #Fələstinlilərin hüquqları #BMT-nin Fələstin hesabatı

Mövzu üzrə digər xəbərlər

Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi
Fələstin

Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi

10:14
Fələstin Administrasiyası İsrail yaşayış məntəqələrinə qarşı sanksiyaları alqışlayıb
Fələstin

Fələstin Administrasiyası İsrail yaşayış məntəqələrinə qarşı sanksiyaları alqışlayıb

8 Sentyabr 18:31
İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir
Ərəb turizmi

İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir

8 Sentyabr 09:26
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
Fələstin

İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü

8 Sentyabr 06:52

Son Xəbərlər

Kərbəlaya xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb-Nizar Əmidi
Kərbəlaya xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb-Nizar Əmidi
12:45
Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
12:34
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
12:12
Ər-Riyadda Təhlükəsizlik və Tarix Dialoqu başa çatıb
Ər-Riyadda Təhlükəsizlik və Tarix Dialoqu başa çatıb
12:03
Səudiyyə Ərəbistanında bir sıra bölgələrdə təhlükə xəbərdarlığı verilib
Səudiyyə Ərəbistanında bir sıra bölgələrdə təhlükə xəbərdarlığı verilib
11:48
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.