7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Müşahidəçilər nələrə riayət etməlidir və onların hansı hüquqları var?

19 Yanvar 2024 11:31
Müşahidəçilər nələrə riayət etməlidir və onların hansı hüquqları var?

Bakı. AzerVoice:

Mərkəzi Seçki Komissiyasının (MSK) fevralın 7-nə təyin olunmuş Prezident seçkiləri ilə əlaqədar hazırladığı yaddaş kitabçasında seçkiləri müşahidə edəcək şəxslərin hüquq və vəzifələri izah edilib.

AzerVoice Secki-2024.az-a istinadən xəbər verir ki, kitabça yerli və beynəlxalq (xarici) müşahidəçilərin istifadəsi üçün nəzərdə tutulur:

Müşahidə aparılmasının prinsipləri

Müşahidəçilər seçki prosesinə bir namizədin və ya siyasi partiyanın mənafeyi naminə təsir göstərməməlidir.

Prinsiplərə əsasən, müşahidə edilən hərəkətlərə aid olan bütün hallar və faktlar nəzərə alınmalıdır.

Müşahidə açıq aparılmalı və onun yekunları faktlara əsaslanmalıdır.

Müşahidəçilər hansı şərtlərə riayət etməlidir?

Müşahidəçilər qarşısında qoyulan şərtlər də mövcuddur.

Ümumi şəkildə demək olar ki, müşahidəçilərdən qanunlara əməl etmək, bütün namizədlərə, vətəndaşların seçki hüququna hörmətlə yanaşılması tələb olunur.

Müşahidəçilər mətbuat azadlığına hörmət bəsləməli və öz peşə fəaliyyəti ilə məşğul olan media subyektlərinin işinə maneə olmamalıdır.

Bundan savayı, müşahidəçilər namizədlərin, siyasi partiyaların və siyasi partiya bloklarının seçki kampaniyalarına müdaxilə etməməli və onu pozmamalıdır.

Seçkilərin qanuni təsdiqlənmiş nəticələrinə hörmət etməli, şikayətləri müvafiq orqana təqdim etməli və bu şikayətlə bağlı qərarlara riayət etməlidir.

Müşahidəçilərin qanunvericiliklə onların qarşısında qoyulmuş şərtlərə riayət etməməsi Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan məsuliyyətlərə səbəb olur.

Müşahidəçilərə hüquqlar da tanınır. Belə ki, müşahidəçilər:

- Seçki günü istədiyi vaxt müvafiq seçki məntəqəsinin səsvermə otağında olmaq,

- Seçki günü seçki komissiyasının iclaslarını müşahidə etmək,

- Seçici siyahıları ilə tanış olmaq,

- Seçki məntəqəsi açılmazdan əvvəl məntəqə seçki komissiyasının icra etməli olduğu hərəkətləri müşahidə etmək,

- Qeydə alınmış namizədlərlə və onların nümayəndələri ilə görüşmək,

- Səsvermənin təşkili ilə əlaqədar təklif və iradlarla məntəqə seçki komissiyasının sədrinə və ya onu əvəz edən şəxsə müraciət etmək.

- Seçicilərin barmaqlarına gözə görünməyən mürəkkəbin çilənməsini, seçki bülletenlərinin verilməsini müşahidə etmək və sair bu kimi hüquqlara malikdirlər.

Müşahidəçilərin hüquq və vəzifələri ilə daha ətraflı MSK-nın saytında tanış olmaq mümkündür.

Məqalədə: #MSK #Azərbaycanda Prezident seçkiləri 2024

Mövzu üzrə digər xəbərlər

MSK-ya yeni sədr seçilir
Cəmiyyət

MSK-ya yeni sədr seçilir

27 Aprel 16:15
MSK üzvlərinin səlahiyyət müddəti bitir
Gündəm

MSK üzvlərinin səlahiyyət müddəti bitir

20 Aprel 09:47
Qırğızıstanda növbədənkənar parlament seçkilərində səsvermə başa çatıb
Türk Dövlətləri

Qırğızıstanda növbədənkənar parlament seçkilərində səsvermə başa çatıb

30 Noyabr 2025 19:12
MSK nümayəndələri Qırğızıstanda parlament seçkilərini müşahidə edəcək
Siyasət

MSK nümayəndələri Qırğızıstanda parlament seçkilərini müşahidə edəcək

28 Noyabr 2025 10:11

Son Xəbərlər

Əbu-Dabi Kitab Sərgisində ilk dəfə görkəmli əmirlikli şəxsə xüsusi mükafat veriləcək
Əbu-Dabi Kitab Sərgisində ilk dəfə görkəmli əmirlikli şəxsə xüsusi mükafat veriləcək
15:05
Misir liderindən təcili çağırış - Silahlar sussun, danışıqlar masasına qayıdın
Misir liderindən təcili çağırış - Silahlar sussun, danışıqlar masasına qayıdın
14:52
Əbu-Dabidə peşə bacarıqlarını blokçeynlə təsdiqləyən ilk rəqəmsal kart təqdim edilib
Əbu-Dabidə peşə bacarıqlarını blokçeynlə təsdiqləyən ilk rəqəmsal kart təqdim edilib
14:46
ABŞ İranın nüvə dosyesini BMT Təhlükəsizlik Şurasına daşımaq istəyir
ABŞ İranın nüvə dosyesini BMT Təhlükəsizlik Şurasına daşımaq istəyir
14:32
BƏƏ və Almaniya strateji tərəfdaşlığı yeni sahələrə genişləndirir
BƏƏ və Almaniya strateji tərəfdaşlığı yeni sahələrə genişləndirir
14:22
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.