7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Seçkilərlə bağlı bütün zəruri hazırlıq işləri görülür - Azərbaycanın Rusiyadakı səfirliyi

26 Yanvar 2024 15:42
Seçkilərlə bağlı bütün zəruri hazırlıq işləri görülür - Azərbaycanın Rusiyadakı səfirliyi

Bakı. AzerVoice:

Fevralın 7-nə təyin edilmiş Prezident seçkilərilə əlaqədar Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyi bütün zəruri hazırlıq işlərini görür.

AzerVoice xəbər verir ki, bu barədə secki-2024.az saytının sorğusuna cavab olaraq səfirlikdən bildirilib.

Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidenti seçkilərində ölkə hüdudlarından kənarda yaşayan vətəndaşların seçki hüququnun təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyi tərəfindən müvafiq inzibati və təşkilati-texniki tədbirlərin görülməsi davam etdirilir.

Səfirlik tərəfindən ölkə hüdudlarından kənarda yaşayan və 18 yaşına çatmış vətəndaşlarımızdan ibarət seçici siyahıları hazırlanaraq Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim olunub.

Həmçinin qeyd olunub ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əsasən, konsul qeydiyyatına durmuş seçicilərin sayı 50-dən artıq olan diplomatik nümayəndəlik və konsulluqlarda səsvermə həyata keçiriləcək. Belə ki, seçkilərin rahat təşkili məqsədilə səfirlikdə iki seçki məntəqəsi fəaliyyət göstərəcək.

Həmin seçki məntəqələrində səsvermə yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə saat 09:00) başlayacaq və saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00) tamamlanacaq.

“Səsvermə prosesi Azərbaycan Respublikası Konstitusiyası, Seçki Məcəlləsi və bu sahədə digər qanunvericilik aktlarına uyğun olaraq aparılacaq.

Səsvermənin azad, ədalətli, demokratik və şəffaf keçirilməsi üçün bütün şərait yaradılıb”, - deyə səfirlikdən bildirilib.

Seçkilərlə bağlı bütün zəruri hazırlıq işləri görülür - Azərbaycanın Rusiyadakı səfirliyi
Məqalədə: #Azərbaycanda Prezident seçkiləri 2024 #Azərbaycanın Rusiyadakı səfirliyi

Mövzu üzrə digər xəbərlər

Sabah növbədənkənar Prezident seçkiləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirləcək
Siyasət

Sabah növbədənkənar Prezident seçkiləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirləcək

12 Fevral 2024 11:17
Rumen Radev Prezident İlham Əliyevi təbrik edib
Rəsmi Xronika

Rumen Radev Prezident İlham Əliyevi təbrik edib

9 Fevral 2024 13:18
ATƏT-in Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Rəsmi Xronika

ATƏT-in Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

9 Fevral 2024 12:37
İƏT-in Baş katibi Prezident İlham Əliyevi təbrik edib
Rəsmi Xronika

İƏT-in Baş katibi Prezident İlham Əliyevi təbrik edib

9 Fevral 2024 12:34

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.