13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Azərbaycana İlham Əliyev kimi güclü rəhbər lazımdır

2 Fevral 2024 15:05
Azərbaycana İlham Əliyev kimi güclü rəhbər lazımdır

Bakı. AzerVoice:

Estoniyada yaşayan azərbaycanlılar fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində İlham Heydər oğlu Əliyevin namizədliyini dəstəkləyəcəklər. Bu barədə Estoniya Azərbaycan Evinin bəyanatında bildirilib.

AzerVoice xəbər verir ki, Avstraliyanın Kvinslend şəhərində Azərbaycanın Milli Assosiasiyasının rəhbəri Fuad Aydınbəyzadə qeyd edib ki, bu ölkədə yaşayan azərbaycanlılar İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqil dövlət kimi əldə etdiyi nailiyyətlərlə, xüsusilə də əzəli torpaqlarımızın işğaldan azad edilməsi ilə fəxr edirlər: “Sizin rəhbərliyiniz sayəsində Azərbaycanın daha da böyük inkişafa çatacağına əminik”.

Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi, Helsinki Azərbaycan Evinin rəhbəri, “Azər-Türk” Gənclər Təşkilatının sədri Ülviyyə Cabbarova Prezident seçkilərində İlham Əliyevə “Qalib Xalqın Qalib Lideri” kimi uğurlar arzulayıb: “Əminəm ki, bizə bəxş etdiyiniz qələbə sevincindən bəxtiyarlıq duyan xalqımız hər zaman dahi şəxsiyyət Heydər Əliyevin “Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam!” sözlərini qürurla dilə gətirəcək”.

Ərəb Ölkələrində yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının İordaniya üzrə əlaqələndiricisi Zümrüd Dadaşova da əmin olduğunu bildirib ki, qalib Azərbaycan xalqının seçimi yalnız Qalib Lider İlham Heydər oğlu Əliyev olacaq: “Növbədənkənar prezident seçkilərində Sizin namizədliyinizi “Zəfər yoluna davam!” şüarı ilə dəstəklədiyimizi böyük qürur hissi ilə bəyan edirik”.

Avstraliya Azərbaycanlılarının Mədəniyyət Assosiasiyasının sədri Həcər Qala ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyevin namizədliyini dəstəklədiklərini bəyan edib: “Məhz Sizin uzaqgörən siyasətiniz və peşəkar diplomatiyanız nəticəsində 30 il işğal altında qalmış bütün torpaqlarımız azad edilib, Xocalı soyqırımının qisası alınıb. İnanırıq ki, bu seçkilərdə də xalqımız yenidən Sizə - Müzəffər Ali Baş Komandan İlham Əliyevə etimad göstərəcək”.

Polşanın Krakov şəhərində fəaliyyət göstərən “Xarı Bülbül” Dünya Azərbaycanlıları Mədəniyyət Assossiyasiyasının sədri Sedat Şamilli Vətən, xalq naminə həyata keçirdiyi işlərə, xüsusilə də Qarabağın işğaldan tam azad olunmasına görə Prezident İlham Əliyevə təşəkkür edib: “Biz hər zaman sizin siyasətinizi dəstəkləyəcək, vətənimizin Polşada təbliği və təmsili üçün əlimizdən gələni edəcəyik”.

İsrailin Netanya şəhərində yaşayan bakılı, “Fəxri Bakılı” Qızıl nişanının və diplomunun, “Sülh səfiri” titulunun sahibi İsay Aronoviç Skvirski Prezidentə müraciətində qeyd edib ki, 1936-cı ildə Bakıda anadan olub. 1955-ci ildə 6 nömrəli orta məktəbi, 1960-cı ildə Azərbaycan Politexnik İnstitutunu bitirib, 1960-cı ildən 1996-cı ilədək Sənaye Tikinti Nazirliyində yüksək vəzifələrdə çalışıb: “Bir neçə dəfə Heydər Əliyevlə görüşmüşəm. Hazırda İsraildə yaşayıram. Hesab edirəm ki, mürəkkəb dövrdə Azərbaycana ölkənin ərazi bütövlüyünün bərpasına nail olan İlham Heydər oğlu Əliyev kimi güclü rəhbər lazımdır. Mən bütün seçiciləri ümumi Vətənimizin – Azərbaycanın bundan sonra da çiçəklənməsi naminə düzgün seçim etməyə çağırıram”.

Ər-Riyad şəhərində yaşayan Kəmalə Məcidli Səudiyyə Ərəbistanı Krallığında yaşayan azərbaycanlıların növbədənkənar Prezident seçkilərində İlham Heydər oğlu Əliyevin namizədliyini dəstəkləyəcəyini vurğulayıb: “Siz tarixi ədaləti bərpa etdiniz və bir daha bütün dünyaya sübut etdiniz ki, heç bir qüvvə Azərbaycanı haqq yolundan döndərə bilməz. Parlaq Zəfəri bizə yaşatdığınız üçün Sizə sonsuz təşəkkürlərimizi bildiririk. Tanrı yolunuzu acıq etsin! Qalib Xalq ücün heç bir rəqibi olmayan Qalib Prezidentsiniz!”

İsveçin Stokholm şəhərində yaşayan yazıçı Eluca Atalı qeyd edib ki, 7 fevralda keçiriləcək növbədənkənar Prezident seçkiləri doğma Qarabağın azadlığından sonra ilk dəfə keçirilən seçkidir: “Cənab Prezident, Siz Azərbaycan tarixində son iki yüz ildən bəri torpaqları işğaldan azad etmiş, yurdun bütövlüyünü yaratmış sərkərdəsiniz! Seçkilərdə Sizin qalib gələcəyinizə inanıram!”

Avstraliya və Okeaniya ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Malaziya üzrə əlaqələndiricisi Elxan Qəhrəmanlı inanır ki, 7 fevralda seçiləcək prezident ölkəmizi daha da böyük uğurlara doğru aparacaq və xalqımızın maraqlarını yenə də əzmkarlıqla müdafiə edəcək: “Hər bir azərbaycanlı kimi, mən də bu tarixi seçkilərdə İlham Əliyevin yanındayam”.

Azərbaycana İlham Əliyev kimi güclü rəhbər lazımdır
Məqalədə: #Prezident İlham Əliyev #Azərbaycanda Prezident seçkiləri 2024

Mövzu üzrə digər xəbərlər

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ

BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi

11 Sentyabr 08:00
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00

Son Xəbərlər

Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
03:00
Tarixdə bu gün – 13 sentyabr
Tarixdə bu gün – 13 sentyabr
00:01
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
12 Sentyabr 22:47
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
12 Sentyabr 22:31
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
12 Sentyabr 22:27
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.