12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Xocalı qatili Beqlaryanın göstərdiyi yerdə məzarlıq aşkarlandı: 200-ə qədər şəxsin nəşi burada ola bilər

8 Fevral 2024 16:03
Xocalı qatili Beqlaryanın göstərdiyi yerdə məzarlıq aşkarlandı: 200-ə qədər şəxsin nəşi burada ola bilər

Bakı. AzerVoice:

Xəbər verdiyimiz kimi, 2023-cü ilin avqustunda Xocalı soyqırımının iştirakçısı Raşid Beqlaryan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.

AzerVoice xəbər verir ki, dindirilməsi zamanı təqsirləndirilən şəxs Raşid Beqlaryan 1992-ci ilin fevral ayında Xocalı soyqrımının törədilməsində iştirakçı olması barədə məlumat verərək bildirib ki, Xocalıya hücum zamanı sağ qalmış azərbaycanlı dinc sakinlərə təhlükəsiz qaydada Əsgəran rayonundan keçməklə Ağdam rayonu istiqamətində gedə biləcəklərinə dair yalan vədlər veriblər. Əksəriyyəti qadın, uşaq və yaşlı insanlardan ibarət 200 nəfərədək mülki şəxsi Əsgəran qalasına yaxın ərazidə pusquya salıblar.

Raşid Beqlaryan istintaqa ifadəsi zamanı bildirib ki, onlar atəş açanda qadınlar və uşaqlar qışqırmağa başladılar, qaçıb xilas ola bilənlər Ağdam tərəfə getdilər, xilas ola bilməyənlər isə burada qaldılar.

"Atəş bitdikdən sonra meyitlərə yaxınlaşıb yoxlayırdılar. Ölməyənlərin üzərinə yenidən atəş açırdılar. Sonra onların üzərindəki qiymətli əşyalar çıxarılmağa başladılar. Bu ərazi Xocalı sakinlərinin meyitləri ilə dolu idi. Meyitlər burda təxminən bir həftə qaldıqdan sonra basdırıldı", - deyə o, əlavə edib.

Qeyd edək ki, daha əvvəl Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs Raşid Beqlaryan ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı Xocalı soyqırımında qətlə yetirilən azərbaycanlıların Əsgəran qalası ətrafında kütləvi basdırıldığı həmin ərazini göstərmişdi.

Raşid Beqlaryanın ifadələri əsasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupu tərəfindən Əsgəran qalası yaxınlığında axtarış-qazıntı işləri aparılıb.

8 fevral tarixində məzarlığın aşkar olunduğu əraziyə media nümayəndələrinin səfəri təşkil olunub. Səfər çərçivəsində yerli media nümayəndələri ilə yanaşı Serbiya, Türkiyə, Mərakeş, Peru, Uruqvay, Özbəkistan, Bosnya və Rusiyadan olan 35 nəfər xarici media nümayəndələri əraziyə baxış keçirib.

Səfər iştirakçılarına məlumat verilib ki, burada aşkar edilən insan qalalarının eyniləşdirməsi məqsədi ilə növbəti mərhələdə insan qalıqları ərazidən götürülərək aidiyyatı laboratoriyalara təhvil veriləcək.

Xocalı qatili Beqlaryanın göstərdiyi yerdə məzarlıq aşkarlandı: 200-ə qədər şəxsin nəşi burada ola bilər Xocalı qatili Beqlaryanın göstərdiyi yerdə məzarlıq aşkarlandı: 200-ə qədər şəxsin nəşi burada ola bilər
Məqalədə: #Xocalı

Mövzu üzrə digər xəbərlər

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ

BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi

11 Sentyabr 08:00
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00

Son Xəbərlər

Küveyt nefti ucuzlaşdı, qlobal bazarlarda isə kəskin bahalaşma qeydə alınır
Küveyt nefti ucuzlaşdı, qlobal bazarlarda isə kəskin bahalaşma qeydə alınır
10:18
701 at güclü "Porsche 911 Turbo S Cabriolet" sınaqdan çıxdı
701 at güclü "Porsche 911 Turbo S Cabriolet" sınaqdan çıxdı
10:11
Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub
Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub
09:47
Qətərdən Səudiyyəyə tam dəstək - "Şərq-Qərb" kəmərinə edilən PUA hücumu sərt pisləndi
Qətərdən Səudiyyəyə tam dəstək - "Şərq-Qərb" kəmərinə edilən PUA hücumu sərt pisləndi
09:45
Fil hadisəsi və Əbrəhənin məğlubiyyəti: Kəbəyə hücumun tarixi və dini mahiyyəti
Fil hadisəsi və Əbrəhənin məğlubiyyəti: Kəbəyə hücumun tarixi və dini mahiyyəti
09:27
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.