9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

İlham Əliyev yüksək seçici fəallığı ilə keçən seçkinin qalibi oldu - “Rossiyskaya Qazeta”

8 Fevral 2024 17:29
İlham Əliyev yüksək seçici fəallığı ilə keçən seçkinin qalibi oldu - “Rossiyskaya Qazeta”

Bakı. AzerVoice:

Azərbaycanda keçirilən növbədənkənar Prezident seçkisi başa çatıb. İlham Əliyev yüksək seçici fəallığı ilə keçən seçkidə 92%-dən çox səs toplayaraq qalib olub.

AzerVoice xəbər verir ki, bu barədə Rusiyanın “Rossiyskaya Qazeta” nəşrində məqalə dərc olunub.

Qəzet qeyd edib ki, fevralın 7-də keçiriləcək seçki Azərbaycan üçün yeni dövrün başlanğıcı adlandırılır.

“Ona görə də tarixi seçki prosesinin təşkilinə tam məsuliyyətlə yanaşılıb. Respublika Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, səsvermə prosedurunun şəffaflığını təmin etmək üçün 90 300-dən çox müşahidəçi qeydiyyatdan keçib, onlardan 790-nı 89 ölkədən olan əcnəbidir. 109 beynəlxalq media akkreditasiyadan keçib. MSK-nın internet saytında canlı yayımlanan seçki məntəqələrində mindən çox veb-kamera quraşdırılıb.

Azərbaycandakı seçkidə olduqca maraqlı metoddan istifadə edilib. Məsələn, qeyri-qanuni olan təkrar səsvermə ehtimalını aradan qaldırmaq üçün hər bir seçicinin baş barmağı seçki məntəqələrinin girişində skanerlənib. Ona görə də hər hansı seçki məntəqəsinə qayıdıb ikinci dəfə səs vermək qeyri-mümkün olub”, - nəşr yazıb.

Yazıda Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedevin açıqlaması da yer alıb. O, seçki kampaniyasını, seçki prosesini yaxından müşayiət etdiyini vurğulayıb: “Biz namizədlərin irəli sürülməsi və qeydə alınması proseslərini hərtərəfli təhlil etdik. Və tam məsuliyyətlə deyirik ki, seçkilər rəqabət əsasında keçirilib. Səsvermənin özü də mütəşəkkil şəkildə, böyük fəallıqla keçirilib. Bu onu göstərir respublikanın vətəndaşları ölkədə əmin-amanlığın hökm sürməsində maraqlıdırlar. Seçki kampaniyası çərçivəsində yeddi namizədin hamısına bərabər imkanlar yaradılmışdı, onlar media, televiziyada sərbəst çıxış edirdilər. ATƏT-dən, Şanxay Əməkdaşlıq Təşkilatından, Türk Dövlətləri Təşkilatından, həmçinin digər ölkələrdən respublikaya xeyli sayda xarici müşahidəçi gəlib. Bu, Azərbaycandakı seçkilərə marağın çox yüksək səviyyədə olduğunu göstərir”.

Qeyd edək ki, ABŞ-nin “Oracle Advisory Group” təşkilatı Azərbaycanda növbədənkənar Prezident seçkilərinin “exit-poll” nəticələrini elan edib. Təşkilatın əsas tərəfdaşı George Birnbaum bildirib ki, seçicilərin 93,9 faizi İlham Əliyevə səs verib.

Sosioloji Tədqiqatlar Mərkəzi də Azərbaycanda növbədənkənar Prezident seçkilərinin “exit-poll” nəticələrini elan edib. Mərkəzin məlumatında bildirib ki, seçicilərin 92,4 faizi İlham Əliyevə səs verib.

“Rəy” Monitorinq Mərkəzi Azərbaycanda növbədənkənar Prezident seçkilərinin “exit-poll” nəticələrinə əsasən isə seçicilərin 92.6 faizi İlham Əliyevə səs verib.

Xatırladaq ki, bu gün Azərbaycanda Prezident seçkiləri keçirilib. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb.

Seçici siyahılarında 6 milyon 478 min 623 seçicinin adı var. Onlar ölkə üzrə 6537 məntəqədə səs veriblər.

Seçkiləri izləmək üçün indiyə qədər 90 372 müşahidəçi qeydə alınıb. Onların 790 nəfəri 72 beynəlxalq təşkilatı təmsil edən müşahidəçilərdir. Bu müşahidəçilər 89 ölkədəndir.

Seçkilər bütün Azərbaycan ərazisini, o cümlədən, işğaldan azad edilmiş əraziləri əhatə edib. İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılıb.

Xaricdə olan Azərbaycan vətəndaşları üçün 37 ölkədə səfirlik və konsulluqlarda 49 seçki məntəqəsi yaradılıb. Həmin məntəqələrdə 23 mindən artıq seçici səsvermə hüququndan istifadə edib.

Seçkilərdə 190 beynəlxalq media qurumu iştirak edib. Onların 216 təmsilçisi beynəlxalq müşahidəçi kimi qeydə alınıb.

Səsvermə günü adı seçici siyahısında olan, amma məntəqələrə gəlmək imkanı olmayan seçicilərə Seçki Məcəlləsinin tələbinə görə daşınan qutu çatdırılıb.

Məqalədə: #Azərbaycanda Prezident seçkiləri 2024

Mövzu üzrə digər xəbərlər

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

8 Sentyabr 16:48
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
Siyasət

İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib

8 Sentyabr 12:00

Son Xəbərlər

BMT Liviyada seçkilərlə bağlı razılaşmanı müsbət qiymətləndirib
BMT Liviyada seçkilərlə bağlı razılaşmanı müsbət qiymətləndirib
09:41
Səudiyyədə mədəniyyətin intellektual təhlükəsizliyin gücləndirilməsində rolu müzakirə olunub
Səudiyyədə mədəniyyətin intellektual təhlükəsizliyin gücləndirilməsində rolu müzakirə olunub
09:26
Səudiyyə Ərəbistanı və Xorvatiya arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Səudiyyə Ərəbistanı və Xorvatiya arasında əməkdaşlıq məsələləri müzakirə olunub
09:23
Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?
Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?
09:00
Saç yağı təqdim edən 6 ərəb brendi
Saç yağı təqdim edən 6 ərəb brendi
08:09
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.