4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Milli Məclisin sədri Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri ilə görüşüb

22 Fevral 2024 07:34
Milli Məclisin sədri Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri ilə görüşüb

Bakı. AzerVoice:

Fevralın 21-də Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Tacikistan Respublikası Ali Məclisinin Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzodanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Parlamentdən AzerVoice-ə verilən məlumata görə, spiker Sahibə Qafarova qonağı salamlayaraq Azərbaycanla Tacikistan arasında müxtəlif sahələrdə əlaqələrin dinamik inkişaf etdiyini söyləyib. O, dövlət başçılarının qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin ölkələrimiz və xalqlarımız arasında münasibətlərin dərinləşməsində mühüm rol oynadığını bildirib.

Görüşdə dövlətlərarası münasibətlərin möhkəmləndirilməsində parlamentlərarası əlaqələrin mühüm əhəmiyyəti vurğulanaraq, hər iki ölkənin qanunvericilik orqanında fəaliyyət göstərən dostluq qrupları çərçivəsində əməkdaşlığın vacibliyi qeyd edilib.

Spiker Sahibə Qafarova, fevralın 7-də ilk dəfə Azərbaycanın bütün ərazisində, o cümlədən Ermənistan işğalından azad olunmuş ərazilərdə keçirilmiş növbədənkənar prezident seçkilərində Tacikistan deputatlarının müşahidəçi qismində iştirakını yüksək dəyərləndirib.

Söhbətdə Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın 44 günlük Vətən müharibəsində öz ərazilərini Ermənistanın işğalından azad etdiyini, ötən ilin sentyabrında isə lokal xarakterli uğurlu antiterror tədbirləri nəticəsində öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdiyini diqqətə çatdırıb. Spiker, hazırda işğaldan azad edilmiş ərazilərdə geniş quruculuq işlərinin həyata keçirildiyini, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtdığını diqqətə çatdırıb.

Tacikistan Respublikası Ali Məclisinin Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzoda səmimi görüşə və qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib. O, Tacikistanın Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu bildirib. Mahmadtoir Zokirzoda növbədənkənar prezident seçkiləri münasibəti ilə təbriklərini çatdırıb.

Qonaq ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün geniş potensial imkanların olduğunu deyib. Mahmadtoir Zokirzoda qanunverici orqanlar arasında əməkdaşlığın inkişafının və parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təcrübə və informasiya mübadiləsi baxımından önəmli olduğunu qeyd edib.

Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri Azərbaycanın Asiya Parlament Assambleyasının 14-cü Plenar Sessiyasına ev sahibliyini yüksək qiymətləndirərək, qurum çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın əhəmiyyətindən bəhs edib.

Mahmadtoir Zokirzoda Azərbaycanın 44 günlük Vətən müharibəsində öz ərazi bütövlüyünü təmin etməsini mühüm hadisə adlandırıb.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Milli Məclisin sədri Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri ilə görüşüb Milli Məclisin sədri Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri ilə görüşüb
Məqalədə: #Azərbaycan #Sahibə Qafarova #Tacikistan

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

11:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03
Sahibə Qafarova Cenevrədə yerləşən diplomatik korpus rəhbərləri və nümayəndələri ilə görüşdə çıxış edib
Siyasət

Sahibə Qafarova Cenevrədə yerləşən diplomatik korpus rəhbərləri və nümayəndələri ilə görüşdə çıxış edib

3 Sentyabr 19:07

Son Xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.