9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Latviyada Xocalı qurbanlarının xatirəsinə həsr edilmiş anım konserti keçirilib

27 Fevral 2024 21:15
Latviyada Xocalı qurbanlarının xatirəsinə həsr edilmiş anım konserti keçirilib

Bakı. AzerVoice:

26 fevral 2024-cü il tarixində Azərbaycanın Latviyadakı Səfirliyinin təşkilatçılığı ilə Latviya Musiqi Akademiyasında Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar anım konserti keçirilib.

Səfirlikdən AzerVoice-yə bildirilib ki, tədbirin əvvəlində Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov çıxış edərək Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımının bu il 32-ci ildönümünün qeyd olunduğunu və bu faciənin günahsız qurbanlarının xatirəsini dərin hüznlə yad edildiyini diqqətə çatdırıb.

O, Xocalı soyqırımı ilə bağlı ətraflı məlumat verərək, keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Ermənistanın silahlı qüvvələri tərəfindən Xocalının dinc əhalisinə qarşı bu qanlı cinayətin xüsusi qəddarlıqla törədildiyini qeyd edib.

Səfir törədilmiş soyqırımının beynəlxalq təsisatlar və media qurumları tərəfindən işıqlandırıldığını və Ermənistanın Azərbaycana hərbi təcavüzü zamanı törədilmiş Xocalı soyqırımı və digər cinayətlərə görə məsuliyyət daşıyan şəxsləri ədalət məhkəməsi qarşısına çıxarılması üçün ölkəmiz tərəfindən davamlı tədbirlərin görüldüyünü vurğulayıb.

Elnur Sultanov 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası barədə ətraflı məlumat verərək, Xocalı faciəsi ilə bağlı dünya ictimaiyyətinin məlumatlandırılmasında kampaniyanın mühüm rol oynadığını qeyd edib.

Səfir ötən il antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazisində, o cümlədən Xocalıda suverenliyin tam bərpa edildiyini vurğulayıb. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü ilin oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdığını və 2024-cü ilin fevralın 26-da ölkə başçısının Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoyduğunu bildirib. Elnur Sultanov Xocalı soyqırımının Azərbaycan xalqının yaddaşında daim qalacağını qeyd edib.

Daha sonra Latviya Milli Simfonik Orkestrinin üzvləri və Latviya Musiqi Akademiyasında çalışan musiqiçilər Azərbaycan, Latviya və digər ölkələrin tanınmış bəstəkarlarının klassik musiqi parçalarını ifa ediblər.

Tədbirdə Latviya dövlət qurumlarının rəsmiləri, ölkədə akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri, akademik və ictimai dairələrin nümayəndələri, Latviyada yaşayan Azərbaycan icmasının üzvləri, eləcə də Latviyada təhsil alan tələbələr iştirak ediblər.

Latviyada Xocalı qurbanlarının xatirəsinə həsr edilmiş anım konserti keçirilib Latviyada Xocalı qurbanlarının xatirəsinə həsr edilmiş anım konserti keçirilib Latviyada Xocalı qurbanlarının xatirəsinə həsr edilmiş anım konserti keçirilib Latviyada Xocalı qurbanlarının xatirəsinə həsr edilmiş anım konserti keçirilib Latviyada Xocalı qurbanlarının xatirəsinə həsr edilmiş anım konserti keçirilib
Məqalədə: #Azərbaycan

Mövzu üzrə digər xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

8 Sentyabr 16:48
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20

Son Xəbərlər

İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
22:13
İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
21:44
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
21:24
OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib
OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib
21:19
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.