14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

İnklüzivlik bütün sahələrdə gender pariteti və bərabərlik mədəniyyəti tələb edir - Sevil Mikayılova

7 Aprel 2025 14:25
İnklüzivlik bütün sahələrdə gender pariteti və bərabərlik mədəniyyəti tələb edir - Sevil Mikayılova

BAKI, AzerVoice

Bütün sahələrdə gender pariteti və bərabərlik mədəniyyəti olmadan inklüzivlik mümkün deyil.

AzerVoice xəbər verir ki, bunu Beynəlxalq Parlamentlərarası İttifaqın (IPU) Azərbaycandan olan vitse-prezidenti, Azərbaycanın Milli Məclisinin deputatı Sevil Mikayılova Özbəkistanın paytaxtı Daşkənddə keçirilən IPU 150-ci Assambleyası çərçivəsində təşkil olunan Qadın Parlamentarilərin Forumunda çıxışı zamanı bildirib. Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinə Milli Məclisin sədri Sahibə Qafarova rəhbərlik edir.

IPU-nun Gender Tərəfdaşlığı üzrə Qrupunu təmsil edən Səvil Mikayılova çıxışında Assambleyanın hazırkı sessiyasında nümayəndə heyətlərinin tərkibi üzrə aparılmış monitorinqin nəticələrini bölüşüb. Onun sözlərinə görə, qeydiyyatdan keçmiş nümayəndələrin 37,3 faizi qadınlardan ibarətdir. Bu, Assambleyanın son beş iclası ərzində ən yüksək göstərici olsa belə, 2021-ci ildə Madriddə və 2022-ci ildə Nusa-Duada qeydə alınmış rekord 39 faizlik göstəricidən aşağıdır. Eyni zamanda, yalnız kişilərdən ibarət nümayəndə heyətləri hələ də problem olaraq qalır – bu Assambleyada belə 7 nümayəndə heyəti var. Tamamilə qadınlardan ibarət nümayəndə heyətlərinin sayı isə sabit qalıb – 3 nümayəndə heyəti.

S. Mikayılova IPU-nun təcavüzlə mübarizə siyasətinin həyata keçirilməsində müsbət dəyişiklikləri də qeyd edib:

“Bu problem barədə maarifləndirmə işlərinin artırılması səylərini və IPU tədbirlərində iştirak edən hər kəs üçün təhlükəsiz mühitin yaradılması istiqamətində atılan addımları alqışlayırıq. 2025-ci ilin oktyabrında Cenevrədə keçiriləcək növbəti Assambleyada təcavüz hallarının qarşısının alınması ilə bağlı xüsusi təlimin təşkili təklif olunacaq – bu da təhlükəsizlik və bərabər hüquqlar mövzusunun təşkilatın ümumi mədəniyyətinin bir hissəsinə çevrilməsi yolunda növbəti addımdır”.

Bundan əlavə, deputat bildirib ki, Gender Tərəfdaşlığı üzrə Qrup, ev sahibi ölkələrlə bağlanacaq razılaşmalara IPU-nun təcavüzlə mübarizə siyasətinin qeyd-şərtsiz şəkildə təmin olunmasına dair öhdəlik maddəsinin daxil edilməsini təşəbbüs kimi irəli sürüb. Forum çərçivəsində parlamentlərində qadın deputatların payı 10 faizi aşmayan ölkələrə də xüsusi diqqət yetirilib.

“Gender pariteti təkcə statistik göstərici deyil, bu, demokratiyanın yetkinlik səviyyəsi əks etdirən mühüm meyardır. Qadınların bərabər şəkildə iştirakı olmadan həqiqi inklüziv cəmiyyət qurmaq mümkün deyil”, – deyə S. Mikayılova vurğulayıb.

Xatırladaq ki, IPU-nun 150-ci Assambleyası 2025-ci il aprelin 5-dən 9-dək Daşkənddə keçirilir. Tədbir çərçivəsində IPU-nun bütün nizamnamə orqanlarının, o cümlədən Rəhbər Şuranın, daimi komitələrin, Qadın Parlamentarilər və Gənc Deputatlar forumlarının iclasları təşkil olunub. Ümumi debatların əsas mövzusu parlamentlərin sosial inkişafa və ədalətin təmininə töhfəsi olub ki, bu da Assambleyanı beynəlxalq dialoq və əməkdaşlıq üçün mühüm platformaya çevirir.

İnklüzivlik bütün sahələrdə gender pariteti və bərabərlik mədəniyyəti tələb edir - Sevil Mikayılova İnklüzivlik bütün sahələrdə gender pariteti və bərabərlik mədəniyyəti tələb edir - Sevil Mikayılova
Məqalədə: #Azərbaycan #Özbəkistan #Milli Məclis #Sevil Mikayılova #Daşkənd #Parlamentlərarası İttifaq

Mövzu üzrə digər xəbərlər

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ

BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi

11 Sentyabr 08:00
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00

Son Xəbərlər

Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
02:00
Tarixdə bu gün - 14 sentyabr
Tarixdə bu gün - 14 sentyabr
00:01
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
13 Sentyabr 22:00
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
13 Sentyabr 21:59
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
13 Sentyabr 21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.