7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Ceyhun Bayramov Birinci Azərbaycan-Mərakeş Biznes Forumunda çıxış edib

14 Noyabr 2023 15:08
Ceyhun Bayramov Birinci Azərbaycan-Mərakeş Biznes Forumunda çıxış edib

Bakı. AzerPress:

Noyabrın 14-də xarici işlər naziri Ceyhun Bayramov Mərakeşdə keçirilən Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiyanın 2-ci iclası çərçivəsində təşkil edilmiş I Azərbaycan-Mərakeş Biznes Forumunda iştirak edib.

Nazirlikdən AzerPress-ə verilən xəbərə görə, tədbirdə çıxış edərək, nazir Ceyhun Bayramov Birgə Komissiyanın iclası çərçivəsində təşkil olunan bu Forumun ikitərəfli ticarətin genişləndirilməsi və qarşılıqlı investisiyaların təşviqi sahəsində irəliləyişlərin əldə olunmasına töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Nazir ikitərəfli iqtisadi istiqamətdə, o cümlədən ticarət və investisiyalar, enerji, nəqliyyat, kənd təsərrüfatı, azad iqtisadi zonalar çərçivəsində əməkdaşlıq və s. sahələrdə iki ölkə arasında istifadə edilməmiş potensialımızın mövcudluğunu qeyd edib.

Nazir, Azərbaycanın Şərqlə Qərbin kəsişməsində strateji yerləşməsi və Mərkəzi Asiyaya yaxınlığı investorlar üçün daha bir üstünlük olduğunu diqqətə çatdırıb.

Azərbaycanın aparıcı şirkətlərinin Mərakeşdə həyata keçirilən infrastruktur layihələrində iştirakının iqtisadi əməkdaşlığımıza əlavə fayda verə biləcəyi vurğulanaraq, Azərbaycan və Mərakeşin strateji coğrafi yerləşməsinin ölkələrimizin müvafiq ticarət limanları arasında əməkdaşlığı inkişaf etdirməyə və təcrübə mübadiləsi aparmağa imkan verəcəyi vurğulanıb.

Nazir Ceyhun Bayramov Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Bakı Limanı tərəfindən mərakeşli həmkarları ilə müvafiq anlaşma memorandumlarının imzalanmasını yüksək qiymətləndirib.

Nazir, Mərakeş investorlarını və şirkətlərini Ələt Azad İqtisadi Zonasında, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində və onun hüdudlarından kənarda biznes və investisiya imkanlarını nəzərdən keçirməyə dəvət edib.

Məqalədə: #Azərbaycan #Ceyhun Bayramov #Xarici İşlər Nazirliyi

Mövzu üzrə digər xəbərlər

"44" bədii filminin premyerasının vaxtı məlum olub
Cəmiyyət

"44" bədii filminin premyerasının vaxtı məlum olub

15:47
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03

Son Xəbərlər

Livan prezidenti BƏƏ-yə dəstəyinə görə təşəkkür edib
Livan prezidenti BƏƏ-yə dəstəyinə görə təşəkkür edib
17:00
Səudiyyə Ərəbistanında daşınmaz əmlak bazarında yeni investisiya imkanları yaranır
Səudiyyə Ərəbistanında daşınmaz əmlak bazarında yeni investisiya imkanları yaranır
16:38
BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb
BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb
16:09
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
16:04
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
15:58
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.