4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

COP29 Beynəlxalq Məşvərət Komitəsinin növbəti iclası keçirilib

27 Sentyabr 2024 21:02
COP29 Beynəlxalq Məşvərət Komitəsinin növbəti iclası keçirilib

Bakı, AzerVoice

Nyu-Yorkda Azərbaycanın COP29 Sədrliyinin təşkilatçılığı ilə ekspertlərdən, tanınmış şəxslərdən və keçmiş dövlət xadimlərindən ibarət Beynəlxalq Məşvərət Komitəsinin növbəti iclası keçirilib.

AzerVoice xəbər verir ki, tədbirin məqsədi komitənin ötən ay keçirilmiş görüşündən bəri COP29 Sədrliyinin əldə etdiyi irəliləyişlər barədə üzvləri məlumatlandırmaqdır.

Tədbirdə açılış nitqi ilə çıxış edən COP29-un müəyyən olunmuş Prezidenti Muxtar Babayev bildirib ki, COP29 komandası tərəfindən ambisiyaları artırmaq və fəaliyyətə təkan vermək planının həyata keçirilməsi istiqamətində mühüm addımlar atılıb. COP29 komandası BMT Baş Assambleyası və İqlim Həftəsi çərçivəsində Nyu-Yorkda 75-ə qədər tədbir və ikitərəfli görüşdə iştirak edib.

Muxtar Babayev həftə ərzində keçirilən tədbirlər, COP29-un irəli sürdüyü təşəbbüslər və bu təşəbbüslər ətrafında aparılan müzakirələr barədə məlumat verib. O, gələn ay Bakıda COP öncəsi (Pre-COP) iclasın keçiriləcəyini vurğulayaraq bu görüşün tərəflərin fikir mübadiləsi aparması və siyasi səviyyədə razılaşma əldə etməsi məqsədilə bir araya gəlmələri üçün imkan yaradacağını bildirib. O əlavə edib ki, sədrliyin prioritet məsələlərlə bağlı tərəfləri bir-birinə yaxınlaşdırmaq üçün COP29 komandası Beynəlxalq Məşvərət Komitəsinin dəstəyini bundan sonra da alacaq.

Daha sonra COP29-un baş danışıqçısı Yalçın Rəfiyev, İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai və COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçısı Nərmin Carçalova Bakıda tədbirə hazırlıq işləri barədə məlumat verib və komitə üzvlərinin suallarını cavablandırıblar.

Beynəlxalq Məşvərət Komitəsinin üzvləri, o cümlədən tanınmış liderlər İsmail Serageldin, Jan Baderşneyder, Vayra Vike-Freyberqa, Mariya Fernanda Espinoza, Hindu Umaru İbrahim və Patrisia Espinoza COP29-a hazırlıq prosesində görülən işləri yüksək qiymətləndiriblər.

COP29 Beynəlxalq Məşvərət Komitəsinin növbəti iclası keçirilib COP29 Beynəlxalq Məşvərət Komitəsinin növbəti iclası keçirilib COP29 Beynəlxalq Məşvərət Komitəsinin növbəti iclası keçirilib COP29 Beynəlxalq Məşvərət Komitəsinin növbəti iclası keçirilib COP29 Beynəlxalq Məşvərət Komitəsinin növbəti iclası keçirilib COP29 Beynəlxalq Məşvərət Komitəsinin növbəti iclası keçirilib COP29 Beynəlxalq Məşvərət Komitəsinin növbəti iclası keçirilib COP29 Beynəlxalq Məşvərət Komitəsinin növbəti iclası keçirilib COP29 Beynəlxalq Məşvərət Komitəsinin növbəti iclası keçirilib COP29 Beynəlxalq Məşvərət Komitəsinin növbəti iclası keçirilib COP29 Beynəlxalq Məşvərət Komitəsinin növbəti iclası keçirilib
Məqalədə: #COP29

Mövzu üzrə digər xəbərlər

Xarici işlər nazirinin müavini Fariz Rzayev Nyu-Yorkda səfərdə olub
Siyasət

Xarici işlər nazirinin müavini Fariz Rzayev Nyu-Yorkda səfərdə olub

18 İyul 20:43
Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova Azərbaycanın İqlim Məsələləri üzrə nümayəndəsi Muxtar Babayevlə görüşüb
İqtisadiyyat

Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova Azərbaycanın İqlim Məsələləri üzrə nümayəndəsi Muxtar Babayevlə görüşüb

9 May 18:54
Milli Məclis Azərbaycana qarşı aparılan hibrid hücum kampaniyalarına dair açıqlama yayıb
Siyasət

Milli Məclis Azərbaycana qarşı aparılan hibrid hücum kampaniyalarına dair açıqlama yayıb

4 May 19:22
Milli Məclisin sədri Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşüb
Siyasət

Milli Məclisin sədri Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşüb

4 May 18:03

Son Xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.