8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Ermənistanın sürətli silahlanması sülh gündəliyinə təhdiddir - XİN rəhbəri

28 Sentyabr 2024 10:15
Ermənistanın sürətli silahlanması sülh gündəliyinə təhdiddir - XİN rəhbəri

Bakı, AzerVoice

27 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AzerVoice-ə bildiriblər ki, görüşdə Azərbaycan və Almaniya arasında mövcud ikitərəfli münasibətlər, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olunub.

Qarşı tərəf həmçinin Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi çərçivəsində görülmüş işlər barədə ətraflı məlumatlandırılıb.

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesindən bəhs edən nazir Ceyhun Bayramov, Ermənistan Konstitusiyası və qanunverici sənədlərində ölkəmizə qarşı davam edən ərazi iddialarının, habelə bu ölkənin sürətli silahlanmasının sülh gündəliyinə hədə törədən təhdidlər olduğunu diqqətə çatdırıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov, BMT-nin 79-cu iclası çərçivəsində Almaniya Federativ Respublikasının Xarici İşlər Naziri Annalena Berbok ilə görüş keçirib.

AzerVoice xəbər verir ki, bu barədə nazirliyin "X" sosial şəbəkəsində etdiyi paylaşımda bildirilib.

Görüş zamanı ikitərəfli və çoxtərəfli gündəmdə olan mövcud istiqamətlər və gələcək perspektivlər, Azərbaycanın COP29-a sədrliyi, münaqişədən sonrakı sülh səyləri və qarşıda duran çağırışlar geniş müzakirə edilib.

Ermənistanın sürətli silahlanması sülh gündəliyinə təhdiddir - XİN rəhbəri
Məqalədə: #Ceyhun Bayramov

Mövzu üzrə digər xəbərlər

İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
Siyasət

İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib

12:00
Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?
Qətər

Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?

11:08
Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Siyasət

Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

10:17
Fransa Dənizaşırı ərazilər üçün viza qaydalarını sərtləşdirir
Siyasət

Fransa Dənizaşırı ərazilər üçün viza qaydalarını sərtləşdirir

10:00

Son Xəbərlər

Səudiyyə Ərəbistanı xaricə ötürülən iş yerlərini ölkəyə qaytarmağı planlaşdırır
Səudiyyə Ərəbistanı xaricə ötürülən iş yerlərini ölkəyə qaytarmağı planlaşdırır
15:20
Livan böhrandan çıxış üçün strateji büdcəyə keçməyə hazırlaşır
Livan böhrandan çıxış üçün strateji büdcəyə keçməyə hazırlaşır
14:48
Səudiyyə Ərəbistanı Rusiya ilə əməkdaşlığın enerji bazarları üçün əhəmiyyətini vurğulayıb
Səudiyyə Ərəbistanı Rusiya ilə əməkdaşlığın enerji bazarları üçün əhəmiyyətini vurğulayıb
14:27
Qətərdən tarixi ekoloji qərar - ərazilərin 30 faizi qoruğa çevrilir
Qətərdən tarixi ekoloji qərar - ərazilərin 30 faizi qoruğa çevrilir
14:23
BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib
BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib
14:09
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.