7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Zəngəzur dəhlizinin açılması Türk dünyasına böyük imkanlar yaradacaq - TBMM sədri

14 Oktyabr 2024 21:30
Zəngəzur dəhlizinin açılması Türk dünyasına böyük imkanlar yaradacaq - TBMM sədri

Bakı, AzerVoice

İsveçrənin Cenevrə şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova burada Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla görüşüb.

 AzerVoice xəbər verir ki, bu barədə Milli Məclis məlumat yayıb.

Bildirilib ki, Milli Məclisə növbədənkənar seçkilərin uğurla keçirilməsi və yenidən Azərbaycan parlamentinin sədri seçilməsi münasibətilə Sahibə Qafarovanı təbrik edən Numan Kurtulmuş, Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinin uğurla inkişafından məmnunluğunu bildirib. Ölkələrimizin bütün məsələlərdə ortaq mövqe nümayiş etdirdiyini söyləyən TBMM sədri 44 günlük Vətən müharibəsindən sonra regionda yeni şəraitin yarandığını, bu xüsusda Qarabağ və Şərqi Zəngəzurda aparılan böyük quruculuq işlərinin, Zəngəzur dəhlizinin açılmasının Türk dünyasına və türkdilli ölkələrə böyük imkanlar yaradacağını bildirib.

Milli Məclisin sədri Sahibə Qafarova təbriklərə görə təşəkkürünü bildirərək, qeyd edib ki, bu vəzifəyə yenidən seçilməsindən sonra onu ilk təbrik edən TBMM sədri olub. O, seçkilərdə Türkiyə Böyük Millət Məclisinin ən böyük heyətlə müşahidələr aparmasına görə minnətdarlığını ifadə edib.

Spiker Sahibə Qafarova qardaş ölkələrimiz arasında Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarı əsasında möhtəşəm inkişaf yolu keçən münasibətlərimizin dövlət başçılarımızın siyasi iradəsi və birgə səyləri sayəsində bu gün özünün ən yüksək səviyyəsinə yüksəldiyini vurğulayıb. Qeyd olunub ki, qardaş ölkələrimiz bütün məsələlərdə ortaq mövqedən çıxış edir, o cümlədən beynəlxalq təşkilatlarda da bir-birinə dəstək göstərirlər.

Görüşdə ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli əməkdaşlıq əlaqələrinin parlamentlər müstəvisində də inkişaf etdirildiyi və qarşıdakı dövrlərdə də bu istiqamətdə fəaliyyətin davamlı olacağı vurğulanıb. Parlament sədrləri, dostluq qrupları və deputatlar arasında təmasların ümumi münasibətlərimizə mühüm töhfələri təqdir edilib. Parlamentlər müstəvisində də üçtərəfli formatda keçirilən görüşlərin əhəmiyyəti vurğulanıb.

Söhbət zamanı ölkələrimizin regionda sülh və əməkdaşlıq gündəliyi ilə çıxış etdikləri ifadə olunub.

Görüşdə parlamentlərin iqlim dəyişmələri ilə əlaqədar çoxtərəfli platformalarda birgə fəaliyyətinin əhəmiyyəti də qeyd edilib.

Söhbətdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Zəngəzur dəhlizinin açılması Türk dünyasına böyük imkanlar yaradacaq - TBMM sədri Zəngəzur dəhlizinin açılması Türk dünyasına böyük imkanlar yaradacaq - TBMM sədri Zəngəzur dəhlizinin açılması Türk dünyasına böyük imkanlar yaradacaq - TBMM sədri Zəngəzur dəhlizinin açılması Türk dünyasına böyük imkanlar yaradacaq - TBMM sədri Zəngəzur dəhlizinin açılması Türk dünyasına böyük imkanlar yaradacaq - TBMM sədri Zəngəzur dəhlizinin açılması Türk dünyasına böyük imkanlar yaradacaq - TBMM sədri
Məqalədə: #Numan Kurtulmuş #Zəngəzur dəhlizi #Sahibə Qafarova

Mövzu üzrə digər xəbərlər

Sahibə Qafarova Cenevrədə yerləşən diplomatik korpus rəhbərləri və nümayəndələri ilə görüşdə çıxış edib
Siyasət

Sahibə Qafarova Cenevrədə yerləşən diplomatik korpus rəhbərləri və nümayəndələri ilə görüşdə çıxış edib

3 Sentyabr 19:07
Milli Məclisin sədri İsveçrədə işgüzar səfərdədir
Siyasət

Milli Məclisin sədri İsveçrədə işgüzar səfərdədir

2 Sentyabr 19:03
Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb
Siyasət

Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

1 Sentyabr 22:21
Milli Məclisin sədri Sahibə Qafarova Cənubi Afrikada keçirilən Milli və Regional Parlament Sədrlərinin Konfransında iştirak edib.
Siyasət

Milli Məclisin sədri Sahibə Qafarova Cənubi Afrikada keçirilən Milli və Regional Parlament Sədrlərinin Konfransında iştirak edib.

31 İyul 20:23

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.