12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Azərbaycan Moskvada görüşə razılığını təsdiqləyib, Ermənistan yox - Zaxarova

6 Dekabr 2023 11:57
Azərbaycan Moskvada görüşə razılığını təsdiqləyib, Ermənistan yox - Zaxarova

Bakı. AzerPress:

Rusiya sülh sazişi ilə bağlı Ermənistan və Azərbaycana Moskvada və üçüncü ölkələrin ərazisində keçirilən çoxtərəfli tədbirlər çərçivəsində görüşmək üçün təkliflər göndərib.

AzerPress xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Azərbaycan Rusiyanın təklifinə müsbət cavab verib:

“Bakı bizə hər zaman danışıqların keçirilməsinə hazır olduğunu təsdiqləyib. Təəssüflər olsun ki, erməni tərəfdaşlarımızla bağlı bunları deyə bilmərik. Mümkündür ki, onlar hesab edirlər ki, Vaşinqtondan, Brüsseldən və Parisdən olan yeni “məsləhətçi”lərin daha maraqlı, daha yaxşı, daha səmərəli təkliflər verə bilərlər. Bilmirəm, düşünürəm ki, hər zaman əvvəlki təcrübəyə, qonşuların təcrübəsinə baxmaq lazımdır. Bu, hər zaman faydalıdır. Avropa İttifaqının müşahidəçilərinin, Praqa və Brüsseldə olanların nəyə gətirib çıxardığını biz hamımız gördük. Ola bilsin ki, erməni xalqı hər şeydən xəbərdar deyil. Ona görə ki, erməni xalqını hər şey barədə məlumatlandırmırlar”.

Zaxarova erməni xalqına xəbərdarlıq edərək bildirib ki, ən yaxın “dostları”nın (Qərb ölkələri-red.) Ermənistana məsləhətləri növbəti sürprizə gətirib çıxaracaq:

“Bir daha qeyd edirəm, məhz Praqa və Brüsseldə bu cür baş vermişdi. Məhz qərblilərin əli ilə… Mən bunu vurğulamaq istəyirəm. Başa düşürəm ki, sözlərim Ermənistanın müvafiq KİV-ləri tərəfindən təhrif ediləcək. Məhz qərblilərin məsləhəti ilə müvafiq sənədlərdə Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi barədə bir kəlmə də qeyd olunmamışdı. Qərbli məsləhətçilərə inanmaq istəyən kimsə indi bu barədə düşünürmü? Əgər bu müddəalar sənəddə yazılsaydı, o zaman indi İrəvanda hakimiyyətə ümid edərək öz evlərini tərk edən insanlarla bağlı nə etmək məsələsi yaranmazdı”.

Azərbaycan Moskvada görüşə razılığını təsdiqləyib, Ermənistan yox - Zaxarova
Məqalədə: #Azərbaycan #Ermənistan #Mariya Zaxarova #Rusiya XIN

Mövzu üzrə digər xəbərlər

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ

BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi

11 Sentyabr 08:00
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.