6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Hanoyda görmə qabiliyyəti məhdud şəxslər üçün məktəbdə olub

21 Aprel 2025 13:15
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Hanoyda görmə qabiliyyəti məhdud şəxslər üçün məktəbdə olub

Bakı, AzerVoice

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnama səfəri çərçivəsində Hanoyda Nguyen Dinh Chieu orta məktəbində olub.

AzerVoice xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva məktəbdə yaradılan tədris şəraiti ilə tanış olub.

Burada keçirilmiş görüşdə Fondun ölkəmizdə görmə qabiliyyəti məhdud şəxslərin cəmiyyətə inteqrasiyası və inklüziv təhsil sahəsindəki layihələri barədə məlumat verilib. Heydər Əliyev Fondu və BMT-nin İnkişaf Proqramı arasında görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanlar üçün informasiya-kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsinə dair əməkdaşlıq sazişinin imzalandığı, bu layihənin görmə qabiliyyəti məhdud insanların cəmiyyətə inteqrasiyasına, informasiya-kommunikasiya vasitələri ilə bilik, məlumat əldə etmək imkanlarının genişləndirilməsinə yönəldiyi qeyd edilib. Görmə qabiliyyəti məhdud uşaqlar üçün Heydər Əliyev Fondunun təşəbbüsü əsasında xüsusi internat məktəbinin nəzdində mətbəə yaradıldığı, burada Brayl əlifbası ilə dərslik və dərs vəsaitlərinin çap olunduğu bildirilib.

Leyla Əliyeva inklüziv təhsilə dəstək çərçivəsində Vyetnamdakı görmə qabiliyyəti məhdud şəxslər üçün orta məktəbə Heydər Əliyev Fondunun maliyyə dəstəyi sertifikatını təqdim edib. Eyni zamanda, diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondu tərəfindən məktəbə görmə qabiliyyəti məhdud uşaqların təhsilinə dəstək məqsədilə bir sıra avadanlıqlar hədiyyə olunacaq.

Qeyd edək ki, 1982-ci ildən fəaliyyət göstərən məktəb görmə qabiliyyəti məhdud uşaqlar üçün nəzərdə tutulub. 1988-ci ildən isə sözügedən məktəbdə görmə qabiliyyəti olan şəxslər də təhsil ala bilirlər. Məktəbdə hazırda 1800 şagird, o cümlədən 145 görmə qabiliyyəti məhdud şəxs təhsil alır.

Müəllim heyəti akademik fənlərin tədrisi ilə yanaşı, həm də inklüziv təhsil modelinin inkişafı ilə məşğul olur. Burada inklüziv təhsil üçün geniş sistem qurulub. Məktəbin missiyası bərabər keyfiyyətli təhsil imkanlarını təmin, müstəqilliyi və cəmiyyətə inteqrasiyanı təşviq etməkdir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Hanoyda görmə qabiliyyəti məhdud şəxslər üçün məktəbdə olub Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Hanoyda görmə qabiliyyəti məhdud şəxslər üçün məktəbdə olub Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Hanoyda görmə qabiliyyəti məhdud şəxslər üçün məktəbdə olub Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Hanoyda görmə qabiliyyəti məhdud şəxslər üçün məktəbdə olub Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Hanoyda görmə qabiliyyəti məhdud şəxslər üçün məktəbdə olub Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Hanoyda görmə qabiliyyəti məhdud şəxslər üçün məktəbdə olub Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Hanoyda görmə qabiliyyəti məhdud şəxslər üçün məktəbdə olub Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Hanoyda görmə qabiliyyəti məhdud şəxslər üçün məktəbdə olub Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Hanoyda görmə qabiliyyəti məhdud şəxslər üçün məktəbdə olub Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Hanoyda görmə qabiliyyəti məhdud şəxslər üçün məktəbdə olub Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Hanoyda görmə qabiliyyəti məhdud şəxslər üçün məktəbdə olub Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Hanoyda görmə qabiliyyəti məhdud şəxslər üçün məktəbdə olub Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Hanoyda görmə qabiliyyəti məhdud şəxslər üçün məktəbdə olub Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Hanoyda görmə qabiliyyəti məhdud şəxslər üçün məktəbdə olub Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Hanoyda görmə qabiliyyəti məhdud şəxslər üçün məktəbdə olub
Məqalədə: #Heydər Əliyev Fondu #Leyla Əliyeva

Mövzu üzrə digər xəbərlər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər
Siyasət

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər

30 Avqust 21:57
Birinci vitse-prezident Mehriban Əliyeva avqustun 26-da keçirilən tədbirlərdən görüntülər paylaşıb
Siyasət

Birinci vitse-prezident Mehriban Əliyeva avqustun 26-da keçirilən tədbirlərdən görüntülər paylaşıb

26 Avqust 20:02
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirilib
Cəmiyyət

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirilib

26 Avqust 19:31
Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət ediblər
Siyasət

Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət ediblər

26 Avqust 18:28

Son Xəbərlər

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
18:00
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.