14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Müdafiə nazirinin müavinləri Qətərə səfər edib

21 Aprel 2025 14:41
Müdafiə nazirinin müavinləri Qətərə səfər edib

BAKI, AzerVoice

Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Baş direktor cənab Aqil Qurbanov, müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Namiq İslamzadə Qətərdə rəsmi səfərdə olublar.

AzerVoice xəbər verir ki, əvvəlcə nümayəndə heyəti Al Udeid Aviabazasında Qətər Silahlı Qüvvələrinin Hərbi Aviasiya akademiyasını ziyarət edərək burada yaradılmış şərait və tədris prosesi ilə tanış olublar.

Daha sonra Qətər Dövlətinin baş nazirinin müavini və müdafiə işləri üzrə dövlət naziri Əlahəzrət Şeyx Saud bin Əbdülrəhman bin Həsən Əl-Tani Qətərdə səfərdə olan Baş direktor cənab A.Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb, hər iki dövlət arasında mövcud olan əməkdaşlığın vəziyyəti və inkişaf etdirilməsi imkanları müzakirə edilib.

Görüşdə HHQ-nin komandanı general-leytenant N.İslamzadə, eləcə də hər iki tərəfdən bir sıra yüksək rütbəli zabitlər və rəsmi şəxslər iştirak ediblər.

Daha sonra Qətərin "Barzan Holdings" şirkətində olan Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyətinin holdinqin rəhbərliyi arasında keçirilən görüşdə hərbi texniki sahədə əməkdaşlığın perspektivlərindən danışılıb.

Müdafiə nazirinin müavinləri Qətərə səfər edib Müdafiə nazirinin müavinləri Qətərə səfər edib
Məqalədə: #Azərbaycan #Qətər #Müdafiə Nazirliyi #Hərbi Hava Qüvvələri #əməkdaşlıq #rəsmi səfər #Namiq İslamzadə

Mövzu üzrə digər xəbərlər

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ

BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi

11 Sentyabr 08:00
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00

Son Xəbərlər

Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
02:00
Tarixdə bu gün - 14 sentyabr
Tarixdə bu gün - 14 sentyabr
00:01
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
13 Sentyabr 22:00
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
13 Sentyabr 21:59
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
13 Sentyabr 21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.