13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

42 nəfərin öldüyü vertolyot faciəsi və digər cinayətlərə görə Ermənistan vətəndaşları mühakimə olunur

24 Aprel 2025 15:27
42 nəfərin öldüyü vertolyot faciəsi və digər cinayətlərə görə Ermənistan vətəndaşları mühakimə olunur

BAKI, AzerVoice

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Şuşanın işğal olunmasına qədər baş vermiş hadisələrlə bağlı sənədlər tədqiq edilib.

AzerVoice xəbər verir ki, dövlət ittihamçılarının tədqiq etdikləri sənədlərə əsasən, işğala qədər Şuşa şəhəri və ətraf kəndlər Ermənistan silahlı qüvvələri tərəfindən müxtəlif silahlarla, o cümlədən raketlərlə və toplarla dəfələrlə atəşə tutulub. Həmin hadisələr zamanı milliyyətcə azərbaycanlı olan şəxslər həlak olub, yaralanıb və ya girov götürülüb.

Həmçinin Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlıların yaşadıqları kəndlərin su kəmərləri partladılıb, təhsil, səhiyyə və digər mülki obyektlərə, vətəndaşların evlərinə ciddi zərər dəyib. Qeyd olunan faktlar üzrə həmin vaxt cinayət işləri başlanılıb.

Hadisələr sırasında Malıbəyli və Quşçular qətliamı adlandırılan hadisələr də daxildir.

Məhkəmədə tədqiq edilən digər protokol isə 1991-ci il aprelin 4-də Şuşa rayonunun Göytala kəndində uçuş zamanı vertolyotun atəşə tutulması faktı ilə bağlı olub. Həmin gün saat 12-13 radələrində içərisində Azərbaycan Respublikası Ali Sovetinin deputatları olan Daxili İşlər Nazirliyinə məxsus 27057 nömrəli vertolyot Şuşa rayonunun Göytala kəndinə uçan zaman ermənilərin yaşadıqları Eksaok kəndindən atəşə tutulması nəticəsində zədələnib, Turşsu kəndində məcburi eniş edərkən qəzaya uğrayaraq yanıb, bəzi sərnişinlər yaralanıb.

Elan və tədqiq olunan digər protokol 1992-ci il yanvarın 28-də sərnişin vertolyonunun vurulması faktı ilə bağlı olub. Qeyd edilib ki, Ağdam aeroportundan havaya qalxaraq Ağdam-Şuşa reysi üzrə uçuşa başlayan Azərbaycan Respublikasına məxsus “AZAL” mülki aviasiya konserninin “AZALPANX” Zabrat aviaşirkətinə aid 24137 bort nömrəli “Mİ-8T” markalı sərnişin vertolyotunun Xankəndi şəhərinin Kərkicahan kəndi ərazisindən Ermənistan silahlı qüvvələri tərəfindən raketlə vurulub. Vertolyot Şuşa rayonunun Xəlfəli kəndindən Qaybalı kəndinə gedən torpaq yola çırpılaraq partlayıb. Hadisə zamanı 3-ü ekipaj üzvü və 39 nəfər sərnişin olmaqla, ümumilikdə 42 nəfər ölüb. Hadisə yerinə və meyitlərə baxış keçirilməsi haqqında protokollardan görünür ki, vertolyotun yanğınla müşayiət olunan partlayışı nəticəsində onun içərisində olan şəxslərin meyitləri yanmış və parçalanmış vəziyyətdə aşkarlanıb. Hadisə yerindən qəlpə hissələri götürülüb.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

42 nəfərin öldüyü vertolyot faciəsi və digər cinayətlərə görə Ermənistan vətəndaşları mühakimə olunur 42 nəfərin öldüyü vertolyot faciəsi və digər cinayətlərə görə Ermənistan vətəndaşları mühakimə olunur 42 nəfərin öldüyü vertolyot faciəsi və digər cinayətlərə görə Ermənistan vətəndaşları mühakimə olunur 42 nəfərin öldüyü vertolyot faciəsi və digər cinayətlərə görə Ermənistan vətəndaşları mühakimə olunur
Məqalədə: #Azərbaycan #Ermənistan #məhkəmə #Sülh və insanlıq əleyhinə cinayətlər #Məhkəmə prosesi #Bakı Hərbi Məhkəməsi

Mövzu üzrə digər xəbərlər

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ

BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi

11 Sentyabr 08:00
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00

Son Xəbərlər

Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
15:22
Hakan Fidan Suriyaya səfərə gedib
Hakan Fidan Suriyaya səfərə gedib
14:59
Konstantinadan Dohaya- Vahibə Buhaleys kimdir?
Konstantinadan Dohaya- Vahibə Buhaleys kimdir?
14:57
Əbu-Dabi “Bayer”lə səhra kənd təsərrüfatında yeni sınaqlara hazırlaşır
Əbu-Dabi “Bayer”lə səhra kənd təsərrüfatında yeni sınaqlara hazırlaşır
14:40
İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır
İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır
13:16
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.