8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Milli Məclis Azərbaycanla Pakistan arasında imzalanan sazişi təsdiqləyib

23 May 2025 14:04
Milli Məclis Azərbaycanla Pakistan arasında imzalanan sazişi təsdiqləyib

BAKI, AzerVoice

Milli Məclis "Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş"i ratifikasiya edib.

AzerVoice xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilib.

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi haqqında qanun layihəsi səsə qoyularaq bir oxunuşda təsdiqlənib.

Məlumat üçün bildirək ki, Azərbaycan və Pakistan arasında "Bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında" Saziş 2025-ci il 24 fevral tarixində Pakistanın Lahor şəhərində imzalanıb. Sazişin məqsədi bitki xəstəlikləri və zərərvericilərə qarşı birgə mübarizə aparmaq, zərərli orqanizmlərin yayılmasının qarşısını almaqla kənd təsərrüfatı məhsullarının təhlükəsiz dövriyyəsini və ərzaq təhlükəsizliyini təmin etməkdir.

Sənəd fitosanitar nəzarətin qarşılıqlı şəkildə həyata keçirilməsi və beynəlxalq standartlara uyğunluğun təmin edilməsi üçün hüquqi əsas yaradır. Saziş eyni zamanda Beynəlxalq Bitki Mühafizəsi Konvensiyası (IPPC) və Dünya Ticarət Təşkilatının Sanitariya və Fitosanitariya Sazişi (SPS Agreement) ilə tam uyğunluq təşkil edir və bu öhdəliklərin ikitərəfli çərçivədə praktiki tətbiqinə xidmət edir.

Azərbaycan tərəfindən Sazişin icrasına məsul orqan kimi Qida Təhlükəsizliyi Agentliyi, Pakistan tərəfindən isə Milli Ərzaq Təhlükəsizliyi və Tədqiqat Nazirliyi müəyyən edilib. Bu qurumlar məhsulların yoxlanması, fitosanitar sənədlərin hazırlanması, zərərli hallarda qarşı tərəfin məlumatlandırılması və karantin siyahılarının mübadiləsi funksiyalarını icra edirlər.

Sənəd 5 il müddətinə bağlanır və tərəflərdən biri ləğv etmək istəmədikdə avtomatik olaraq növbəti beşillik dövr üçün uzadılır. Hər hansı əlavə və ya dəyişiklik yalnız qarşılıqlı razılıq əsasında, protokol formasında təsdiqlənməklə mümkündür.

Azərbaycan üçün bu Sazişin strateji əhəmiyyəti ondan ibarətdir ki, kənd təsərrüfatı məhsullarının ixracında beynəlxalq fitosanitar tələblərə cavab verilməsi zəruridir. Bu sənəd bir tərəfdən məhsullarımızın xarici bazarlara çıxışını asanlaşdırır, digər tərəfdən isə ölkəyə idxal edilən məhsullarla zərərli orqanizmlərin daxilolma riskinin qarşısını almaq üçün effektiv hüquqi mexanizm yaradır. Beləliklə, Saziş həm iqtisadi maraqların qorunmasına, həm də biosanitar təhlükəsizliyin təmin edilməsinə xidmət edən mühüm normativ sənəddir.

Məqalədə: #Milli Məclis #Pakistan

Mövzu üzrə digər xəbərlər

Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib
Küveyt

Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib

7 Sentyabr 21:38
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
Siyasət

Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir

7 Sentyabr 12:06
Qədyanilik nədir? Tarixi kökləri, əqidə ziddiyyətləri və hüquqi statusu
Dini terminlər lüğəti

Qədyanilik nədir? Tarixi kökləri, əqidə ziddiyyətləri və hüquqi statusu

7 Sentyabr 11:46

Son Xəbərlər

Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur
Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur
07:47
Yəmən ordusu  husilərə qarşı yeni cəbhə açdı
Yəmən ordusu husilərə qarşı yeni cəbhə açdı
07:01
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
06:52
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.