12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin BƏƏ-nin Hesablama Qurumunun nümayəndə heyəti ilə görüşü olub

İyulun 17-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hesablama Qurumunun sədri Humeyd Obeyd Abuşibsin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

17 İyul 2025 17:11
Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin BƏƏ-nin Hesablama Qurumunun nümayəndə heyəti ilə görüşü olub

Bakı. AzerVoice

İyulun 17-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hesablama Qurumunun sədri Humeyd Obeyd Abuşibsin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AzerVoice xəbər verir ki, görüşdə Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri arasında strateji tərəfdaşlıq xarakteri daşıyan münasibətlərin cari vəziyyətindən məmnunluq ifadə olunub.

Bu xüsusda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə son səfərinin və hər iki ölkənin dövlət başçılarının iştirakı ilə imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi”nin qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi üçün möhkəm zəmin yaratdığı xüsusilə vurğulanıb.

Son illər Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadiyyat, nəqliyyat, enerji, mədəniyyət sahələrində və digər sahələrdə münasibətlərin davamlı və dinamik inkişaf etdiyi vurğulanıb. BƏƏ şirkətlərinin Azərbaycanda alternativ və bərpaolunan enerji mənbələrində istifadə sahəsində bir sıra uğurlu layihələr icra etdiyi bildirilib.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinin sürətlə davam etdiyi diqqətə çatdırılıb. Görülmüş işlərin nəticəsi olaraq artıq keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmağa başladıqları bildirilib. Eyni zamanda, Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə göstərdiyi maliyyə dəstəyinə görə BƏƏ-yə təşəkkür ifadə edilib.

Həmçinin Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının və Birləşmiş Ərəb Əmirliklərinin Hesablama Qurumunun fəaliyyəti, korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlər, institusional islahatlar, qanunvericilik bazasının təkmilləşdirilməsi, dövlət orqanlarının fəaliyyətində hesabatlılığın və məsuliyyətin artırılması istiqamətində görülən tədbirlər və həmin sahələr üzrə ikitərəfli və beynəlxalq əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin BƏƏ-nin Hesablama Qurumunun nümayəndə heyəti ilə görüşü olub Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin BƏƏ-nin Hesablama Qurumunun nümayəndə heyəti ilə görüşü olub Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin BƏƏ-nin Hesablama Qurumunun nümayəndə heyəti ilə görüşü olub Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin BƏƏ-nin Hesablama Qurumunun nümayəndə heyəti ilə görüşü olub Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin BƏƏ-nin Hesablama Qurumunun nümayəndə heyəti ilə görüşü olub
Məqalədə: #Azərbaycan #BƏƏ #Samir Nuriyev

Mövzu üzrə digər xəbərlər

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ

BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi

11 Sentyabr 08:00
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00

Son Xəbərlər

Yəmən Səudiyyənin neft kəmərinə hücumu pisləyib
Yəmən Səudiyyənin neft kəmərinə hücumu pisləyib
19:01
Bəhreyn Hörmüz danışıqlarına qatılmayacaq
Bəhreyn Hörmüz danışıqlarına qatılmayacaq
18:58
Qatar Charity 809 milyon riyallıq layihələr həyata keçirib
Qatar Charity 809 milyon riyallıq layihələr həyata keçirib
18:51
Neftin 104 dolları keçməsi Misirdə yanacağı bahalaşdıracaqmı?
Neftin 104 dolları keçməsi Misirdə yanacağı bahalaşdıracaqmı?
18:46
Livan Prezidenti İsrailin nəzarətə götürdüyü bölgəyə yaxın əraziyə səfər edib
Livan Prezidenti İsrailin nəzarətə götürdüyü bölgəyə yaxın əraziyə səfər edib
18:31
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.