5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Çərkəzlər intiqam deyil, ədalət istəyir - Türkiyəli Ekspert

19-cu əsrdə Rusiya imperiyasının Çərkəzlər və Şimali Qafqaz xalqları üzərində həyata keçirdiyi sistemli soyqırım və sürgün siyasətinin bu xalqlar üzərində uzunmüddətli təsirlərini düzgün başa düşmək üçün 1864-cü ildən günümüzə qədər həm ana vətəndə – Qafqazda, həm də mühacirətdə yaşanan prosesləri dəqiq və detallı şəkildə təhlil etmək vacibdir.

28 İyul 2025 09:00
Çərkəzlər intiqam deyil, ədalət istəyir - Türkiyəli Ekspert

BAKI, AzerVoice / Nailə Babazadə

19-cu əsrdə Rusiya imperiyasının Çərkəzlər və Şimali Qafqaz xalqları üzərində həyata keçirdiyi sistemli soyqırım və sürgün siyasətinin bu xalqlar üzərində uzunmüddətli təsirlərini düzgün başa düşmək üçün 1864-cü ildən günümüzə qədər həm ana vətəndə – Qafqazda, həm də mühacirətdə yaşanan prosesləri dəqiq və detallı şəkildə təhlil etmək vacibdir.

Bu barədə AzerVoice-a açıqlamasında Qafqaz araşdırmaları üzrə Türkiyəli mütəxəssis Cem Kumuk məlumat verib.

Ekspertin sözlərinə görə, sürgünə məruz qalan Çərkəzlər ilk gündən etibarən mühacirət torpaqlarında qalıcı olmağı düşünməyiblər və daim vətənə dönüş planları qurublar. Kumukun fikrincə, bu dönüş arzusunun qarşısında dayanan əsas maneə Rusiya olduğundan, Çərkəzlər uzun illər boyu Rusiya ilə rəqabətdə olan siyasi qüvvələr üçün potensial tərəfdaş qismində görülüblər. Lakin tarixi təcrübələr göstərir ki, bu tərəfdaşlıqdan Çərkəzlər və digər Şimali Qafqaz xalqları həmişə zərər görən tərəf olublar.

“1877–78-ci illər Osmanlı-Rusiya müharibəsi buna ilk nümunədir. Soyqırım və sürgünün ağrılarını təzəcə yaşamış Çərkəzlər bu müharibəni fürsət kimi dəyərləndirmiş və Osmanlı ordusunun tərkibində ruslara qarşı döyüşmüşlər. Lakin nəticədə həm Balkanlarda ikinci dəfə sürgünə məruz qaldılar, həm də Qafqazda qalan yerli əhali yeni repressiyalara tuş gəldi”, – deyə Kumuk bildirib.

Ekspert əlavə edib ki, 1917-ci il Rusiya inqilabından sonra yaradılan Şimali Qafqaz Dağlıları İttifaqı Respublikası həm vətənin müstəqilliyi, həm də mühacirlərin geri dönüş ümidi kimi qarşılandı. Amma 1921-ci ildə bu dövlətin süqutu ilə həmin ümidlər bir daha puç oldu.

Kumukun sözlərinə görə, XX əsrdə dünyada yayılan milliyyətçi ideologiyalar mühacirətdə yaşayan Çərkəzlər üçün assimilyasiya təhdidini də gündəmə gətirdi. “Milli kimliyini azad şəkildə yaşaya bilməyən bu xalqlar həm mühacirətdə, həm də SSRİ sərhədləri daxilində sürətlə assimilyasiyaya məruz qaldılar”, – deyə o bildirib.

Ekspert vurğulayıb ki, SSRİ-nin dağılması ilə mühacirətdə olan milyonlarla Çərkəz arasında vətənə dönüş ümidi yenidən canlansa da, bu proses qısa müddətdə ümidsizliyə çevrildi. Çünki Rusiyanın Çeçenistan və Abxaziya siyasəti ilə yanaşı digər regionlara verdiyi “gözdağı” da bu ümidləri kölgədə qoydu.

“Bugünkü şəraitdə Çərkəz soyqırımının beynəlxalq hüquq çərçivəsində tanınması üçün çalışan mühacirət təşkilatları əsas mübarizəni aparır. Amma BMT Təhlükəsizlik Şurasının veto hüququna malik üzvlərinin özlərinin keçmişində soyqırım təcrübəsi olması bu məsələnin rəsmi şəkildə tanınmasını qeyri-mümkün edir”, – deyə ekspert bildirib.

Onun sözlərinə görə, bəzi ölkələr Gürcüstan və Ukrayna kimi Rusiya ilə ciddi diplomatik qarşıdurmalar yaşadığı təqdirdə bu məsələyə siyasi dəstək verə bilərlər. Lakin ümumi diplomatik mənzərə Çərkəz soyqırımının parlamentlər səviyyəsində tanınmasını da çətinləşdirir.

“Əsas diqqət soyqırımın tanınmasından daha çox, Çərkəzlərin və digər Qafqaz xalqlarının öz vətənlərinə qayıdış hüququnun tanınmasına yönəlməlidir. Rusiyanın bölgədə həyata keçirdiyi kolonizasiya siyasəti, xüsusilə də Qərbi Çərkəzistanda yerli əhalinin sıxışdırılması bu planın tərkib hissəsidir. Dönmək istəyənlərə qarşı göstərilən maneələr, tətbiq edilən qeyri-rəsmi qadağalar bunun bariz nümunəsidir”, – deyə o əlavə edib.

Ekspertin fikrincə, beynəlxalq ictimaiyyət Çərkəzlərin intiqam deyil, ədalət istədiyini nəzərə almalı, onların vətənlərinə dönüşlərini təmin edəcək hüquqi və praktiki addımların atılması üçün Rusiyaya təzyiq göstərməlidir.

“Bu gün kağız üzərində qəbul ediləcək hər hansı bir qərar əgər praktik nəticə vermirsə, dəyəri də məhduddur. Dörd nəsildir sürgündə yaşayan Çərkəzlərə geriyə dönüş üçün şərait yaradılmalıdır. Əsas mübarizə də məhz bunun uğrunda aparılmalıdır”, – deyə Cem Kumuk yekunlaşdırıb.

Məqalədə: #Rusiya imperiyası zorakılıqları #Qafqaz müharibəsi və çərkəz soyqırımı #Cem Kumuk #Osmanlı-Rusiya müharibəsi #Çeçenistan siyasəti #Abxaziya münaqişəsi #Çərkəz diasporu #Mühacirət həyatı #Qərbi Çərkəzistan #Rusiyanın kolonizasiya siyasəti #Gürcüstan və Ukrayna nümunəsi #İnsan haqları və ədalət #Rusiya imperiyası

Mövzu üzrə digər xəbərlər

BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
Siyasət

BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək

11:23
İordaniya və Avstriya Suriyanın bərpasına dəstəyin davam etdirilməsini istəyib
Siyasət

İordaniya və Avstriya Suriyanın bərpasına dəstəyin davam etdirilməsini istəyib

4 Sentyabr 13:52
İraq və Suriya ikitərəfli ticarətin genişləndirilməsini müzakirə edib
Siyasət

İraq və Suriya ikitərəfli ticarətin genişləndirilməsini müzakirə edib

4 Sentyabr 12:51
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45

Son Xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
22:14
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
21:45
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.