7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Trend İnformasiya Agentliyi 30 yaşında - baş redaktorun fikirləri

Bu il Trend İnformasiya Agentliyi yubileyini qeyd edir. Bu, bizim üçün sadəcə bir tarix deyil, həm də auditoriyamız, ekspert icması və beynəlxalq tərəfdaşlarımızla birlikdə keçdiyimiz çətin yolun əksidir. Trend, yerli jurnalistikadakı ilk addımlarından regional xəbər agentliyinə qədər, oradan isə biznes modelimizin Avropa Komissiyası tərəfindən Şərq Tərəfdaşlığı regionunda medianın inkişaf modeli kimi tanınmasına qədər uzun bir yol qət edib.

1 Sentyabr 2025 09:23
Baku

Bütün bu illər ərzində Trend mühüm siyasi, iqtisadi və mədəni hadisələrin önündə olub, sonradan tarixi salnamənin tərkib hissəsinə çevrilən hər bir anı qeydə alıb.

Beynəlxalq sammitlərdən peşəkar reportajlar, dövlət rəhbərləri ilə eksklüziv müsahibələr, xaricdə xüsusi layihələr – bütün bunlar agentliyin nüfuzunu möhkəmləndirməklə yanaşı, Trend-in beynəlxalq informasiya mühitində bərabər şərtlərlə rəqabət aparmağa qadir olduğunu sübut edib.

Qeyd etməliyəm ki, Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın səyləri nəticəsində Azərbaycanda medianın dinamik inkişafı üçün şərait yaradılmasaydı, Trend-in nailiyyətləri də mümkün olmazdı. Bunun nəticəsində artan peşəmizin nüfuzu mediaya beynəlxalq arenada rəqabət apara bilən yüksək intellektli gənclərin gəlməsinə səbəb oldu. Bu isə bizə son on ildə bir çox çətinliklərlə üzləşmiş, sürətlə dəyişən qlobal media bazarına uyğunlaşmağa imkan verdi. Buraya jurnalistika böhranı, maliyyə çətinlikləri və pandemiya da daxildir.

"Jurnalistika böhranı" dövründə bir çox media qurumları dəbin təsirinə düşərək "yeni jurnalistika"ya üstünlük verib bloqosfera və sosial şəbəkələrə üz tutdu. Biz də "ənənəvi media" anlayışından uzaqlaşdıq, lakin fərqli strategiya seçdik. Bu da bizə o zamanlar gənc media orqanı olan Trend ilə nüfuzlu beynəlxalq nəşrlər arasındakı məsafəni tez bir zamanda azaltmağa imkan verdi.

On beş il əvvəl belə qənaətə gəldik ki, transmilli medianın, AZƏRTAC kimi mötəbər dövlət nəşrlərinin işini sadəcə təkrarlamaq nəticə verməyəcək. Bu yanaşmanın nəticəsidir ki, Trend bu gün xaricdə geniş tanınır və nüfuz sahibidir. Məsələn, 2024-cü ilin sonunda agentlik, ən böyük müstəqil monitorinq platforması olan Medialogy-nin məlumatına görə, regionda ən çox istinad edilən media orqanı olub.

Bu uğurlu təcrübəyə əsaslanaraq, növbəti inkişaf mərhələmizi Şərqi Avropa bazarlarında fəaliyyət göstərməkdə görürük. Bundan əlavə, bu payızda Türkiyə media bazarında xəbər nəşri və birja portalını birləşdirəcək DHA Press adlı, Dəmirörən Holdinq şirkəti ilə birgə layihəmizin aktiv reklam təşviqi başlayacaq. Bu layihə çərçivəsində biz süni intellekt sistemlərinin media sahəsinə inteqrasiyası ilə bağlı innovativ addımlar da atırıq. Sinxua agentliyi artıq layihəyə qoşulub, Avropa və ərəb ölkələrinin aparıcı KİV-lərinin də DHA Press-ə qoşulması üzərində iş aparılır. Bu, Azərbaycan gündəminin Türkiyədə və dünyada yayılması üçün əlavə platforma yaradacaq.

Fəxrlə deyə bilərik ki, bizim Avropa layihələrimiz artıq regionun siyasi mənzərəsinin bir hissəsinə çevrilir.

Mən bütün həmkarlarıma – həm bu gün agentlikdə çalışanlara, həm də bu 30 il ərzində müxtəlif dövrlərdə bizimlə birgə işləyənlərə xüsusi təşəkkürümü bildirirəm. Onların hər biri Trend-in formalaşmasına və uğur qazanmasına öz töhfəsini verib. Bu, jurnalistlərin, redaktorların, analitiklərin, operatorların, İT mütəxəssislərinin, menecerlərin və komandamızın bir hissəsi olmuş hər kəsin birgə əməyidir. Məhz sizin sayənizdə Trend bu yolu qət edə bildi, prinsiplərinə sadiq qaldı və Azərbaycanda, eləcə də onun hüdudlarından kənarda etibar edilən agentliyə çevrildi.

Trend təkcə məlumat ötürmür, həm də rəy formalaşdırır, prosesləri təhlil edir və dünyaya Azərbaycanı, eləcə də regionu daha yaxşı anlamağa kömək edir. Bizim missiyamız Azərbaycan haqqında məlumatları Azərbaycan mənbəsindən xarici auditoriyaya çatdırmaqdır. Bu yubiley yalnız keçilən yolu xatırlamaq üçün deyil, həm də gələcəyin çağırışlarına cavab vermək üçün bir siqnaldır. Rəqəmsal transformasiya, dezinformasiyaya qarşı mübarizə, qlobal rəqabət – biz bu çağırışlara hazırıq. Trend faktlara, peşəkarlığa və beynəlxalq standartlara sadiq qalaraq etibarlı məlumat mənbəyi olaraq qalacaq.

Məqalədə: #Trend-in 30 illiyi #Trend İnformasiya Agentliyi

Mövzu üzrə digər xəbərlər

Trend BİA İran və Orta Asiyanın aparıcı regional media orqanıdır
Siyasət

Trend BİA İran və Orta Asiyanın aparıcı regional media orqanıdır

17 Mart 17:58
Trend əməkdaşları “Azərbaycan milli mətbuatının 150 illiyi” medalı ilə təltif olunublar
Cəmiyyət

Trend əməkdaşları “Azərbaycan milli mətbuatının 150 illiyi” medalı ilə təltif olunublar

22 Dekabr 2025 15:38
DHA və Trend-in birgə platformasına inteqrasiya olunmuş süni intellekt D-8 və TDT ölkələrinin bir çox KİV-ni birləşdirməyə imkan yaradacaq
Cəmiyyət

DHA və Trend-in birgə platformasına inteqrasiya olunmuş süni intellekt D-8 və TDT ölkələrinin bir çox KİV-ni birləşdirməyə imkan yaradacaq

25 Noyabr 2025 14:28
Azərbaycan–KKTC media əməkdaşlığı - Rufiz Hafizoğlu fəxri mükafatla təltif olunub
Cəmiyyət

Azərbaycan–KKTC media əməkdaşlığı - Rufiz Hafizoğlu fəxri mükafatla təltif olunub

19 Sentyabr 2025 13:59

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.