5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin əmək nazirləri Bakıdadır

İƏT-nin Əmək Mərkəzinin iclası keçirilib İƏT-yə üzv dövlətlərin əmək nazirlərinin və nümayəndə heyətlərinin iştirakı ilə Bakıda Əmək Mərkəzinin İcraiyyə Şurasının iclası keçirilib.İclas Əmək Mərkəzinin Baş Assembleyasının 2-ci sessiyasına hazırlıq və Mərkəzin fəaliyyətinin gücləndirilməsi məqsədi daşıyıb.Tədbirin açılış sessiyası salamlama və müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.

23 Sentyabr 2025 13:47
İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin əmək nazirləri Bakıdadır

Bakı. AzerVoice

İƏT-nin Əmək Mərkəzinin iclası keçirilib

İƏT-yə üzv dövlətlərin əmək nazirlərinin və nümayəndə heyətlərinin iştirakı ilə Bakıda Əmək Mərkəzinin İcraiyyə Şurasının iclası keçirilib.

AzerVoice xəbər verir ki, İclas Əmək Mərkəzinin Baş Assembleyasının 2-ci sessiyasına hazırlıq və Mərkəzin fəaliyyətinin gücləndirilməsi məqsədi daşıyıb.

Tədbirin açılış sessiyası salamlama və müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.

İƏT-nin Əmək Mərkəzinin İcraiyyə Şurasının sədri, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Azərbaycanın dünyada İslam həmrəyliyinin möhkəmləndirilməsini dəstəklədiyni və ölkəmizlə İƏT arasındakı əlaqələrin səmərəli əməkdaşlıq və dialoq əsasında qurulduğunu, ölkəmizin İƏT-nin fəal üzvü kimi təşkilatın əsas prinsiplərinə sadiq qaldığını bildirib.

Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış İƏT-nin Əmək Mərkəzinin də üzv dövlətlər arasında həmrəyliyin möhkəmləndirilməsi və əməkdaşlığın inkişafı üçün mühüm platforma rolunu oynadığını bildirib. İclasın Əmək Mərkəzinin fəaliyyətinin gücləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.

İƏT-nin Əmək Mərkəzinin İcraiyyə Şurasının sədrinin müavini, Səudiyyə Ərəbistanı Krallığının İnsan resursları və sosial inkişaf nazirinin müavini Abdullah Nasser M. Abuthnain iclasın üzv ölkələr arasında əlaqələrin genişlənməsinə, fəal təcrübə mübadilələrinə imkan yaratdığını diqqətə çatdırıb.

Mərkəzin Baş direktoru Azər Bayramov İƏT-nin ən gənc institutu olan bu Mərkəzin üzv ölkələrin əmək bazarının inkişafı, işçi hüquqlarının müdafiəsi, həmçinin məşğulluq imkanlarının artırılması sahələrində əməkdaşlığın genişləndirilməsində rolundan bəhs edib.

İclasda İƏT-nin Əmək Mərkəzinin fəaliyyət və maliyyə hesabatları dinlənilib.

İşçi sessiyalarda Mərkəzin İcraiyyə Şurası tərəfindən bir sıra qətnamələrin müzakirələri aparılıb və Əmək Mərkəzinin Baş Assambleyasına təqdim olunması üçün razılaşdırılıb. Şuranın sədri və Əmək Mərkəzinin direktoru tərəfindən yekun qeydlər edilib."

Məqalədə: #İslam Əməkdaşlıq Təşkilatı #İƏT #Qurani-Kərim #Baş Assambleya

Mövzu üzrə digər xəbərlər

İsmail Vələd Şeyx Əhməd İslam Əməkdaşlıq Təşkilatının baş katibi seçilib
Digər Xəbərlər

İsmail Vələd Şeyx Əhməd İslam Əməkdaşlıq Təşkilatının baş katibi seçilib

27 Avqust 17:26
Ərəb coğrafiyasında tarixin izləri - 25 avqustun 20 mühüm hadisəsi
Tarixdə bu gün

Ərəb coğrafiyasında tarixin izləri - 25 avqustun 20 mühüm hadisəsi

25 Avqust 14:53
Tövhid və axirət inancı: Zariyat surəsi haqqında mühüm faktlar
Quran bələdçisi: Surələrin mahiyyəti

Tövhid və axirət inancı: Zariyat surəsi haqqında mühüm faktlar

2 Avqust 13:00
Avtomobildə Qurani-Kərim: İman nişanəsi, yoxsa batil inanc?
İslam və həyat: Şəriət sualları

Avtomobildə Qurani-Kərim: İman nişanəsi, yoxsa batil inanc?

26 İyul 12:00

Son Xəbərlər

İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
16:55
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
16:47
İordaniyada daxili  turizmi  təşviq etmək üçün pulsuz turlar təşkil edilir
İordaniyada daxili turizmi təşviq etmək üçün pulsuz turlar təşkil edilir
15:53
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
15:52
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
15:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.