7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Sahibə Qafarova ICAPP sədri ilə Asiyada siyasi əməkdaşlıq məsələlərini müzakirə edib

Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 16-da Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (ICAPP) Daimi Komitəsinin sədri Çunq Eu-yonqun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

16 Oktyabr 2025 19:11
Sahibə Qafarova ICAPP sədri ilə Asiyada siyasi əməkdaşlıq məsələlərini müzakirə edib

BAKI, AzerVoice, Orxan Qədirzadə

Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 16-da Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (ICAPP) Daimi Komitəsinin sədri Çunq Eu-yonqun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AzerVoice-a verilən məlumata görə, Azərbaycanın Asiya ölkələri ilə siyasi əlaqələrin inkişafına xüsusi önəm verdiyini deyən spiker Sahibə Qafarova, ICAPP-ın regionda çoxtərəfliliyin, həmrəyliyin mühüm mexanizmi kimi çıxış etdiyini, Asiyada sülhü, təhlükəsizliyi və əməkdaşlığı təşviq edən mühüm platforma olduğunu bildirib.

Söhbət zamanı Ulu öndər Heydər Əliyevin qurucusu, Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının ölkəmizin hakim partiyası kimi rolu, fəal beynəlxalq əlaqələri haqqında məlumat verilib. YAP-ın Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransında fəal və uğurla təmsil olunmasından məmnunluq ifadə olunaraq, tərəflər arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlərin əhəmiyyəti qeyd edilib. O cümlədən, YAP-ın təşkilatçılığı ilə Bakıda keçirilən Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı (ICAPP) Asiya Mədəniyyət Şurasının (ACC) “Milli müxtəliflikdən qlobal həmrəyliyə: yeni dünya nizamında mədəniyyətin rolu” mövzusunda 4-cü iclası kimi beynəlxalq tədbirlərin müxtəlif ölkələrin siyasi partiyaları və mədəni qurumları arasında dialoqun gücləndirilməsinə, qarşılıqlı anlaşmanın dərinləşdirilməsinə və ortaq dəyərlər əsasında əməkdaşlığın inkişafına mühüm töhfə verir.

ICAPP Daimi Komitəsinin sədri Çunq Eu-yonq təmsil etdiyi təşkilatın Azərbaycanla münasibətlərə xüsusi önəm verdiyini deyib və ölkəmizin hakim partiyası ilə mövcud əlaqələrin inkişafını qeyd edib.

Söhbətdə Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan və hazırda Azərbaycan Milli Məclisinin sədrlik etdiyi Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə ICAPP arasında əməkdaşlığın gələcək inkişaf perspektivləri, Asiya regionunda parlamentlərarası əlaqələrin genişləndirilməsi və qarşılıqlı anlayışın dərinləşdirilməsi və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə: #Milli Məclis #Sahibə Qafarova #Yeni Azərbaycan Partiyası #Qoşulmama Hərəkatı #Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı #Çunq Eu-yonq

Mövzu üzrə digər xəbərlər

Sahibə Qafarova Cenevrədə yerləşən diplomatik korpus rəhbərləri və nümayəndələri ilə görüşdə çıxış edib
Siyasət

Sahibə Qafarova Cenevrədə yerləşən diplomatik korpus rəhbərləri və nümayəndələri ilə görüşdə çıxış edib

3 Sentyabr 19:07
Milli Məclisin sədri İsveçrədə işgüzar səfərdədir
Siyasət

Milli Məclisin sədri İsveçrədə işgüzar səfərdədir

2 Sentyabr 19:03
Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb
Siyasət

Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

1 Sentyabr 22:21
Milli Məclisin sədri Sahibə Qafarova Cənubi Afrikada keçirilən Milli və Regional Parlament Sədrlərinin Konfransında iştirak edib.
Siyasət

Milli Məclisin sədri Sahibə Qafarova Cənubi Afrikada keçirilən Milli və Regional Parlament Sədrlərinin Konfransında iştirak edib.

31 İyul 20:23

Son Xəbərlər

BƏƏ və Kolumbiya iqtisadi və parlament əməkdaşlığını genişləndirir
BƏƏ və Kolumbiya iqtisadi və parlament əməkdaşlığını genişləndirir
10:51
BƏƏ-də su böhranına qarşı yeni nəsil liderlər hazırlanacaq
BƏƏ-də su böhranına qarşı yeni nəsil liderlər hazırlanacaq
10:43
Səudiyyə şahzadəsinin atı Almaniyada nüfuzlu yarışda tarixi qələbə qazanıb
Səudiyyə şahzadəsinin atı Almaniyada nüfuzlu yarışda tarixi qələbə qazanıb
10:38
Səudiyyə Ərəbistanının U-20 millisi Qətəri məğlub edərək Asiya çempionatına vəsiqə qazanıb
Səudiyyə Ərəbistanının U-20 millisi Qətəri məğlub edərək Asiya çempionatına vəsiqə qazanıb
10:03
Səudiyyə Ərəbistanı regional təhlükəsizlik və dəniz yollarının qorunmasını müzakirə edib
Səudiyyə Ərəbistanı regional təhlükəsizlik və dəniz yollarının qorunmasını müzakirə edib
09:54
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.