9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

İstanbulda Azərbaycan-Türkiyə gənclərinin “Zəfərin 5 ili” forumu keçirilib

Azərbaycan Respublikasının Gənclər Fondu və Türkiyə Gənclik Vəqfinin (TÜGVA) birgə təşkilatçılığı ilə 6 noyabr 2025-ci il tarixində Türkiyənin İstanbul şəhərində Azərbaycan-Türkiyə gənclərinin "Zəfərin 5 ili" forumu baş tutub.

8 Noyabr 2025 12:06
İstanbulda Azərbaycan-Türkiyə gənclərinin “Zəfərin 5 ili” forumu keçirilib

BAKI,AzerVoice

Azərbaycan Respublikasının Gənclər Fondu və Türkiyə Gənclik Vəqfinin (TÜGVA) birgə təşkilatçılığı ilə 6 noyabr 2025-ci il tarixində Türkiyənin İstanbul şəhərində Azərbaycan-Türkiyə gənclərinin "Zəfərin 5 ili" forumu baş tutub.

Bu barədə AzerVoice-ə Gənclər Fondundan məlumat verilib.

Forumun əsas məqsədi Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfəri gənclər arasında təbliğ etmək, qalibiyyət və qürur hissini bir daha yaşatmaq, Zəfərimizin bütövlükdə türk dünyası üçün siyasi və mənəvi əhəmiyyətini hər iki ölkə gənclərinin diqqətinə çatdırmaq, eyni zamanda Azərbaycan və Türkiyə gəncləri arasında dostluq və qardaşlıq əlaqələrini möhkəmləndirərək iki ölkə arasında strateji əməkdaşlığı gənclər müstəvisində daha da dərinləşdirməkdən ibarət olub.

Tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Açılış nitqləri ilə çıxış edən Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev və TÜGVA-nın sədri İbrahim Beşinci tarixi Zəfərin təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının qürurlandığı məqam olduğunu qeyd ediblər. Onlar işğaldan azad edilmiş ərazilərin bərpası və inkişafı prosesində gənclərin fəallığı, təşəbbüskarlığı və qardaşlıq ruhunun mühüm rol oynadığını, Azərbaycan və Türkiyə gəncləri arasında formalaşmış sarsılmaz dostluq və strateji tərəfdaşlıq münasibətlərinin Qarabağda həyata keçirilən layihələrə mühüm töhfə verdiyini və gənclərin birgə fəaliyyətinin yalnız bölgənin dirçəlişinə deyil, həm də iki ölkə arasında birlik və həmrəyliyin daha da güclənməsinə xidmət etdiyini vurğulayıblar.

Daha sonra Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş leytenantı Qəzənfər Ağayev və Qarabağ qazisi, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş leytenantı Əhliyət Mehdiyevin çıxışları dinlənilib. Onlar Azərbaycan suverenliyinin bərpası uğrundakı döyüş ruhundan, Zəfərimizin mahiyyətinin gələcək nəsillərə ötürülməsinin vacibliyindən bəhs ediblər.

Forumun zəngin proqramı qardaşlıq, həmrəylik və zəfər ruhunu ifadə edən musiqili çıxışlarla davam edib. İstedadlı gənc xanəndə Yusif Cəfərbəylinin ifaları iki qardaş ölkənin ortaq mədəni dəyərlərini və mənəvi birliyini nümayiş etdirib. Vətən müharibəsindəki qələbəyə həsr olunmuş videoçarxlar isə forum iştirakçılarında dərin emosional təəssürat yaradıb. Videoçarxlarda Azərbaycan Ordusunun qəhrəmanlığı, xalqın mübarizə əzmi və işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri öz əksini tapıb.

Forum xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.

İstanbulda Azərbaycan-Türkiyə gənclərinin “Zəfərin 5 ili” forumu keçirilib İstanbulda Azərbaycan-Türkiyə gənclərinin “Zəfərin 5 ili” forumu keçirilib İstanbulda Azərbaycan-Türkiyə gənclərinin “Zəfərin 5 ili” forumu keçirilib İstanbulda Azərbaycan-Türkiyə gənclərinin “Zəfərin 5 ili” forumu keçirilib İstanbulda Azərbaycan-Türkiyə gənclərinin “Zəfərin 5 ili” forumu keçirilib İstanbulda Azərbaycan-Türkiyə gənclərinin “Zəfərin 5 ili” forumu keçirilib
Məqalədə: #Azərbaycan #İstanbul #Zəfər Günü #8 Noyabr – Zəfər Günü #Gənclər Fondu və Türkiyə Gənclik Vəqfinin (TÜGVA)

Mövzu üzrə digər xəbərlər

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

8 Sentyabr 16:48
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
Siyasət

İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib

8 Sentyabr 12:00

Son Xəbərlər

Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
Qətər Fond Birjası və “Baladna” şirkəti kapital artımının uğurla tamamlandığını açıqlayıb
Qətər Fond Birjası və “Baladna” şirkəti kapital artımının uğurla tamamlandığını açıqlayıb
8 Sentyabr 21:36
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.