13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında ədliyyə sahəsində Əməkdaşlıq Proqramı imzalanıb

Görüş Ər-Riyad şəhərində keçirilib

24 Noyabr 2025 14:33
Azərbaycan və Səudiyyə Ərəbistanı arasında ədliyyə sahəsində Əməkdaşlıq Proqramı imzalanıb

BAKI,AzerVoice

Ədliyyə naziri Fərid Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən ikinci Beynəlxalq Ədliyyə Konfransında iştirak edib.

AzerVoice xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, konfrans çərçivəsində nazir Fərid Əhmədov Səudiyyə Ərəbistanı Krallığının ədliyyə naziri Vəlid bin Məhəmməd bin Saleh Əl-Samni ilə görüşüb. Görüş zamanı ölkələr arasında dostluq və əməkdaşlıq münasibətlərinin bütün sahələrdə, xüsusilə hüquq və ədliyyə sahəsində inkişafından məmnunluq ifadə olunub, qarşılıqlı səfərlərin və təcrübə mübadiləsinin genişləndirilməsinin önəmi vurğulanıb.

Tərəflər, həmçinin ədliyyə sahəsində əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi məqsədilə Əməkdaşlıq Proqramını imzalayıblar. Proqram qeydiyyat, notariat və digər ədliyyə orqanlarında görüşlərin təşkili, qabaqcıl təcrübələrin öyrənilməsi, tədris müəssisələri arasında birgə tədbirlərin keçirilməsi və digər sahələri əhatə edir.

Qeyd edək ki, 23-24 noyabr tarixlərini əhatə edən konfrans ümumilikdə 40-dan çox ölkədən yüksək vəzifəli dövlət rəsmilərinin, beynəlxalq təşkilatların nümayəndələrinin, ekspertlərin və alimlərin iştirakı ilə keçirilib. Tədbirdə ədliyyə və məhkəmə sistemlərində texnologiyaların gələcəyi, rəqəmsal transformasiya və süni intellektin tətbiqi, qanunvericilik sahəsində müasir yanaşmalar, alternativ mübahisələrin həlli mexanizmlərinin təkmilləşdirilməsi və digər aktual mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında ədliyyə sahəsində Əməkdaşlıq Proqramı imzalanıb Azərbaycan və Səudiyyə Ərəbistanı arasında ədliyyə sahəsində Əməkdaşlıq Proqramı imzalanıb
Məqalədə: #Azərbaycan #Bakı #Səudiyyə Ərəbistanı #Ər-Riyad #İkitərəfli əlaqələr #İkitərəfli münasibətlər #İkitərəfli münasibətlərin inkişafı #Ədliyyə nazirliyi #Fərid Əhmədov #İkitərəfli əməkdaşlıq müzakirələri #İkitərəfli əlaqələrin dərinləşməsi

Mövzu üzrə digər xəbərlər

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ

BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi

11 Sentyabr 08:00
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00

Son Xəbərlər

Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
03:00
Tarixdə bu gün – 13 sentyabr
Tarixdə bu gün – 13 sentyabr
00:01
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
12 Sentyabr 22:47
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
12 Sentyabr 22:31
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
12 Sentyabr 22:27
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.