7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib

Ruben Vardanyanın məhkəmə prosesi dekabrın 8-də davam etdirilib

8 Dekabr 2025 20:38
Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib

BAKI,AzerVoice

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 8-də davam etdirilib.

AzerVoice xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Ardınca zərərçəkmiş şəxslərin ifadələri dinlənilib.

Zərərçəkmiş Nuran Qasımov ifadəsində Laçında düşmənin ərazilərimizə hücumu nəticəsində ayağından xəsarət aldığını söyləyib. O, dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavabında hadisə zamanı ondan başqa yaralananların olduğunu da deyib.

Zərərçəkmiş Əlimuxtar İbrahimov ifadəsində özündən əvvəl ifadə vermiş N.Qasımovla birlikdə xəsarət aldığını bildirib. O, dövlət ittihamçısı Təranə Məmmədovanın suallarına cavabında diqqətə çatdırıb ki, həmin vaxt ondan başqa da bir neçə şəxs xəsarət alıb.

Zərərçəkmiş Pənah Əliyev ifadəsində Laçında düşmən təxribatı nəticəsində başından xəsarət aldığını deyib. O, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarına cavabında hadisə zamanı bir neçə şəxsin müxtəlif dərəcəli bədən xəsarətləri aldığını bildirib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran zərərçəkmiş Əsgər Bəylərov Laçında düşmən təxribatı nəticəsində qapalı kəllə-beyin travması aldığını söyləyib.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran zərərçəkmiş Ülvi Rəhimov Laçında düşmənin hücumu nəticəsində qolundan yaralandığını söyləyib.

Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran zərərçəkmiş Elvin Səlimov Laçında düşmənin ərazilərimizə hücumu zamanı baş nahiyəsindən və əlindən xəsarətlər aldığını söyləyib.

Zərərçəkmiş Samir Məmmədov da Laçında düşmən təxribatı nəticəsində yaralandığını deyib.

Məhkəmə prosesi digər zərərçəkmiş şəxslərin ifadələrinin elan olunması ilə davam etdirilib. Belə ki, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış bir qrup şəxs əvvəlki proseslərdə məhkəməyə müraciət ünvanlayaraq iclaslarda üzrlü səbəbdən iştirak edə bilmədiklərini, ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiqlədiklərini bildirən ərizələr göndəriblər. Ötən məhkəmə iclaslarında tərəflər həmin ifadələrin məhkəmədə elan olunmasına etiraz etməyiblər.

Sənədlərin elan olunması zamanı təqsirləndirilən şəxs Ruben Vardanyan vəsatətlə çıxış edib. O, cinayət işi ilə bağlı bəzi sənədlərlə, o cümlədən sorğularla tanış olmaq istədiyini söyləyib.

R.Vardanyanın müdafiəçisi Emil Babışov vəsatətin təmin olunmasını məhkəmədən xahiş edib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev vəsatətə münasibət bildirərək deyib ki, ittiham tərəfi təqsirləndirilən şəxsin müdafiəçisinin və ya onun özünün sözügedən sənədlərlə tanış olmasına etiraz etmir.

Məhkəməyə sədrlik edən Z.Ağayev vəsatətlə bağlı bildirib ki, müdafiə tərəfi bu həftə ərzində həmin sənədlərlə tanış ola bilər və onlara buna dair zəruri şərait yaradılacaq.

Məhkəmənin növbəti iclası dekabrın 9-na təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

AzerVoice xatırladır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən, Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində başlanılmış cinayət işinin ibtidai istintaqı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində aparılmışdır.

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib
Məqalədə: #Ruben Vardanyan #Terrorçuluğun maliyyələşdirilməsi #Bakı Hərbi Məhkəməsi #Dövlət Təhlükəsizliyi Xidməti #Zeynal Ağayev #Günel Səmədova #Camal Ramazanov #Anar Rzayev #terrorçuluq #terrorçuluğu maliyyələşdirmə

Mövzu üzrə digər xəbərlər

DTX kibertəhqiqat istiqaməti fəaliyyətə başlayıb
Siyasət

DTX kibertəhqiqat istiqaməti fəaliyyətə başlayıb

4 İyun 15:17
Əli Nağıyev MDB-nin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının iclasında iştirak edib
Siyasət

Əli Nağıyev MDB-nin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının iclasında iştirak edib

27 May 21:51
Qlobal gərginliklərə baxmayaraq, Azərbaycanda siyasi sabitlik qorunub saxlanılıb - DTX rəisi
Siyasət

Qlobal gərginliklərə baxmayaraq, Azərbaycanda siyasi sabitlik qorunub saxlanılıb - DTX rəisi

3 Aprel 18:37
DTX Azərbaycana qarşı yönəlmiş təhdidlərin vaxtında aşkarlanması istiqamətində səmərəli fəaliyyət göstərir – Əli Nağıyev
Siyasət

DTX Azərbaycana qarşı yönəlmiş təhdidlərin vaxtında aşkarlanması istiqamətində səmərəli fəaliyyət göstərir – Əli Nağıyev

3 Aprel 18:35

Son Xəbərlər

OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
22:04
Müsəlman Dünya Liqası elmi möcüzələr üzrə hansı layihəni təqdim edib?
Müsəlman Dünya Liqası elmi möcüzələr üzrə hansı layihəni təqdim edib?
21:56
Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
21:48
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.