9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Fariz Rzayev Qətərdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasından danışıb

Fariz Rzayev Qətərdə səfərdə olub

9 Dekabr 2025 10:27
Fariz Rzayev Qətərdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasından danışıb

BAKI, AzerVoice

Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev Qətərdə səfərdə olub.

Bu barədə AzerVoice-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazir müavini Qətər dövlətinin dəstəyi ilə keçirilən 23-cü Beynəlxalq Doha Forumunda iştirak edib və iqlim diplomatiyasına həsr olunmuş panel sessiyada çıxış edib.

F.Rzayev Azərbaycanın yaşıl enerjiyə keçid və alternativ enerji mənbələrindən istifadə sahəsindəki siyasəti, habelə COP29-da sədrliyi zamanı gördüyü işlər və nailiyyətlərdən bəhs edib.

O, eyni zamanda, cari ilin noyabr ayında Braziliyada keçirilmiş COP30 tədbirinə Azərbaycanın verdiyi töhfələr və COP "troyka" beynəlxalq iqlim diplomatiyası çərçivəsində davam edən fəaliyyəti barədə danışıb.

F.Rzayev həmçinin səfər çərçivəsində Qətərin Lusail universitetinin rəhbərliyi və professor-müəllim heyəti, eyni zamanda Beynəlxalq siyasi araşdırmalar mərkəzinin rəhbərliyi ilə görüşlər keçirib.

Görüşlər zamanı nazir müavini Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra yürütdüyü fəal xarici siyasət kursu, ikitərəfli əlaqələri və beynəlxalq təşkilatlar çərçivəsindəki təşəbbüslərinə, eyni zamanda ölkənin suverenliyi və ərazi bütövlüyünün bərpası, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində həyata keçirilən fəaliyyət, eləcə də Azərbaycan və Qətər arasında həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə əməkdaşlıq barədə danışıb.

Məqalədə: #Azərbaycan #Qətər #Azərbaycan XİN #Xarici İşlər Nazirliyi #Braziliya #COP29 #Doha #Fariz Rzayev #COP30

Mövzu üzrə digər xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

8 Sentyabr 16:48
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20

Son Xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
13:00
Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Əmidi
Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Əmidi
12:45
Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
12:34
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
12:12
Ər-Riyadda Təhlükəsizlik və Tarix Dialoqu başa çatıb
Ər-Riyadda Təhlükəsizlik və Tarix Dialoqu başa çatıb
12:03
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.