4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Mədəniyyət naziri Adil Kərimli BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumunda iştirak edir

Ər-Riyad şəhərində UNAOC-un 11-ci Qlobal Forumu işə başlayıb.

14 Dekabr 2025 15:17
Mədəniyyət naziri Adil Kərimli BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumunda iştirak edir


BAKI, AzerVoice

Dekabrın 14-də Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının (UNAOC) 11-ci Qlobal Forumu işə başlayıb.

“UNAOC: bəşəriyyət üçün dialoqun 20 ili - çoxqütblü dünyada qarşılıqlı hörmət və anlaşmanın yeni dövrünə doğru” şüarı ilə keçirilən forumda dövlət və hökumət başçıları, beynəlxalq və regional təşkilatların rəhbərləri, dini liderlər, eləcə də özəl sektor, gənclər, incəsənət, idman, akademik dairələrin təmsilçiləri və media nümayəndələri bir araya gəlib.

AzerVoice xəbər verir ki, forumda mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti iştirak edir.

İki gün davam edəcək forum çərçivəsində təşkil olunacaq sessiyalarda “Çoxqütblü dünyada məsuliyyətli liderlik: inklüziv dialoq vasitəsilə çoxtərəfliliyin təşviqi”, “Bəşəriyyətə inam: dinlərarası dialoq sülhə və vahid bəşəriyyətə körpü kimi”, “Rəqəmsal reallıqlardan real dünyaya: dipfeyklərə, süni intellektlə idarəolunan dezinformasiyaya və yeni alqoritmlərlə gücləndirilmiş nifrətə qarşı mübarizə”, “İnsan ləyaqətinin qorunması və mənsubiyyətin təşviqi: miqrasiya hekayələrinin yenidən qurulması və şəhərlərin hamı üçün inklüziv məkanlar kimi yenidən düşünülməsi” və digər mövzular müzakirə ediləcək.

Eyni zamanda forum çərçivəsində UNAOC Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşü və UNAOC Gənclər Forumu təşkil olunacaq.

Mədəniyyət naziri Adil Kərimli BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumunda iştirak edir Mədəniyyət naziri Adil Kərimli BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumunda iştirak edir Mədəniyyət naziri Adil Kərimli BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumunda iştirak edir Mədəniyyət naziri Adil Kərimli BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumunda iştirak edir Mədəniyyət naziri Adil Kərimli BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumunda iştirak edir
Məqalədə: #Azərbaycan #BMT #Səudiyyə Ərəbistanı #Mədəniyyət Nazirliyi #Adil Kərimli #Ər-Riyad #Sivilizasiyalar Alyansı (UNAOC)

Mövzu üzrə digər xəbərlər

Ər-Riyadda Ərəb İdman Festivalı keçirilir
ArabSport

Ər-Riyadda Ərəb İdman Festivalı keçirilir

14:11
Əbu-Dabidə BMT sülhməramlı əməliyyatlarının rəhbərləri üçün seminar başa çatıb
BƏƏ

Əbu-Dabidə BMT sülhməramlı əməliyyatlarının rəhbərləri üçün seminar başa çatıb

13:44
Səudiyyə saxta endirim kampaniyalarını təftiş edir - 20 mindən çox obyekt yoxlanılıb
Səudiyyə Ərəbistanı

Səudiyyə saxta endirim kampaniyalarını təftiş edir - 20 mindən çox obyekt yoxlanılıb

12:26
LEAP 2026 iştirakçıları Səudiyyə Ərəbistanının kosmik sektordakı inkişafını yüksək qiymətləndirib
Səudiyyə Ərəbistanı

LEAP 2026 iştirakçıları Səudiyyə Ərəbistanının kosmik sektordakı inkişafını yüksək qiymətləndirib

12:16

Son Xəbərlər

Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
18:19
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
18:14
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
18:03
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
17:46
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
17:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.