13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Sahibə Qafarova Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazla görüşüb

Sahibə Qafarova Cevdet Yılmazla görüşüb

23 Dekabr 2025 15:30
Sahibə Qafarova Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazla görüşüb

BAKI,AzerVoice

Dekabrın 23-də Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə AzerVoice-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qonaqla növbəti dəfə görüşməkdən məmnunluğunu bildirən Milli Məclisin sədri Bakıda keçirilmiş Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasının əhəmiyyətindən danışıb. İki ölkə arasındakı münasibətlərin Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını özündə ehtiva etdiyini deyən Milli Məclisin sədri bu gün iqtisadi, ticarət, təhsil, turizm, parlamentlərarası və digər sahələrdə əlaqələrimizin günbəgün daha da gücləndiyini qeyd edib. Söhbət zamanı dövlət başçıları arasındakı şəxsi münasibətlərin və sıx təmasların müttəfiqlik münasibətlərinin ardıcıl inkişafını təmin edən əsas amil olduğu vurğulanıb. Spiker Sahibə Qafarova Türkiyənin COP31-in ev sahibi seçilməsi münasibətilə təbriklərini çatdırıb və Azərbaycanın həmişə qardaş ölkənin yanında olduğunu deyib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə mövcud olan ənənəvi sıx əməkdaşlıqdan və qarşılıqlı dəstəkdən məmnunluq ifadə olunub, Türk Dövlətləri Təşkilatının (TDT) Türk dünyasının birliyi baxımından əhəmiyyəti diqqətə çatdırılıb.

Söhbətdə parlamentlərarası əlaqələrin dövlətlərarası münasibətlərin mühüm bir hissəsi kimi əhəmiyyəti qeyd edilib, bu sahədə parlamentlərimizdə fəaliyyət göstərən qarşılıqlı dostluq qruplarının fəaliyyəti vurğulanıb. Milli Məclisin sədri Azərbaycan və Türkiyə parlamentləri arasında ikitərəfli, üçtərəfli və çoxtərəfli əməkdaşlığın uğurlu inkişafından məmnunluğunu ifadə edib.

Yenidən Azərbaycanda olmaqdan məmnunluğunu bildirən Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz Türkiyənin COP31-in ev sahibi seçilməsi üçün Azərbaycanın səylərinə görə təşəkkürünü bildirib və bu mühüm beynəlxalq tədbirin keçirilməsi üçün Türkiyənin Azərbaycanın təcrübəsindən istifadə edəcəyini diqqətə çatdırıb.

Görüşdə ölkələrimiz arasında iqtisadi-ticari, investisiya, enerji və digər sahələrdə birgə reallaşdırdıqları meqalayihələrin böyük regional və qlobal əhəmiyyət daşıdığı qeyd olunub. Bu baxımdan Orta Dəhlizin əsas xəttinə çevriləcək Zəngəzur dəhlizinin strateji əhəmiyyət kəsb etdiyi bildirilib.

Söhbət zamanı Azərbaycan və Türkiyə arasında əlaqələrin inkişafının TDT-ni daha da gücləndirdiyi qeyd olunub. Bildirilib ki, bununla yanaşı, TürkPA da türkdilli ölkələrin parlament platforması kimi mühüm əhəmiyyət daşıyır.

Görüşdə Türkiyənin Vitse-prezidenti dünən Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında təsdiqlənmiş Fəaliyyət Planının qarşılıqlı əlaqələrimizi daha da inkişaf etdirəcəyini diqqətə çatdırıb.

Söhbət zamanı Cevdet Yılmaz Azərbaycanla Ermənistan arasında sülh prosesində əldə olunan nailiyyətlərə də toxunaraq, iki ölkə arasında sülh müqaviləsinin imzalanmasının bölgədə sülh və sabitliyi təmin edəcəyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Sahibə Qafarova Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazla görüşüb Sahibə Qafarova Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazla görüşüb Sahibə Qafarova Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazla görüşüb Sahibə Qafarova Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazla görüşüb Sahibə Qafarova Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazla görüşüb Sahibə Qafarova Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazla görüşüb Sahibə Qafarova Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazla görüşüb Sahibə Qafarova Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazla görüşüb Sahibə Qafarova Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazla görüşüb Sahibə Qafarova Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazla görüşüb Sahibə Qafarova Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazla görüşüb Sahibə Qafarova Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazla görüşüb
Məqalədə: #Türkiyə #Azərbaycan #Cevdet Yılmaz #Bakı #Milli Məclis #Ankara #Sahibə Qafarova #COP29 #Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi #Azərbaycan-Türkiyə münasibətləri #COP31

Mövzu üzrə digər xəbərlər

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ

BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi

11 Sentyabr 08:00
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00

Son Xəbərlər

Piri Rəis kimdir?
Piri Rəis kimdir?
16:23
Dubayda “Məhəmməd bin Raşid Liderlik Medalı”nın ilk qalibi müəyyənləşib
Dubayda “Məhəmməd bin Raşid Liderlik Medalı”nın ilk qalibi müəyyənləşib
15:55
Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
15:22
Hakan Fidan Suriyaya səfərə gedib
Hakan Fidan Suriyaya səfərə gedib
14:59
Konstantinadan Dohaya- Vahibə Buhaleys kimdir?
Konstantinadan Dohaya- Vahibə Buhaleys kimdir?
14:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.