6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Ermənistan vətəndaşlarının məhkəməsində məhkəmə baxışı başa çatıb

Ermənistan Respublikası vətəndaşlarının məhkəmə prosesi dekabrın 26-da davam etdirilib.

26 Dekabr 2025 21:55
Ermənistan vətəndaşlarının məhkəməsində məhkəmə baxışı başa çatıb

BAKI,AzerVoice

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası dekabrın 26-da davam etdirilib.

AzerVoice xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Sədrlik edən Z.Ağayev bildirib ki, məhkəmə iclası təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilir.

Məhkəmə iclasında təqsirləndirilən şəxs Davit İşxanyan son söz deyib.

O, çıxışında irəli sürülmüş ittihamlarla razılaşmadığını bildirib və ittiham tərəfinin mövqeyinə əks arqumentlərini səsləndirib.

D.İşxanyan insanların yaşadıqları ərazilərdən məcburi şəkildə çıxarılmasında, qanunsuz məskunlaşmada, minaların yerləşdirilməsində, təcavüzkar müharibənin planlaşdırılmasında, yeni hücum planlarının hazırlanmasında, soyqırımında, mülki əhalinin məhv edilməsində, müharibə qanunlarının pozulmasında, mülki əhalinin təqibində, insanların girov götürülməsində, beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmədə, işgəncə verilməsində, mülki şəxslərin qətlində, əmlakların talan edilməsində, cinayətkar birliyin tərkibində olmaqda, silah-sursatın qanunsuz daşınmasında və s. cinayətlərdə iştirak etmədiyini iddia edib.

Təqsirləndirilən şəxs 1991-ci il noyabrın 20-də baş vermiş Qarakənd faciəsi barədə də danışıb. O, Azərbaycana məxsus, içərisində yüksəkvəzifəli şəxslərin olduğu vertolyotun partlaması hadisəsinin qəza olduğunu iddia edib.

D.İşxanyan çıxışında əsir və girovlarla bağlı ittiham aktında yer almış məqamlara da toxunub. O qeyd edib ki, azərbaycanlı əsir və girovlarla təması olmayıb.

“Özümü təqsirkar hesab etmirəm, mən hansısa cinayət törətməmişəm”, - deyə D.İşxanyan çıxışının sonunda bildirib.

Sədrlik edən Z.Ağayev bununla da son söz çıxışlarının yekunlaşdığını deyib. O, tərəflərə (ittiham tərəfi, zərərçəkmiş tərəf və müdafiə tərəfi) müraciət edərək hökm layihəsi təqdim edib-etməyəcəklərini soruşub. Tərəflər hökm layihəsi təqdim etməyəcəklərini bildiriblər.

Bundan sonra sədrlik edən məhkəmə baxışının başa çatdığını elan edib.

Məhkəmə heyəti müşavirəyə gedib. Müşavirədən qayıtdıqdan sonra məhkəmə hökmü elan olunacaq.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Ermənistan vətəndaşlarının məhkəməsində məhkəmə baxışı başa çatıb Ermənistan vətəndaşlarının məhkəməsində məhkəmə baxışı başa çatıb Ermənistan vətəndaşlarının məhkəməsində məhkəmə baxışı başa çatıb Ermənistan vətəndaşlarının məhkəməsində məhkəmə baxışı başa çatıb Ermənistan vətəndaşlarının məhkəməsində məhkəmə baxışı başa çatıb Ermənistan vətəndaşlarının məhkəməsində məhkəmə baxışı başa çatıb Ermənistan vətəndaşlarının məhkəməsində məhkəmə baxışı başa çatıb Ermənistan vətəndaşlarının məhkəməsində məhkəmə baxışı başa çatıb Ermənistan vətəndaşlarının məhkəməsində məhkəmə baxışı başa çatıb Ermənistan vətəndaşlarının məhkəməsində məhkəmə baxışı başa çatıb Ermənistan vətəndaşlarının məhkəməsində məhkəmə baxışı başa çatıb Ermənistan vətəndaşlarının məhkəməsində məhkəmə baxışı başa çatıb Ermənistan vətəndaşlarının məhkəməsində məhkəmə baxışı başa çatıb Ermənistan vətəndaşlarının məhkəməsində məhkəmə baxışı başa çatıb Ermənistan vətəndaşlarının məhkəməsində məhkəmə baxışı başa çatıb Ermənistan vətəndaşlarının məhkəməsində məhkəmə baxışı başa çatıb Ermənistan vətəndaşlarının məhkəməsində məhkəmə baxışı başa çatıb Ermənistan vətəndaşlarının məhkəməsində məhkəmə baxışı başa çatıb Ermənistan vətəndaşlarının məhkəməsində məhkəmə baxışı başa çatıb Ermənistan vətəndaşlarının məhkəməsində məhkəmə baxışı başa çatıb Ermənistan vətəndaşlarının məhkəməsində məhkəmə baxışı başa çatıb Ermənistan vətəndaşlarının məhkəməsində məhkəmə baxışı başa çatıb Ermənistan vətəndaşlarının məhkəməsində məhkəmə baxışı başa çatıb Ermənistan vətəndaşlarının məhkəməsində məhkəmə baxışı başa çatıb Ermənistan vətəndaşlarının məhkəməsində məhkəmə baxışı başa çatıb Ermənistan vətəndaşlarının məhkəməsində məhkəmə baxışı başa çatıb Ermənistan vətəndaşlarının məhkəməsində məhkəmə baxışı başa çatıb
Məqalədə: #Arayik Harutyunyan #Bakı Hərbi Məhkəməsi #Bako Sahakyan #Arkadi Qukasyan #David Babayan #Levon Mnatsakanyan #Zeynal Ağayev #Günel Səmədova #Davit İşxanyan #Camal Ramazanov #Anar Rzayev

Mövzu üzrə digər xəbərlər

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi dövlət ittihamını müdafiə edən prokurorların çıxışları ilə davam etdirilib
Siyasət

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi dövlət ittihamını müdafiə edən prokurorların çıxışları ilə davam etdirilib

24 İyul 19:27
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib
Cəmiyyət

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

7 İyul 20:27
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin vəsatətlərinə baxılıb
Cəmiyyət

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin vəsatətlərinə baxılıb

3 İyul 19:26
Ruben Vardanyan 20 il müddətinə azadlıqdan məhrum edildi
Siyasət

Ruben Vardanyan 20 il müddətinə azadlıqdan məhrum edildi

17 Fevral 12:08

Son Xəbərlər

BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?
BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?
13:00
İslamofobiya nədir və nə üçün bu qədər yayğındır?
İslamofobiya nədir və nə üçün bu qədər yayğındır?
12:40
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
12:01
İslam alimlərinin riyaziyyat, astronomiya və coğrafiya sahəsində töhfələri
İslam alimlərinin riyaziyyat, astronomiya və coğrafiya sahəsində töhfələri
12:00
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib
11:52
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.